Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   36   37   38   39   40   41   42   43   44

  

 

79



bəzzaz dükanına, dükan od tutub yandı, bir alayısı gedib deydi kiminsə evinin divarına,  

müxtəsəri aləm qarışardı bir-birinə. Elənçiy dava-qırğın olanda, heç girdəvoylar da, gözə 

görünməzdilər, hərəsi qaçıb bir küncdə gizdənərdi. Bilirdilər, bakililərün gözü qızdısa, day heç nə 

görmür, kimi gəldi yortub buraxıllar.   

Axırda bizim məhəllə  ağsaqqalları  yığışıb getdilər Qoçu Nəcəfqulunun üstünə ki, bəs, 

amandu, dərdimizə bir əncam elə, bular yenə də bizim məhəllədə dava qırğın salıllar, aləm dəyir 

biri-birinə, arvad-uşaq yaman qorxur. Nəcəfqulu da, Çəmbərəkətdilərnən  İçərişəhərdəki 

Ağşalvarlıların böyüklərini yanına çağırıb başa saldı ki, day  əvvəlki vaxtlar döyül, indi o 

yannarda camaat yaşıyır, gedin dava-qırğınçün ayrı bir yer tapun. Onnan sonra məhəllə 

sakitdəşdi. Sonradan bu yannarın hamısını camaat alıb ev-eşik tikdirdi, arada da bu piləkannarı 

tikdilər, adını da qoydular Qırxpillekan. Yoxsa Dağlı məhəlləsinnən aşağı, İçərişəhərə düşməyçün 

gərək fırlanıb Çəmbərəkənd qəbirsannığının içinnən keçeydin. İndi yaxşıdı, camaat yuxarı 

məhəllələrdən bu piləkannarnan düşür düz aşağı, ta Dumun qabağına. Pənc qoşa. 

-Bəs niyə  kənddən köçmüşdüz? «Altı dörd», - Mirsəftər zərin  şaqqıltısının müşayətiylə 

soruşur. 

Babamın gözləri azacıq dolur, əvvəlcə dərindən nəfəs alır, başını qaldırıb kölgəsiylə bütün 

həyəti qucaqlamış iri tut ağacının gövdəsinə  nəzər yetirir, ağaca çalınmış mismardan asılan və 

çoxdan bəri istifadə edilmədiyindən artıq pas atmış iri balıqçı tilovlarına baxır və nəhayət, stolun 

üstündə uçuşan xırda milçəkləri əliylə qovub ağır-ağır dillənir.  

– Bilirsən, balası, sən indi qıraqçı döyülsən, evin içinin adamısan, başqası olsaydı, özümü 

yorub danışmazdım. Bizim kəndin torpaqları çox da fərli döyüldü, onunçün camaatın çoxunun 

çöreyi dənizdən çıxırdı. Kəndin üç tərəfi sudu, camaatın da  yarısı balığa gedərdi, tutduqlarını 

ərəbələrə doldurardılar, Bakiyə götürüb satardıldar, dolanardılar. Mənim atamın da özünün 

lötkəsi vardı, qərdeşdəriynən bir yerdə çıxardılar balığa. Bu xaraba qalmış dəniz də, bir verəndə 

beş almasaydı, dinc dayanmazdı. Neynəsin, adətidü də. Beyəm kimi kimə havayı çörey vərir. 

Əvəzində mütləq nəsə götürür də. Bu dənizin də, işi bizim balıqçılarnan idi. Bir il, beş il, on il 

çörey vərirdi, sonra birdən üzü çönürdü, hansısa hərəkətün xoşuna gəlmirdi, verdiyi çöreyin 

əvəzində birdəfəlik canuvu alırdı. O vaxtlar bizim qohum-əqrabada öz əcəliynən ölən kişi, 

diyəsən, heç yox idi. Özü də tək bizimkilər yox, bütün kənd o cür idi. Bizim qəbirsandığımızda 

çoxusu arvad qəbirləriydi, kişi qəbirlərini barmaqnan saymaq olardı. Cahar pənc. Pay atonnan, 

pəncxananı da, tutmusan ki. 

– Niyə ki? Bəyəm kişiləri qəbiristanlıqda dəfn etmirdiniz? - Mirsəftərin fikri nərdtaxtanın 

yanında olduğundan babamın sözünün məğzini anlamır. 

– Eh, ay rəhmətdiyin oğlu. Kefdən danışırsan. Kişilərin goru vardı ki, kəfəni də olsun? 

Dimirəm ki, hamısı  o xaraba qalmış dənizdə qırılırdı? Balıqçı nədi, qəbir, kəfən nədi? Bizim əsl 

qəbirsandığımız elə o dəniz idi də. Camaatın canını alırdı, heç meyitlərini də dala qaytarmırdi. 

Balıqçı ki, qırx beş-əlli yaşına çatdı, sağ-salamat qaldı, camaat ona imam- peyğəmbər kimi 

baxardı. Hamı diyərdi, gör, kişi nə qədər əməli-saleh adamdı ki, bu neçə illərdə dəniz də, onun 

canına qıymıyıb. Az qalırdı qapısına nəzir daşısunnar. 

 – Altı bir, - Mirsəftər zəri atıb soruşur, - yəni kəndin ətrafındakı torpaqlar o qədər pis idi 

ki, heç cür əkin biçinlə dolanmaq olmurdu?  

  – Olurdu e, - babam başını yellədir, - ancaq çox çətin idi. Həm torpaq şorannıq, həm külek 

imkan vermirdi, həm də sulamaq çetin idi. Süzün rayonnardakı kimi çay yox, arx, kəhriz yox. 



  

 

80



Quyu suyuynan nə  əkəceysən ki? Yenə camaatın dadına dəniz çatırdı. Balığınnan, kürüsünnən 

daşıyıb götürürdülər, sıxıb yağını işdədirdilər.   

-O cür dada çatmaqdansa, çatmasa daha yaxşıdı. – Mirsəftər də  ağır ağır başını yellədir, 

babamın atdığı zərləri əlinə götürür. – Əvvəldən elə şorannıq olub o tərəflər? 

-Yox, -babam qətiyyətlə deyir, - əvvəllər, nə bilim, iki yüz il, üç yüz il bunnan qabaq dəniz 

bizim kəndimizdən xeyli aralıymış, diyilənə görə  səhər kətdən çıxanda günorta ancaq çatmaq 

olurdu dənizə. Pirallahı da, o vaxtlar cəzirə döyülmüş, elə yapışıq imiş bizim torpaqlara. Həmən 

vaxtlarda kəndin yan-yörəsində çox əntiqə, keyfün istiyən torpaqlar varmış. Kəndin gilavar 

əlində  də  sıx meşələr, cəngəlliklərdi. Xanlar, bəylər Bakidən durub biz tərəflərə  gələrdilər ki, 

meşələrimizdə ova çıxsunnar, ceyran vursunnar. 

-Doğrudan? – Mirsəftər deyəsən inanmaq istəmir. – Abşeronun qurtaracağı hara, cəngəllik 

hara. 


-Nə var burda ki? Diyirəm meşəlik olub da . – Kirayənişinin onun sözünə  şübhəylə 

yanaşmağı deyəsən babamın xoşuna gəlmir. – Oğlum yaşındasan, hindi durub səni barmağıma 

dolamiyciyəm ki? Tayımsan?.. Pənc cahar.  

Bir neçə dəqiqə ortaya sükut çökür, yalnız nərdtaxtaya dəyib şaqqıldayan zərlərin, bir də 

bala-bala öz xanalarını dəyişən daşların səsi eşidilir. Nəhayət, yenə, babam dillənir. 

– O vaxtlar kənd camaatı əkinçiliklə yaxşı güzaran qurubmuş özünə. Elə bərəkətli torpaqlar 

olub ki, day nə istəsən  əkmək olurmuş. Amma sonra elə bir hadisə olub ki, kəndin  əhvalı 

korranıb. 

– Nə olub ki? - Mirsəftər ani olaraq əl saxlayır, sonra yenə zəri tullayır. – İki bir. 

– Bizim kəndin qırağında bir türbə vardı. Vardı diyəndə ki, elə indi də var, ancaq day 

kəndin qırağında döyül, kənd böyüyüb, türbə qalıb evlərün arasında. Hə, bu türbə çox qədimidü. 

Heç kim dürüst bilmir ki, haçan tikilib. Biri diyirdi ki, nə bilim İskəndər Zülqərneynin vaxtınnan 

qalıb, alayısı diyirdi ki, yox, bəs,  şah Abbasın vaxtında tikilib. Hə, çox ağır bir pir idi o yer, bu 

türbəyə  də bir seyid nəsli qulluq eliyirmiş, elə öləndə  də onları türbənin yan-dövrəsində 

basdırırmışdar. Sonra bu türbənin kəramətini görüb camaat da yavaş-yavaş başdadı öz ölülərini 

orda basdırmağa, türbənin dövrəsi də dönüb oldu qəbristannıq. Hə, indi fikir ver, gəlib çıxıram 

söhbətimin mustafasına. Diməli, iki-üç yüz il əvvəl, kənd camaatının  əkin-tikindən qaz vurub 

qazan dolduran vaxtı bir neçə  nəfər nadürüst, tamahkir adamın gözü düşür qəbristanlığın 

ətrafındakı torpaqlara, başlayırlar camaatın içində söz-söhbət çıxartmağa ki, bəs, kəndin gül kimi 

yeridü, torpağına da söz yoxdu, ancaq bu seyiddər oranı döndəriblər qəbirsandığa, bir az da belə 

getsə ölülər artdıqca, kəndin ən yaxşı əkin yeri qəbirsandıq olacey, ölülər bu dünyada da yerimizi 

dar eliyəceylər, nə bilim filan-beşməkan. Müxtəsəri, camaatın beynini doldurullar ki,  day 

türbənin yan-yörəsində ölü dəfn eləməsinnər, qəbirsandığı da köçürtsünnər kənddən xeyli 

aralıqdakı daş-kəsəkli bir yerə, deyirlər ki, burda onsuz da heç nə əkib becərmey olmur, qoy elə 

ölülərə qismət olsun buralar. Türbənin qulluğunda dayanan seyiddər əvvəlcə razı olmullar, kənd 

əhlinə başa salıllar ki, bura müqəddəs yerdi, kəramətdi yerdi, ölüləri basdırmaqçün elə buralar 

məsləhətdü. Ancaq xeyri olmur, camaat o nadürüstdərin fitvasına gedib qəbirsandığı köçürdür 

kənddən uzaq, həmin daş-kəsəkli yerə. Türbənin dövrəsində də xırda hasar çəkillər ki, daha əlavə 

ölü basdırmağa yer olmasın. Yan yörədəki torpaqların da hamısında taxıl əkillər.  

Kənd camaatının bu hərəkəti seyidlərə xoş  gəlmir, məclisdərin birində türbənin axırıncı 

qulluqçusu olan seyid gəlib camaata deyir ki, siz bir parça torpağuvuzu ölülərə qıymaduz,  dünya 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə