Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

  

 

77



Bu həmin vaxtlar idi ki, bakılıların xalça-palazlarının arxa tərəfi həmişə azacıq qaralmış 

olardı, çünki yayın cırhacırında boğanaq otaqlarda yatmağın mümkünsüzlüyünü görən bakılılar 

gecəyə yaxın evdəki xalça-palazı çıxardardılar qırlı damlara, dənizdən əsən yüngül yay küləyinin 

sığalı altında birtəhər özlərini yuxuya verərdilər. Yayın axırında, döşənəcəklər yuyulanda isə 

məlum olardı ki, damların qırı xalça-palazın arxa üzündə dəniz səthinə yığılan neft təbəqəsi kimi 

nazik bir qat əmələ  gətirib və  nə  qədər  əlləşsələr də saqqıza dönmüş bu qara təbəqəni yuyub 

təmizləyə bilmirdilər. Onunçün də arif adamlar baxan kimi bakılıların işlətdiyi xalça palazı 

dalındakı qarasından tanıyardılar. Bəli, bakılıların xalça-palazı daldan tanınan olsa da, özləri belə 

deyillər... 

Bu həmin vaxtlar idi ki, Bakıya «Qaz-21»-lər təzəcə doluşmağa başlamışdı  və birdən-birə 

məlum olmuşdu ki, sən demə, dünyada həqiqətən anadangəlmə  şofer yalnız elə bakılılar imiş, 

çünki bu toppuş maşınlara yaxın gələn kimi, bir az da dəqiq desək, toppuş xanımlara oxşayan bu 

maşınlara minən kimi, bakılıların altşüurundakı hansısa gizli intim hisslər elə oyanmışdı ki, bir 

çoxları bütün iş güclərini atıb bundan sonrakı  həyatlarını yalnız və yalnız bu maşınların 

qulluğunda keçirtməyə canla-başla razılaşmışdılar; (əlbəttə ki kişiləri nəzərdə tuturam). Beləliklə, 

həmin  ərəfələrdə bakılıların  ətriyyat rasionundakı  qır iyinə  həmişəlik olaraq benzin iyi də  əlavə 

olunmuşdu.  O vaxtdan bəri bakılı bir kişiyə ərə getməyə hazırlaşan qadında əgər qır və benzin 

iyinə qarşı hansısa allergik reaksiya olardısa, gərək əvvəldən nikahının fatihəsini verəydi. Bakılıya 

ərə gedən qadının evindən qır iyi, kişisindənsə benzin iyi gələcəkdi. Maşın xəstəsi olmayan bakılı 

bir kişi tapmaq isə arağa nifrət eliyən rus tapmaq qədər çətin idi….  

Və  nəhayət, bu həmin vaxtlar idi ki, yayın ortalarına yaxın bakılıların ayaqqabılarını, 

başmaqlarını bir qazan qaynar suya atsaydın,  əntiqə tut kampotu alınardı. Çünki bütün Bakı 

həyətlərinin, dalanlarının, məhlələrinin ayrılmaz bir hissəsinə çevrilmiş tut ağaclarının səxavətlə 

yerə səpələdiyi şirəli tutlar ayaq altında qalıb əzildikcə, ayaqqabılara, başmaqlara yapışıb onların 

altlığına elə hopurdu ki, heç Koroğlunun Misri qılıncıyla da qaşıyıb təmizləmək olmurdu. Yayın 

ortalarında bakılıların beldə  gəzdirməyə adət etdikləri bıçaqların hansı birinə  əl vursaydın, 

ayaqqabıların altındakı tutları qaşımaqdan  şirə bağlamış  dəmiri  əlinə yapışacaqdı. Bıçağı 

yumağın da xeyri olmurdu, bu həyasız tutun şirəsi dəmirə də hopurdu və türmələrdə, zonlarda 

düzələn gül kimi bıçaqlar adam yortmaq funksiyasını itirirdilər, olurdular kampotluq bıçaqlar. 

Bakının yuxarı  məhəllələrində yay aylarında bıçaqlaşma hadisələrinin faizi xeyli aşağı düşürdü. 

Şirə bağladığından hara gəldi yapışan bıçağı beldən çıxarana qədər adamın nəinki kimisə 

yortmaq həvəsi, heç qarışqa tapdalamaq şövqü də qalmırdı; ya yortmaq istədiyin adam o 

vaxtacan qaçıb aradan çıxırdı, ya da sən bıçağı çıxarana qədər yumruğu qoyurdu ağzıvın üstünə, 

sən də tir-tap uzanırdın od kimi  qaynar asfaltın qırağına, bıçaqın da batırdı öz dalıva.    

Məhz həmin vaxtlarda, yay aylarının ortalarında, atamın Neft daşlarından qayıdıb 

evimizin damında dincəldiyi, kiçik əmimin isə Qırxpiləkanın altındakı pivəxanada dağlılarla söz 

güləşdirdiyi axşamların birində, artıq təqaüdə çıxmış və bekarçılıqdan Bakı damlarının qırı kimi 

ona-buna qırsaqqız olub yapışan babam həyətimizdə yeganə kirayənişin olan Mirsəftərə  qəmiş 

olmuşdu ki, onunla beş-altı tas nərd atsın. İnsafla desək, Mirsəftərə qırsaqqız olub yapışmağa bir 

o qədər də, ehtiyac yox idi, çünki Bakıda bir qədər də tanış-bilişi olmayan, xasiyyətcə hay-küylü 

məhəllə cayıllarına uyuşmayan bu sakit rayon uşağı onsuz da, işdən gələndən sonra bütün günü 

evdə darıxırdı və babamın belə təkliflərini bizə gəlib-gedən qohum-qonşudan fərqli olaraq, böyük 

məmnuniyyətlə  qəbul edirdi. Elə  həmin axşam da həmişəki kimi Mirsəftər özünün düzəltdiyi 



  

 

78



qəhvəyi rəngli balaca kətili gətirib həyətdəki tut ağacının altında quraşdırılmış iri, kobud stolun 

arxasına qoyub oturmuşdu. Ancaq babamla nərd atmağa başlasa da, bir neçə dəqiqə idi ki, fikrini 

nərdtaxtanın üstündə  cəmləşdirə bilmirdi. Ağacların tutu artıq ağaclardan tökülüb qurtarsa da, 

yerdə  hələ uzun müddət  şirəli palçıq formasında öz mövcudluğunu davam etdirirdi və bayaq 

dediyimiz kimi camaatın ayaqqabılarının, başmaqlarının altına yapışırdı. Mirsəftər də  nərd ata-

ata çox əlləşsə  də, yerdən götürdüyü xırda dəmir parçasıyla başmaqlarının altını tam təmizləyə 

bilmirdi, görürdü ki, rezin altlığı bir az da qaşısa, cırılıb dağılacaq.  Başa düşürdü ki, bu başmaq 

da artıq kampotluqdu.  

Nəhayət, Mirsəftər bezib dəmir parçasını bir kənara ataraq, bütün diqqətini zərlərə  və 

babama yönəldir.   

– Şeş cahar, o vaxtlar yəqin sənin yadına gəlməz.. – Babam nərdtaxtanın yanına qoyulmuş 

armudu  stəkanı əlinə götürüb, xoruzquyruğu çaydan bir qurtum içir.. - haçan köçmüsən Bakiyə? 

– Dörd il əvvəl, əlli səkkizinci ildə. «Üç-bir» - kirayənişinimiz  cavab verib zəri atır. 

– Hə,  əybi yox, əlli-altmış ildən sonra siz də bakili olarsuz.  Babam elə bil Mirsəftərə 

toxdaqlıq verir. -  Elə bizim özümüz də, altmış-yetmiş il bunnan qabaq gəlmişik Bakiyə. Zirədən 

köç-külfət yığışıb bura köçəndə, mən xırda uşaq idim. Yadıma gəlir ki, Dumun qabağı çöllü-

biyaban idi, Çəmbərəkətdilər taxıl əkirdilər orda, «Pənc-dü». 

– Nəyin qabağında taxıl əkirdilər? - Mirsəftər deyəsən yaxşı başa düşmür. 

– Dumun.  

– Ora haradı ki? 

Babam başını qaşıyır, deyəsən, indi həmin binada yerləşən idarənin adını yadını salmağa 

çalışır.  

–  Əşi,  təpəsində saat olan idarə var e. Bu Qırxpiləkəndan düz aşağı düşəndə, üstünə 

çıxırsan. İçərişəhərin divarına yapışıq. 

– Dörd qoşa, - Mirsəftər gülümsünür. - Bildim, Bakı şəhər İcrayə komitəsini deyirsiz.  

– Hə, – babam başını yellədir, – o vaxtlar orda Dumxananın binasıydı. Biz gələndə ordan ta 

Dağlı məhəlləsinəcən  çöllük, qayalıq idi. Bir balaca xəzri əsən kimi, elə tozanaq qalxırdı ki, göz-

gözü görmürdü. Adamın ağız-burnu da, torpaqla dolardı. Anam  rəhmətlik həmişə atamın 

dalıyca deyinirdi ki, kəntdəki gül kimi bağ-bağatı qoyub, gətirdi bizi saldı bu daşdarın, tozanağın 

içinə. Sə-dü. 

– Daşlıq niyə? - Mirsəftər təəccüblənir. - İki-bir. Bəs demirdiz ki, taxıl əkirdilər? Taxıl başa 

gəlirsə, deməli, yaxşı torpaqlar olub da. 

– Eh, rəhmətliyin oğlu. - Babam əllərini yellədir. - O taxıl əkilən yerlərə heç yaxın düşmey 

olurdu ki? Dumun qabağını  Həci Zeynalabdin alıb çəpərləmişdi ki, mektəb tikdirsün. Yan 

yörəsini də yavaş-yavaş  Həci Həcağa, Ağa Murtuz, sonra, o biri xozeyinlər aldılar, mülklər 

tikdirdilər. Atam yer götürəndə gördü ki, o yannara burun soxmaq mümkün döyül, onunçün 

qalxdı bir az yuxarı. Onda bu dikdirdə daş-qayadan başqa  bir zad yox idi. Buralar 

İçərişəhərlilərnən Çəmbərəkətdilərin dava meydanı olmuşdu. Həmişə ortaya qan düşəndə, 

İçərişəhərlilər xəncər bıçaqlarını bellərinə qoyub bura qalxardılar, Çəmbərəkəntdilər də yuxarıda, 

qayaların üstündə dayanıb onların başına daş  kəsək atardılar. Elə biz təzə  gələndə  də üç-dörd 

dəfə helənçiy davalar oldu. Bir də görürdün, bəli, çəmbərəkətdilər on-on beş  dənə  sınıq salxaq 

araba çarxını yandırıb, Qırxpiləkənin üstünnən buraxdılar aşağı,  İçərişəhərrilərin üstünə. Dəyən 

dəydi, dəymiyən gilləndi üzüaşağı, Dumun qabağına tərəf, nə bilim, biri getdi yana-yana girdi 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə