Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə38/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Nitroammofoska istehsalı

prosesin fiziki-kimyəvi əsasları. Nitroammofoska üçlü (N+P+K) mürəkkəb kompleks gübrədir. Onun tərkib hissəsinin əsasını monoammoniumfosfat, ammonium nitrat, kalium nitrat və ammonium xlorid təşkil edir. Axırıncı iki duzun iştirakı məhsulun hiqroskopikliyini aşağı salır və onun fiziki xassələrini yaxşılaşdırır. Qida maddələrinin nisbətindən asılı olaraq nitroammofoska iki markada buraxılır: A markalı 1:1:1 formalı və B markalı 1:1; 5:1,5 formalı.

Nitroammofoska iki üsulla: fosfatların nitrat turşusu ilə parçalanması, fosfat və nitrat turşuları qarışığının ammonyakla neytrallaşması ilə alına bilər. Hər iki halda məhsulun tərkibinə kaliumlu komponentin daxil edilməsi üçün istehsal prosesində reaksiya qarışığına kalium xlorid əlavə edilir. Nitroammofoska istehsalının daha geniş yayılmış üsulu - neytrallaşmadır.

Nitroammofoskanın bu üsulla alınması aşağıdakı reaksiyalar əsasında gedir:

1. fosfat və nitrat turşularının ammonyakla neytrallaşmasından müvafiq olaraq monoammoniumfosfatın və ammonium nitratın əmələ gəlməsi



H3PO4 + NH3 = NH4H2PO4,

HNO3 + NH3 = NH4NO3

  1. sistemə daxil edilən və ərintidə həll olan kalium xloridin ammonium nitratla dəyişmə reaksiyası:

NH4NO3 + KCl = KNO3 + NH4Cl


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə