Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

  

 

75



– Nöşün e? Beyəm qorxuram olardan? Atamın həyətində oturub məni divara 

dırmaşdıraceylər? Bəsdi də. Səhərdən bayram eliyillər, çalıb-oynuyullar, day gecədi, yıxılıb 

yatsunnar da.   

Nənəm ona acıqlanır. 

– Qız uşağısan. Otur yerində, ayıbdı. Filan qədər kişi xeylağı var evlərində. Gədə  gələr, 

düşüb abırlarını verər. 

Bibim bu dəfə küçəyə  tərəf boylanaraq, xilas gözləyən  əsirlər kimi ümid dolu baxışlarını 

tinin başına zilləsə  də, küçədə pişiklərdən başqa canlı  məxluq gözə  dəymir. Saat artıq on birə 

yaxınlaşır. 

– Birdən qaqaşım heç gecə evə  gəlmədi? Bəs biz səhərəcən yatmıyaq? Oturub bu qara-

mərəkəyə qulaq asaq? – Bibim təəssüflə içini çəkir. - Bəlkə sən özün düşəsən aşağı? 

Nənəm sərt hərəkətlə başını qaldırıb bibimə baxır, onun çatılmış qaşlarını görən bibim 

özünü yığışdırır, təklifinin nə  qədər namünasib olduğunu anlayır. Utanıb başını  aşağı salır və 

mızıldanır. 

– Yaxşı, onda oturub qaqaşımı gözdüyək. 

Hər ikisi bir müddət susub otururlar, danışmırlar. Nənəm bibimin üzünə baxmağa sanki 

xəcalət çəkir, bəlkə  də övladının bu narahatçılığında özünü günahkar sayır, amma birdən üzü 

gülür, nəsə fikirləşib tapmış adamlar kimi cəld ayağa durur, otaqda vurnuxmağa başlayır. 

– Nə axtarırsan? – bibim qeyri-ixtiyari maraqlanır. 

Otağı ələk-vələk edən nənəm əsəbiliklə əllərini yellədir: 

– Hanı o? 

– Nə?  


– Əşşi, o yekə paltar qayçısını diyirəm də. Səhər əlimdeydi e. 

Bibimin gözlərində heyrət nişanələri görünür. 

– Qayçını neynirsən? 

– Lazımdı. 

– Odey, taxçaya qoymuşam. 

Nənəm yekə paltar qayçısını götürəndə  təəccübdən, həm də qorxudan bibimin boğazı 

quruyur, düşünür ki, nənəm kirayənişinləri «qayçılamaq» istəyir. 

– Hə də, ata-babası gündə birini  bıçaqlıyırdı, bu da qayçılamaq fikrinə düşüb. Allah axırını 

xeyir eləsin. – Bibim bunları beynindən keçirib vahimə içində yerindən sıçrayır, arvadın qarşısını 

kəsmək istəyir. 

– Sən babovun qəbri, eləmə, ay məmə, bizi qana salma. 

–  Əşşi, çəkil görüm. - Nənəmin səsindəki hökm bibimi geri çəkilməyə vadar edir və 

arvadın qapıya yox, pəncərəyə  tərəf getməsi isə onu lap çaşdırır. Bir şey soruşmağa da macal 

tapmır, nənəm pəncərəni açıb iri dəmir qayçı tutmuş  əlini sol tərəfə uzadır və yalnız bu zaman 

bibim başa düşür ki, arvad Mirsəftərgilin evinə gedən elektrik xəttini kəsmək istəyir. 

Əlbəttə ki, nənəmdən fərqli olaraq bibimin elektrik cərəyanı barədə məlumatı daha çox idi, 

lakin bu məqamda gücü yalnız: -«eləmə, tok vurar»- qışqıraraq özünü arvada tərəf atmağa çatır. 

Başı  pəncərədən çöldə olan arvad qızının sözünü eşitmir və nazik məftili var gücüylə 

dəmir qayçının arasına sıxıb kəsir... 

Bayırda möhkəm qığılcım qopur və  nənəmin «Vaxsey» bağırmasıyla həyətin qaranlığa 

qərq olması bir olur… 



  

 

76



Sakitlik çökür. Bibim özünü itirir, biixtiyar nənəmi çağırır, arvadın yüngül iniltisindən hiss 

edir ki, pəncərənin ağzında yıxılıb qalıb. Elə bu vaxt arvadın qışqırığını eşidən Mirsəftər də cəld 

yuxarı qalxır, cibindən kibrit çıxarıb yandıraraq evə girir. 

– Arvada nə oldu ki? 

Nənəmin pəncərənin ağzında yıxıldığını görüb onun üstünə atılır, ayağa qaldırmağa 

çalışır, bibim tez şam gətirir, yandırırlar, yalnız bundan sonra inildəyən arvadın göyərmiş sifətini 

görən Mirsəftər onu elektrik cərəyanı vurduğunu anlayır. Amma özünə  gələn nənəm heç bir 

köməyə ehtiyacı olmadığını bildirərək kirayənişini təzədən aşağı göndərir, özü isə  qızının 

köməyiylə ayağa qalxıb divana uzanır. Görkəmindən bilinir ki, özündən razıdır, hər nədisə 

həyətdə sakitliyi bərpa etməyə nail olub.  

Buna baxmayaraq ürəyində özü özünə söz verir ki, bundan sonra bir də o zəhrimar toka 

yaxın da getməyəcək. Düzdü, əvvəllər də «tok vurmaq» ifadəsini çox eşitmişdi, amma elektrikin 

mahiyyətindən xəbəri olmadığından onu məftilin içiylə axan nəsə  bərk qızmış qatı bir maye kimi 

təsəvvür edirdi və naqili kəsmək istəyəndə  də fikirləşirdi ki, ən uzağı  bir az əlimi yandıracaq, 

ondan artıq nə olacaq ki? Lakin oldu. O oldu ki, bu hadisədən sonra nənəmin sağ əli hissiyyatını 

tamamilə itirdi, yalnız uzun müalicədən sonra sağaldı. 

Onu da qeyd edim ki, o vaxtlar elektrik xətlərində gərginlik indiki kimi 220 volt yox, onun 

yarısı qədər, yəni 127 volt idi, ona görə də nənəm belə yüngül uxəsarətlə canını qurtara bilmişdi, 

əgər gərginlik indiki qədər olsaydı, şübhəsiz ki, arvadın axırı çatacaqdı. 

Təbii ki, bu hadisə ailədəki kişilərə bir az ayrı cür çatdırıldı, nənəm dedi ki, zivədən paltar 

asanda təsadüfən əlim məftilə dəyib, tok vurub məni… 

Mirsəftər bizim həyətimizdə düz doqquz il qaldı və bu doqquz ildə nənəm bircə dəfə də nə 

ona, nə də arvadına bir irad tutmadı. Özünə sığışdırmadı, abır- həyasını saxladı. Düzü, buna heç 

o qədər lüzum da yox idi, çünki beş-altı aydan  sonra onlar da bizim həyətin abü-havasını 

götürdülər, müəyyən mənada ailənin bir üzvü oldular. 

Həmin  ərəfələrdə babam da təqaüdə  çıxdı. Həmişə  işdə-gücdə olan kişi təzə-təzə heç 

öyrəşə bilmirdi bekarçılığa. Məhəllədə yaşıdlarından demək olar ki, heç kim qalmamışdı və kişi 

boş vaxtını bilmirdi necə keçirtsin. Gah atamı dirəyirdi ki, mənimçün beş-altı kilo  günəbaxan 

tumu al, dalanın başında oturub tum satacam, gah əmimin yaxasından yapışdı ki, mənə köhnə bir 

maşın yığdır,  şəhər içində xaltura edəcəm və s. Təbii ki, bu təkliflərin heç biri reallaşmadı, 

oğlanları babamın nə tum satmasını, nə  də maşınla xaltura eləməyini rəva bilmədilər. Çox 

çəkmədi ki, babam, necə deyərlər,  haqqın yolunu tapdı. Bekar olanda Mirsəftəri çənəsinin altına 

salıb Bakının keçmişindən, köhnə kişilərindən, nə bilim, əvvəllər baş verən hadisələrdən 

danışmaqla gününü axşam eləməyə başladı. Yazımın  əvvəlində qeyd etdiyim kimi, elə  mənim 

özüm də  həmişə bu söhbətlərə  həvəslə qulaq asırdım və kişi danışdıqca Bakının keçmişi, adət-

ənənələri, insanları  mənimçün  şəffaflaşırdı, görünməyən tərəfləri görünməyə başlayırdı, 

mahiyyəti üzə çıxırdı. 

Yox, indi yox, babamın Mirsəftərlə söhbətləri barədə başqa vaxt yazacam. İndi isə…əlbəttə 

ki, bir az istirahət eləmək lazımdır. Çox yox, bir az…  

 

 



Altıncı fraqment 

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə