Mineral güBRƏLƏRİn təSNİfati


Ammofos və ammonium fosfatlar istehsalının



Yüklə 12,67 Mb.
səhifə34/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Ammofos və ammonium fosfatlar istehsalının

fiziki-kimyəvi xassələri
Ammonium fosfatlar istehsalında xammal kimi ammonyak və ortofosfat turşusundan (ekstraksiya və termiki) istifadə olunur. Fosfat turşusunun neytrallaşması böyük miqdarda istiliyin ayrılması ilə müşayət olunur:

H3PO4(m) + NH3(q)=NH4H2PO4(b)+147kC

H3PO4(m) + 2 NH3(q) =(NH4)2HPO4(b) +215 kC




Şək. 30 . NH3–ın təzyiqinin ammonium fosfatların

doymuş sulu məhlulları üzərində NH3:H3PO4 molyar nisbətindən asılılığı



Şək. 31 . 65-750C-də doymuş sulu

məhlullarının pH-nın NH3:H3PO4 molyar

nisbətindən asılılığı

Şəkil 30 -dan göründüyü kimi bərk fazaya daha çox monoammoniumfosfatın ayrılması prosesin AB şüası üzrə həyata keçirilməsi zamanı əldə olunur. Tərkibində 40% H3PO4 (25% P2O5) olan ekstraksiya fosfat turşusunun neytrallaşması zamanı hətta 250C-də belə kristalların çıxımı yüksək deyil (sistemin C nöqtəsində). Qatılaşdırılmış fosfat turşusunun (75% H3PO4 və ya 54% P2O5) neytrallaşması zamanı sistemin tərkibi D nöqtəsinə müvafiq olur və əmələ gələn bərk fazanın miqdarı kütlənin 750C-dən yuxarı temperaturunda belə yüksək olur. Bu reaksiyanın istiliyi, suyun müəyyən hissəsinin buxarlanması hesabına baş verir.

Ammofos istehsalında qarışıqlarla çirklənmiş ekstraksiya fosfat turşusu istifadə edildiyindən pH≥3 olduğu zaman onun ammonyakla neytrallaşması prosesində RPO4· 2H2O tipli dəmir və alüminiumun ortofosfatları – NH4 (Fe, Al) (HPO4)· 0,5H2O və başqaları, dikalsiumfosfat –CaHPO4·2H2O, gips, flüorlü – silisiumlu duzlar, maqneziumammoniumfosfat –NH4MgPO4· H2O ayrılır, maye fazada ammonium sulfat əmələ gəlir.

Fosfat turşusunun ammonyaklaşdırılması zamanı tərkibində ammonium fosfatların kristalları, sərbəst fosfat turşusu, su və çökən qarışıqlar olan turş suspenziya əmələ gəlir. Suspenziyanın miqdarı və komponentlərin tərkibi ammonyak udulduqca və temperatur yüksəldikcə fasiləsiz olaraq dəyişir. Eyni zamanda onun xassələri - pH-, bərk fazanın həll olması, özlülüyü (axıcılığı) və s. dəyişir.

Ammonyakın doymuş sulu məhlul üzrə təzyiqi NH3:H3PO4 molyar nisbətindən asılıdır (şəkil 68). pH hidrogen göstəricisi də ondan asılıdır. Hansı ki, ona uyğun olaraq prosesin tənzimlənməsi aparılır (şəkil 31). 250C-də NH3:H3PO4 molyar nisbəti 1,4,5-ə yaxın olduğu zaman doymuş məhlullar maksimum sıxlıq və özlülüyə malik olurlar.

Suspenziyanın tərkibinin dəyişməsi onların maye faza-larının qaynama temperaturarına çox güclü təsir göstərir. Bu qatılığın və susuzlaşdırmanın optimal rejiminin seçilməsi zamanı nəzərə alınmalıdır.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə