Mineral güBRƏLƏRİn təSNİfati


İstehsalın texnoloji sxemi



Yüklə 12,67 Mb.
səhifə39/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathMühazir .bakalavr Min.gübr

İstehsalın texnoloji sxemi. Nitroammofoska istehsalının daha geniş yayılmış texnoloji sxemi AD (ammonyaklaşdırıcı-dənəvərləşdirici) aparatdan istifadə olunan sxemdir (şəkil 33).

47-52% P2O5 qatılığa malik fosfat turşusu neytrallaşdırıcıya (1) daxil olur, burada 110-1200C-də ammonyakla ney-trallaşdırılır. Nİİ aparatında (2) nitrat turşusu 110-1350C-də ammmonyakla neytrallaşdırılır və əmələ gələn ammonium nitrat məhlulu buxarlandırıcı aparata (3) daxil olur, burada 0,95 küt.payı qatılığa qədər buxarlandırılır və tutuma (4) göndərilir.

Ammoniumlu horra neytrallaşdırıcıdan (1), ammonium nitrat ərintisi tutumdan (4), daxil edilən kalsium xlorid, qaz-şəkilli ammonyak və retur ələkdən (9) sonra ammonyak-laşdırıcı-dənəvərləşdiriciyə (5) verilir. Returun miqdarı 1 ton hazır məhsul üçün 10 tona yaxın təşkil edir. AD aparatda neytrallaşma prosesi sona çatır və kimyəvi reaksiyanın

Şək.33. Nitroammofoska istehsalının texnoloji sxemi:

1–fosfat turşusu neytrallaşdırıcısı; 2–Nİİ aparatı; 3–buxarlandırıcı aparat; 4–ərinti tutumu; 5–AD aparatı; 6–barabanlı quruducu; 7–odluq; 8,9–ələklər; 10–xırdalayıcı (doğrayıcı); 11–qaynar lay soyuducusu.
istiliyi hesabına dənəvərləşmə və qurutma prosesi baş verir. Nitro-ammofoska dənələri AD aparatından odluqdan (7) gələn tüstü qazları ilə qızdırılan barabanlı quruducuya (6), sonra isə ələklərə (8,9) verilir, burada üç fraksiyaya ayrılır. İri fraksiyalar doğrayıcıda (10) xırdalandıqdan sonra ələkdən (9) keçən xırda fraksiya ilə qarışdırılır və retur halında AD aparata qaytarılır. Ələkdən (8) keçən, dənələrin ölçüsü 1-4 mm olan nitroammofoskanın əmtəə fraksiyası qaynar lay soyuducusuna (11), sonra isə anbara göndərilir. AD aparatından çıxan qazlar absorbsiya üçün su ilə suvarılan skrubberə daxil olur.

Texnoloji sxemin əsas aparatı olan ammonyaklaşdırıcı-dənəvərləşdirici diametri 4 m və uzunluğu 6-8 m olan, returun və kalium xloridin yüklənməsi üçün qurğu və ammofos horra-sının, ammonium nitrat və qazşəkilli ammonyak ərintisinin ötürülməsi üçün boru kəmərləri ilə təchiz olunmuş, içi boş fırlanan barabandır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə