Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə37/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

İstehsal üsulları

Yuxarıda göstərilən gübrə növlərinin istehsalı proseslərini 3 qrupa bölmək olar:



1. 2 pilləli ammonyaklaşma proseslərində qatılaşdırımış (47-54%P2O5) fosfat turşusu NH3:H3PO4=0,60,7 molyar nisbətinə qədər neytrallaşdırılır. Sonra N:P2O5 nisbətinin yüksəldilməsi üçün alınan məhlul NH4NO3 ərintisi və ya karbamidlə qarışdırılır və ammonyaklaşdırıcı dənəvərləş-diricidə mono- və yaxud diammoniumfosfata qədər neytrallaşdırılır. Ammonyaklaşdırıcı – dənəvərəşdiriciyə (AD) eyni zamanda retur və KCl verilir. Tam ammonyaklaşma dənələrin səthində nazik layda həyata keçirilir. Ona görə proses returun böyük miqdarı ilə (3,5-10 dəfə) aparılır. Bu quruducu barabanın girişində materialın nəmliyini 1,5%-ə yaxın saxlamağa imkan verir. Alınan dənələr sterik formada yüksək möhkəmliyə malikdirlər.

2. Az returlu proseslərdə – lazımi tərkibdə suspenziyalar reaktorlarda alınır. Dənəvərləşdirmə və qurudulma isə birgə eyni aparatda aparılır. Retur və məhsulun miqdarı nisbəti bu proseslərdə 0,3-1 təşkil edir.

3. Ərinti proseslərdə – fosfat və azot turşularının qarışığı neytrallaşma istiliyindən istifadə etməklə neytrallaşdırılır. Sonra məhlul vakuum altında ərinti halına qədər buxarlandırılır, KCl ilə qarışdırılır və qüllələrdə dənəvərləşdirilir. Bu proseslərdə çox möhkəm şüşəşəkilli dənələr alınır.

NİTROFOSFATLAR

Təbii fosfatın azot turşusu ilə parçalanması zamanı əmələ gələn, tərkibində kalsium nitrat və sərbəst fosfat turşusu olan məhlul azotu məhlul adlanır. Sonrakı emal üsulundan asılı olaraq qida elementlərinin nisbətinin böyük diapazonunda birkomponentli azotlu və fosforlu, həmçinin mürəkkəb, ikiqat (N-P) və üçqat (N-P-K) gübrələri almaq mümkündür. Sulfat turşusu ilə parçalanma üsulundan fərqli olaraq azot turşusu ilə fosfat xammalının parçalanması zamanı təkcə turşunun kimyəvi enerjisindən deyil, həmçinin gübrənin tərkibinə keçən azotdan da istifadə edilir. Turşuların bu cür kombinə edilmiş şəkildə istifadəsi iqtisadi cəhətdən çox əlverişlidir. Bu üsulun çatışmazlığı ondan ibarətdir ki, bu zaman azot turşulu məhluldakı kasiumun bir hissəsini kənarlaşdırmaq və ya həll olmayan duzlara çevirmək lazım gəlir. Nəticədə, buraxılan gübrələrin tərkibində çoxlu miqdarda ballastın iştirakı ilə əlaqədar olaraq qida elementlərinin qatılığı az olan məhsul buraxılır. Bundan başqa məhlulda kalsiumun olması fosforun tamamilə suda həll ola bilən formada olduğu gübrə alınmasına imkan vermir.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə