Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə43/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   36   37   38   39   40   41   42   43   44
C fakepathMühazir .bakalavr Min.gübr

MAYE KOMPLEKS GÜBRƏLƏR
Maye kompleks gübrələr (MKG) tərkibində azot və fosfor, yaxud azot, fosfor və kalium, bəzən mikrogübrələr, pestisidlər və bitkilərin boyunu stimullaşdıran birləşmələr olan sulu məhlul və ya suspenziyalardır. Maye gübrələrin bərk gübrələrdən fərqi onların hazırlanmasının sadəliyi, az kapital və istismar xərcləri, zərərli tullantıların olmamasıdır. Belə gübrələrdə qida elementlərinin N:P2O5:K2O nisbətini geniş həddə tənzimləmək olar. Bu zaman komponentlərin kifayət qədər aşağı temperaturlarda həll olmasını nəzərə almaq lazımdır. Maye kompleks gübrələrə olan əsas tələblərdən biri saxlama və istifadə zamanı çətinliklərin aradan qaldırılması üçün duzların kristallaşma temperaturunun aşağı olmasıdır. MKG-nin əsas xüsusiyyətləri maye azot gübrələrindən fərqli olaraq onlarda sərbəst ammonyakın olmaması, həmçinin onlardan istifadə etdikdə torpağa əlavə olaraq bərk fosforlu və kaliumlu gübrələrin verilməsi ilə əlaqədar əlavə əmək xərclərinin aradan qalxmasıdır.

MKG alınması üçün fosforun mənbəyi ekstraksiya ortofosfat yaxud polifosfat turşusudur, hansı ki, qazşəkilli ammonyakla neytrallaşdırılır. N:P2O5:K2O lazımi nisbətini əldə etmək üçün məhlula karbamid, ammonium nitrat, kalium duzları və çox vaxt kalium xlorid əlavə edilir. Axırıncı MKG-nin digər komponentlər ilə müqayisədə daha az həll olandır, ona görə də N +P2O5 +K2O qida elementlərinin cəmi tam maye gübrədə adətən 35%-dən çox olmur. Kalium xloridin əvəzinə kalium karbonatın və ya kalium hidroksidin əlavə olunması yolu ilə bu göstəricinin artırılması məhsulun qiymətinin artmasına gətirib çıxarır.

Tərkibində kondensləşmiş fosfat olmayan və termiki fosfat turşusunun NH3:P2O5=1,6 molyar nisbətə qədər ammonyak-laşdırılması nəticəsində alınan və sonradan ammonium nitrat və kalium xlorid əlavə edilən 1:1:1 markalı maye gübrənin tərkibində 00C–də kristallaşmadan 17%-ə qədər qida maddələri ola bilər. Əgər ammonium nitratın əvəzinə karbamid istifadə edilərsə, o zaman qida maddələrinin qatılığı 28%-ə qədər yüksələ bilər. Bir az artıq soyudulduqda məhlul­lar uzun müddət ifrat doymuş halda ola bilər. Ammonium nitrat əsasında hazırlanmış məhlullardan əvvəl kalium nitrat kristallaş­mağa başlayır, lakin ammonium nitratın karbamidlə əvəz olunması zamanı çöküntüyə əvvəlcə kalium xlorid ayrılır.

Qatılaşdırılmış MKG (N+P2O5+K2O5) 35%-ə qədər polifosfat turşusu əsasında alınır. Belə gübrələr yaxşı aqrokimyəvi xassələrə, aşağı kristallaşma temperaturuna (-180C-yə yaxın) malik olurlar. Kompleks əmələ gəlmə nəticəsində qarışıqlar və mikroelementlər onlarda yaxşı həll olur.

MKG qaynar və soyuq qarışdırılma üsulları ilə istehsal olunur. Fosfat və ya polifosfat turşularının ammonyakla qarışdırılmaqla “qaynar” qarışdırılması zamanı iri müəssisə-lərdə ammonium orta və polifosfatların əsas baza məhlulları alınır. Tələbatçılar yaxından kiçik qurğularda «soyuq» qarışdırılma üsulu ilə tərkibində tələb olunan nisbətdə qida maddələri olan gübrə hazırlayırlar. Bu zaman əsas məhlula karbamid, ammonium nitrat, kalium duzları əlavə olunur.

Şəkil 35-də MKG-nin istehsalı sxemi göstərilmişdir. Bu sxem üzrə termiki fosfat turşusu 600C-də sulu ammonyakla neytrallaşdırılır. Sonra məhlula (pH=6,57,5; molyar nisbət NH3:H3PO4 = 1,81,9) karbamid və kalium xlorid əlavə edilir. Alınan maye gübrənin tərkibində 27% qida maddələri (9-9-9) olur.

Ortofosfat (40-54%P2O5), yaxud polifosfat (68-88% P2O5) turşularının yüksək temperaturda (210-2500C) ammonyaklaş-masından alınan ammonium polifosfatların məhlulları əsasında daha da qatı (10-34-0; 11-37-0 və s) baza gübrələri hazırlanır. Göstərilən məhlulların üçqat maye gübrələrin istehsalı üçün tətbiqi elə də üstünlüklərə malik deyil, belə ki, onlarda qida elementlərinin cəmi qatı ortofosfat turşusundan istifadə edildi-yindən yüksək deyil.

Şək. 35. Maye kompleks gübrələr (MKG) istehsalı sxemi:



1–dəmiryol sisternlərinin boşaldılması üçün vakuum nasos; 2–sistern; 3–mərkəzəqaçma nasosları; 4–sifonlu qurğu; 5– fosfat turşusu anbarı; 6–basqı çənləri; 7–rotametrlər; 8– ammonyaklı su üçün tutum; 9–fosfat turşusu üçün neytrallaş-dırıcı;10–bərk komponentlərin həlledicisi; 11–son qatılaşma üçün qarışdırıcı;12–MKG anbarı;13,14– qidalandırıcılarla bunkerlər



Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə