Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   36   37   38   39   40   41   42   43   44

  

 

87



saxladı, yıxılmadı, ancaq tarı  əlinnən düşüb pilləkana çırpıldı,  çanağı ortadan bölündi iki yerə. 

Dağlı balası tara baxdı, rəngi-rufu getdi. Gördik yaman yer eliyib ona tarın sınmağı, oyunu 

saxlıyıb gəldig yanına ki, sakitdəşdireg onu. Dedi ki, tarın sınmağı  bir şey döyül, ancaq iş ondadu 

ki, on-on beş  dəyqədən sonra tiyatırda tamaşam başdıyacey, çoxlu da hökumət adamı  gəlicey, 

mahnıları da tarda özüm çalmalıyam. Bu zibil də vaxt tapdı  sınmağa.  İndi beş-on dəqiqənin 

içində hardan təzə tar tapım. Soruşdum ki, tiyatırda ayrı tar yoxdu ki? Didi tapmaq olar e, ancaq 

hamı arxayındu ki, mənim özumdə var, özüm gəlib çalaceyəm. Mən dilləndim ki, atalar düz 

diyib, tələsən təndirə düşər, ancaq sən fikir eləmə. Bir şey fikirləşərik. Çönüb Kəblə İmamverdiyə 

didim ki, Kəbleyi, o əskər gedən kiçik oğlun o vaxt hərdən bizimçün dınqıldadırdı, onun tarı 

hayandadu? Kəblə  İmamverdi didi ki, vallah, uşaq  əsgər gedənnən sonra o biri şeyləriynən bir 

yerdə  yığıb doldurmuşam çardağa, altı aydu ordadı,  əgər taxtabitilər axırına çıxmıyıblarsa, 

qurbandu, götür apar.  

Müxtəsəri, Kəbleyi həyitə girib tez dama çıxdı, tarı tapıb aşağı düşdi, Cəfər alıb baxdı, elə 

ayaq üstə dınqıldatdı, didi sesi yaxşıdu, ancaq kökdən düşüb, eybi yox, tiyatırda kökliyərəm.  Tarı 

alıb əlli dəfə çox sağ ol didi, sonra da tələsik düşdü aşağı. Bir-iki günnən sonra Cəfər gəldi ki, bəs 

tarı götürmişəm, çox sağ olun. Kəblə  İmamverdi almadı ki, mən onu sənə satmamışam, 

bağışdamışam, dağlı balası çox illah elədi, tarın pulunu verməy istədi, ancaq Kəblə  İmamverdi 

didiyinnən dönmədi. Axırda dağlı balası didi ki, ərməni-müsürman davasınnan taza bir dənə 

tiyatır yazıram, ordakı adamlardan birinə  sənin adıvı qoyacıyam. Day bilmirəm qoydu, ya yox. 

Ancaq yalan diməz, dağlılar sözdərinün üstündə diyanan olullar. Neçənci ildeydi bu söhbət… bu 

saat yadıma salaram... hə, Bibi Uçan ili, həri-həri, yüz faiz, Bibi Uçan il idi.  

– Kim uçan? –  Mirsəftər elə bilir ki, babam onu lağa qoyur. 

– Bibi də. – Birdən babam başının yellədir. – Hə, sən Bibini görməmisən axı. Uçmağını 

hardan biləsən. 

– Kimin bibisini? 

– Bibiheybətdeki türbəni diyirəm. Orda İmamlardan birinin bacısının qəbri vardı, soradan 

camaat oranı ziyarətgah eləmişdi, nəzir-niyaz gətirirdilər. Çox kəramətdi yer idi. Hə, birini qoyub 

birini danışım,    Hüseyn  Rəhmanov vardı, köhnə kamunistdərdəndi, o vaxt hökumətin başında 

diyanan üç adamnan biriydi, bunun da bir nurani, mömin anası vardı, həmişə ona diyərdi ki, 

nahaq gedib bu allahsızdara qoşulmusan, meçiddəri sökürsüz, mollaları didərgin salırsuz, 

Allahın qəzəbi tutar süzə. Bu da həmişə anasını lağa qoyurmuş, sözünə fikir vermirmiş.  Davadan 

beş-altı il qabaq hökumət fərman vərir ki, şəhərdəki iri meçiddərin, kilsələrin çoxu sökülsün. 

Həmən ildə Qızıllı kilsəni də, Bibiheybət ziyarətgahını da söküb qoydular yerə. Hə, didiyim odu 

ki, Bibiheybət meçidi dağılıb uçulan kimi həmən o Hüseyn Rəhmanov gəlir anasının yanına, 

zarafatca diyir ki, məmə, ay məmə, muştuluğumu ver, Bibi uçdu. Anası da bir oğluna baxır, bir 

onun başındakı urus papağına baxır, başını yellədib diyir ki, fikir eləmə  oğul, çox qalmıyıb, bir 

gün sən də uçarsan… doğurdan da davadan bir-iki il qabaq Hüseyn Rəhmanovu vraqnarod eliyib 

basdılar içəri, gülləni də qoydular təpəsinə. Ancaq «bibi uçdu» kəlməsi o vaxt düşmişdi camaatın 

ağzına…. Çox yerləri dağıtdılar həmin illərdə. Həyif.- Babam əyilib həyətin qapısına tərəf 

boylanır və  əliylə  nəyisə Mirsəftərə göstərir. - Bax, burdan baxanda Qızıllı kilsənin bütün 

minarələri görsənirdi. Bilirsən hardeydi? Qoşa qala qapısınnan bir az yuxarıda bazar var e, bax 

onun üstündə.  İndi diyəsən məktəbdü yerində. Eh, nolsun ki, kilseydi, bilirsən nə bina idi? 

Biləcəridən  şəhərə girən kimi gümbəzdəri görünürdü, şəhərün hansı yerində azırdunsa, Qızıllı 



  

 

88



kilsənin parıldıyan gümbəzdərini tutub yolu tapırdun. Çox iri bir şey idi, həm də yaman möhkəm 

idi. diyirdilər ki, onu tikəndə malasına filan qədər yumurta sarısı qatmışdılar. Yadımdadu ki, 

belənçiy vurub dağıda bilmədilər, düz dörd il əlləşdilər, kərpic-kərpic sökdülər onu.  Şəhərdeki 

köhnə urusdar hər dəfə sökülən kilsənin yanınnan keçəndə gildir-gildir yaş tökürdülər… Mən 

dürüst bilmirəm, ancaq camaat danışırdı ki, köhnə hökumətin vaxtında bir dəfə  İstalin Bakidə 

olanda girdəvoylar düşübmiş dalıyca, bu da görüb qaçmağa yer yoxdu, gedib girib o kilseyə

keşişdərün də yazığı gəlib, götürüb gizdədiblər onu ən yuxarıdeki çardaqda, iki gün qalıb orda. 

Bu kilsənin də zəngləri çox zırpı bir şeydi, səsinnən qulaq tutulurdu. Müxtəsəri, iki günün içində 

İstalinin baş qulağı elə gedib ki az qalıb zənglərin səsinnən başına hava gəlsün, gic olsun. Birtəhər 

məqam tapıb aradan çıxannan sonra, guya özü-özünə söz vəribmiş ki, imkan düşən kimi bu 

kilsəni zəngləriynən bir yerdə sökdürüb qoyaceyəm yerə. Padşah olannan sonra elə də eliyir.  

 

-Hə, yadıma düşür. - Mirsəftər babamın sözünü təsdiq edir. – Uşaq vaxtı hansısa tarix 



kitabında oxumuşdum ki, Stalin inqilabçılıq fəaliyyəti zamanı bir neçə  dəfə Bakıda olub, hətta 

həbs edilib burda. 

-Düz yazıblar. Neçə ay bizim Bayıl türməsində  də yatıb. O, Bayılda yatanda Nəriman 

doxtur həmişə gizdincə peredaça göndərirdi onunçün. Eh, o da bir alayı kişiydi. Allah Həci 

Zeynalabdinə  rəhmət eləsün.  Doxtur  kimi  nə  qədər cavannarı göndərirdi öz puluna Urusyətə, 

dərs öyrənmeyə. Həyif, mənim cavannığım pis vaxtdara düşdü, ara qarışdı, məzhəb itdi aləm 

deydi bir-birinə, Nukalay padşahın dalınnan deydilər, hökumət deyişdi. Yoxsa mən də gedib 

oxiyib bir fərri adam olardım. Həci də əlimiz çatan adam idi. Böyük əmim Kəblə Muxtarın arası 

xod idi onuynan. Həci Zeynalabdin onun xətrini çox istiyirdi, bilirdi ki, ağzı dualı mömin kişidü, 

həm də heç kimnən qorxu hürküsü yoxdu, sözi kişi kimi üzə diyəndü. Kəbleyinin  Şubanı 

tərəflərdə qoyun sürüləri vardı. Həcinin bütün külfətiyçün, sonra, öz fabrikinin işçiləriyçün  əti 

ancaq Kəbleyidən alardı. Hər ay iki yüz qoyun ayırıb göndərərdik ona. Kəbleyi bircə kəlmə sözü 

bəs eliyərdi ki, minnətsiz-filansız məni də göndərəceydi Urusyetə  dərs oxumağa. – Deyəsən 

gəncliyi yenə  də kino lenti kimi babamın gözünün qabağından keçir, kişi həm kövrəlir, həm də 

xoşhallanır.  

-Deyirlər camaatın qayğısını çəkən adam olub Tağıyev. - Mirsəftər sözünü deyib babamın 

üzünə baxsa da, görür ki, kişi deysən onu heç eşitməyib, öz aləmindədi, fikri də allah bilir 

hardadı. 

– Bir dəfə  Kəbleyi Mərdəkana, Həci Zeynalabdinin bağına gedəndə  məni də aparmışdı 

özüynən. İndiyəcən yadımdadu, elə belənçiy isti bir yay günü idi, adamın nəfəsi kesilirdi istidən. 

Rəhmətdik Həcinin bağınun qabağında faytonu saxladuq, ikimiz də düşdik. Əmim Kəblə Muxtar 

bir torba təmiz cirə götürmişdi Həciyçün, bilirdi ki, xoşdıyır bizim cirəni. Hə, içəri girəndə gördik 

Həci bağdakı ikimərtəbəli mülkdən bir az aralıdakı çarhovuzun qabağında dayanıb,  əllərini də 

belində cütdiyib. Diyəsən çarhovuzdakı balıqlara baxırdı. Biz həyətə girən kimi çönüb dilləndi ki, 

gəl görək, Kəblə Muxtar, cirənin iyinnən bildim ki sənsən. Rəhmətdik düz diyirdi. Bizim kəntin 

cirəsini ki, döyüb toz kimi elədün, iyi Allahü-əkbərin qurtaracağınacan gedib çıxır. Həci də yəqin 

elə biz faytonnan düşəndə iyi hiss eləmişdi. Hə, külafirəngidə oturub kalan söhbət elədik, yəni 

mən heç nə danışmırdım, elə oturub qulaq asırdım, xırda uşaq idim, ixtiyarım nəydi ki onnarın 

yanında ağzımı açım, elə  Kəblə Muxtar bir yol gözünü ağartseydi mənə  gərək xəcalətdən yerə 

girərdim. Müxtəsəri,  şirin söhbətin bir məqamında Həci Zeynaləbdin  əmimə baxıb dedi ki, 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə