Mineral güBRƏLƏRİn təSNİfati


Azot turşusu məhlularının emalı üsulları



Yüklə 12,67 Mb.
səhifə41/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathMühazir .bakalavr Min.gübr

Azot turşusu məhlularının emalı üsulları

Azot turşusu məhlullarının emalı ayrılıqda fosfatların və nitratların alınması ilə, yaxud da mürəkkəb gübrələrin alınması ilə həyata keçirilir.

Birkomponentli gübrələr fosfat turşusunun azot turşusu məhlulunda əhənglə və yaxud əhəng südü ilə neytrallaşması yolu ilə alınır. Bu zaman dikalsiumfosfat (presipitat) çöküntüsü əmələ gəlir ki, o da məhluldan filtrləmə yolu ilə ayrılır və qurudulur. Qalan kalsium nitrat məhlulunu buxarlandırır və kristallaşdırırlar. Monokalsiumfosfat və kalsium nitratın ayrılıqda alınması da mümkündür

Məhluldan birkomponentli gübrələrin alınması kapital və istismar xərcləri tələb edir. Bu zaman əhəngin narın xırdalanması üçün avadanlığın quraşdırılması, azotlu və fosforlu duzların məhlulunun filtrlənməsi, buxarlanması yolu ilə ayrılması, sonradan onların kristallaşması tələb olunur. Buna görə də azot turşusu məhluldan ayrılıqda fosforlu və azotlu gübrələrin alınması üsulu geniş tətbiq sahəsi tapmamışdır. Azot turşulu məhluldan mürəkkəb gübrələrin istehsalı zamanı o adətən neytrallaşdırılır və alınan suspenziya komponentlərə ayrılmadan susuzlaşdırılır. Filtrləmə prosesinin olmaması texnoloji prosesi xeyli asanlaşdırır. Hal-hazırda istifadə olunan üsulda məhlul ammonyakla neytrallaşdırılır. Bu üsulla alınan mürəkkəb gübrələrin tərkibində iki qida elementi N və P olur ki, onlar da nitrofoslar adlandırılır. Adətən, dənəvərləşdiril-mədən əvvəl neytrallaşdırılmış suspenziyaya kalium duzları (KCl, K2SO4) əlavə edilir və tərkibində N, P və K olan üçqat gübrə nitro-foska alınır.

Təbii fosfatlarda CaO:P2O kütlə nisbəti 1,3-1,8 həddində olur ki, bu da dikalsiumfosfata (0,79) nisbətən xeyli yüksəkdir. Buna görə də məhlulun ammonyakla neytrallaşması zamanı fosfat turşusunun tamamilə dikalsiumfosfatın əmələ gəlməsi üçün sərf olunmasından sonra məhlulda Ca(NO3)2 şəklində kalsiumun izafi miqdarı qalır. Suspenziya qurudulduqda alınan məhsulun tərkibində Ca(NO3)2 qalır ki, o da hiqroskopik olduğuna görə arzu olunmazdır. Bunu məhluldan kalsiumun müəyyən hissəsini ayırmaqla (CaO:P2O5=0,79 nisbəti əldə olunana qədər) aradan qaldırmaq olar. Bu halda bütün fosfor məhsulda sitratda həll ola bilən formada, dikalsiumfosfat şəklində olur. Fosforun bir hissəsinin suda həll ola bilən formada alınması üçün mütləq reaksiya kütləsində CaO: P2O5 nisbətini daha çox azaltmaq lazımdır ki, sərbəst fosfat turşusu ammonyakla neytrallaşma zamanı ammonium fosfata keçsin.

Emal sistemində CaO:P2O5 nisbətini azaltmaq üçün aşağıdakı üsullardan istifadə olunur.

1) Ca(NO3)2 kristallaşması; 2) fosfat turşusunun əlavə miqdarının daxil edilməsi (ekstraksiya və ya termiki üsul); 3)izafi kalsiumun sulfat turşusu H2SO4 və yaxud (NH4)2SO4, K2SO4, Na2SO4 ilə çökdürülməsi; 4) izafi kalsiumun ammonyakla və CO2 ilə CaCO3 şəklində çökdürülməsi.

Kalsiumun azot turşulu məhluldan birləşdirmə və ayırma üsulları ilə kənarlaşdırılmasından və CaO: P2O5 nisbətindən asılı olaraq müxtəlif tərkibli gübrələr alınır. Adətən nitro-foskalarda qida komponentləri dikalsiumfosfatlar və ammo-nium nitrat, kalium duzları kimi təqdim olunur. -100C-yə qədər soyudularaq dondurulub məhluldan çıxarılması zamanı Ca(NO3)2–in kalsium nitratın tetrahidratı kristallaşır ki, o da ayrılma və qurudulmadan sonra gübrə kimi istifadə oluna bilər və yaxud ammonium şorasına emal oluna bilər. Kalsiumun ayrılma dərəcəsi azot turşusunun ilkin qatılığı və məhlulun son temperaturundan asılı olur. Məhlulun H2SO4 ilə emalı, yaxud fosfatların HNO3 və H2SO4 qarışığı ilə parçalanması zamanı CaO:P2O5–in istənilən nisbətində kalsiumun müəyyən hissəsi kalsium sulfata çevrilir, hansı ki, o da gübrədə ballast şəklində qalır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə