Ministry of education of azerbaijan republic sumgayit state university


AZƏRBAYCAN XALQ MAHNI YARADICILIĞI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə560/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   556   557   558   559   560   561   562   563   ...   579
magistr2021 3 2

AZƏRBAYCAN XALQ MAHNI YARADICILIĞI 
 
Rəhimova L.Ə. 
Naxçıvan Dövlət Universiteti
 
Azərbaycan qədim, son dərəcədə zəngin folklor ənənəsi olan mədəniyyətə malik bir diyardır. 
Azərbaycanlı olaraq diyə bilərəm ki, bizim zəngin musiqi folklorumuz vardır. Xalq mahnılarımız musiqi 
folklorumuzun çox vacib qolunu təşkil edir. Xalqımızın milli-mənəvi sərvətləri içərisində musiqi incəsənəti 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
469 
xüsusi yer tutur. Bunun nəticəsidir ki, xalq musiqisinin maddi-mənəvi gözəlliyini təbliğ edən musiqi daim 
xalqımızın ruhuna hopmuş və mənəvi dünyamızda xüsusi yer almışdır. Demək olar ki, xalqımızın təşəkkül 
tapıb formalaşdığı dövrlərdən musiqi onun sirdaşı olmuşdur. Xalq musiqimizin tarixi də elə xalqımızın tarixi 
qədər qədimdir. Bizim mahnılarımıza həm vətənimizdə həm də uzaq ölkələrdə qiymət verərək rəğbətlə qulaq 
asanlar vardır.
Tarix boyu xalqımızın məhəbbət bəslədiyi mahnı, aşıq musiqisi, oyun havaları və muğamlar bizim 
məişətimiz, mədəniyyətimiz, əməyimiz ilə bağlı olmuş və xalqımızın həyatında əvəzsiz rol oynamışdır. Öz 
düşüncələrini, hislərini, arzu istəklərini, gələcəyə olan ümidlərini və bu kimi cəhətləri ürəyindən süzülüb 
gələn melodiyalarla ifadə edən insanlar xalq musiqimizin əsasını qoymuşdur və nəticədə bu istiqamətdə 
inkişaf baş vermişdir.
Bununla da xalq musiqisinin janrları yaranmışdır. Məsələn, əməklə, qəhrəmanlıqla, adət-ənənələrlə, el 
şənlikləri ilə, toy - düyünlərlə və digər mərasimlərlə bağlı xalq musiqisi yaranıb ki, buraya da əsasən, mahnı 
və rəqslər daxildir.
Əsrlər boyu xalq tərəfindən yaradılan musiqi nümunələri Azərbaycan professional musiqi 
mədəniyyəti üçün də əsl mənbə olmuşdur. Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan 
bəstəkarlıq məktəbinin nümayəndələri öz yaradıcılıqlarını xalq musiqisi üzərində qurmuş və bunun üçün də 
çox dəyərli sənət əsərləri yaratmışlar. O əsərlərin kökü xalqa bağlı olduğundan onlar daim sevilmiş, digər 
ölkələrdə də uğurla səsləndirilmişdir.
Elə bu məqamda dahi sənətkarımız Üzeyir Hacıbəylinin bir kəlamını xatırlayaq. O yazır ki, “Əgər bir 
musiqi sənin öz xalqının xoşuna gəlirsə, bil ki, o bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər 
olacaq.” Mənim fikrimcə bu müdrik deyim bir tövsiyə olaraq Azərbaycan bəstəkarlarının yaradıcılığında öz 
real təsdiqini tapmışdır. Belə ki, hansı bəstəkarın əsərini xalq sevibsə, o əsəri dünya sənətsevərləri də böyük 
rəğbətlə qarşılayıblar. 
Əsrimizin əvvəllərində ilk operasını – ilk Azərbaycan, ilk şərq operasını – “Leyli və Məcnun”-u 
yaradan Üzeyir Hacıbəyli məhz muğamata əsaslanmışdı. XIX əsrin sonu XX əsrin əvvəllərində muğamat 
Azərbaycan xalqının vokal və instrumental mədəniyyətindəki ən gözəl keyfiyyətləri özündə birləşdirirdi. 
Üzeyir Hacıbəyli “Leyli və Məcnun”operasında muğamatdan savayı, xalq mahnılarından və instrumental 
havalardan da geniş istifadə etmişdir . 
Üzeyir Hacıbəylinin ölməz ənənəsini onun ardıcılları uğurla davam etdirmişlər. Müslüm Maqomayev, 
Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Niyazi, Cövdət Hacıyev, Qara Qarayev Aqşin Əlizadə, Arif Məlikov – 
bir sözlə xalqımızın yaşlı və cavan bəstəkarları özlərinin yaradıcılığında xalq mahnılarından istifadə ediblər. 
Ata – babalarımızdan bizə miras qalmış qiymətli xalq mahnılarını gələcək nəsillərə olduğu kimi çatdırmaqla 
xalq mahnılarını işləyib yenidən, yeni görkəmdə daha da zənginləşdirilmiş şəkildə xalqa qaytarmaqla 
vəzifələrini layiqincə yerinə yetirmişlər.
Xalq mahnıları estetik cəhətdən ancaq şifahi, yəni canlı ifa yolu ilə dinləyiciyə güclü təsir bağışlayır, 
üstəlik, Azərbaycan xalq mahnıları incə, dürüst ifaya çox həssasdır. İntonasiya cəhətdən bəzi qanunlara 
düzgün əməl olunmasa, mahnılarımız öz canlılığını, təsir gücünü itirər, ölüb gedər.
Xalq musiqisinin əbədiyaşarlığı yolunda başda Üzeyir Hacıbəyli olmaqla Fikrət Əmirov və onun 
“silahdaşları” mühüm xidmətlər göstərmişlər. Xalq musiqisinin toplanması və nota salınması dahi Üzeyir 
bəyin xidmətlərindən başlayır. O, 1927 – ci ildə öz məsləkdaşı Müslüm Maqomayevlə birlikdə “Azərbaycan 
– Türk el nəğmələri” məcmuəsini nəşr etdirir. 1930 – cu ildə onun təşəbbüsü ilə görkəmli sənətkarımız 
Bülbülün rəhbərliyi ilə Konservatoriyanın nəzdində “Xalq musiqi kabineti” fəaliyyət göstərir.
Bülbülün redaktəsi və Cabbar Qaryağdıoğlunun oxusundan Səid Rüstəmov, Tofiq Quliyev və Fikrət 
Əmirovun nota yazdıqları əsasında 2 cildlik “Azərbaycan xalq mahnıları” məcmuəsi yaranmışdır. Həmin 
məcmuələrdə Fikrət Əmirov bu mahnıları nota yazmışdır.Azərbaycan xalq mahnıları 1 – ci cild: “Xoş 
gəldin”, “Ay mübarək”, “Boyuna qurban” və s. Azərbaycan xalq mahnıları 2 – ci cild “Gülə-gülə”, “Şal 
alan”, “Ceyran bala” , “Leyla” və s. 
Fikrət Əmirovun “Əgər Cabbar Qaryağdıoğlu xalq musiqisinin düşünən beyni idisə, Seyid Şuşinski bu 
musiqinin çırpınan ürəyidi” deməsinin səbəbi bu idi ki, o, hələ uşaq yaşından tanıyıb pərəstiş etdiyi Cabbar 
Qaryağdıoğlu və Seyid Şuşinski ilə çiyin-çiyinə çalışmaqdan daha da ruhlanmış, onların sənətindən 
bəhrələnmişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   556   557   558   559   560   561   562   563   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə