Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə559/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   555   556   557   558   559   560   561   562   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
468 
rəssamlarının Bəhruz Kəngərliyə həsr etdikləri gözoxşayan təsviri və dekorativ-tətbiqi sənət nümunələri 
muzeyin fondunu zənginləşdirməsində müəyyən rol oynamışdır. 
Dövrün tələbinə uyğun olaraq muzey öz işini sosial şəbəkələrdə də aktiv şəkildə davam etdirir. Muzey 
vətənpərvər rəssamın bəddi irsini layiqli şəkildə, şərəflə təbliğ edir.
Fikrimizcə Bəhruz Kəngərli təkcə rəssam kimi deyil, həmdə Azərbaycan xalqının görkəmli 
nümayəndəsi kimi tarixə düşən şəxsiyyətlər arasında özünəməxsus yeri vardır. Məhz onun vətən və xalq 
qarşısındakı xidmətləri nəzərə alınaraq, irsi gənclərə, şəhərimizi ziyarət edən xarici və yerli qonaqlara təbliğ 
edilməlidir. Sağlığında özü yeni məktəb yaradan Bəhruz Kəngərli bir məktəb kimi ölümündən sonrada ya- 
ratdığı sənət nümunələri ilə birlikdə əbədi xatırlanmalı və öyrənilməlidir. 
QARABAĞ SƏNƏT TARİXİNİN TƏDQİQİNƏ DAİR 
 
Quliyeva T.M. 
Naxçıvan Dövlət Universiteti 
E-mail:
 
turkanq30@gmail.com
 
 
Bu tezisin məqsədi Azərbaycan təsviri incəsənətinin çox əsirlik tarixindən və zəngin bədii 
ənənələrindən bəhs etməkdir. Əhəmiyyətli tarixi coğafi mövqeyə sahib Qarabağ Azərbaycanın bu çoxəsirlik 
təsviri incəsənət tarixində mühüm yeri olduğunu hesab etmək olar.
Qarabağın özünə məxsus incəsənətinin 
demək olar ki, Azərbaycanın incəsənət tarixində xüsusi yeri olmuşdur. Azərbaycan təsviri incəsənət tarixinin 
Qarabağ səhifələrinə nəzər salsaq, bu bölgədə təsviri incəsənətin bir çox növlərinin inkişaf edildiyinin şahidi 
oluruq. Boyakarlıq, memarlıq eləcə də dekorativ tətbiqi sənətin bir çox növlərini, bədii tikmə, bədii oyma, 
xalçaçılıq kimi dekorativ tədbiqi sənət sahələrinin tətbiq edildiyi əsrarəngiz sənət nümunələri düşmən 
vəhşiliyinə məruz qalsa da günümüzə qədər gəlib çatmışdır. Londonun Viktoriya və Albert, Parisin Luvr, 
Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey 
kolleksiyalarına nəzər salınsa Qarabağ ustaları tərəfindən yaradılmış belə sənət nümunələrini görmək 
mümkündür. Qarabağ memarlıq və incəsənət əsərlərinin tədqiq olunması incəsənət əsərlərinin tədqiqi 
sahəsində olan bu boşluğun doldurulması üçün irəliyə doğru atılmış mühüm addım ola bilər.
Qarabağ dekorativ tədbiqi sənət nümunələri kimi onun əvəzsiz memarlıq əsərlərindən Qafqaz 
Albaniyası dövrünə məxsus dini istehkamlar, bazilika funksiyası daşıyan monastrlar və monastır 
kompleksləri dünya əhəmiyyətli tarix-mədəniyyət abidələri hesab edilir. Eləcədə İslam dininin bu 
torpaqlarda yayılması özü ilə birlikdə islam memarlığınında tədbiqi sənət sahəsində bir sıra yenilikləri 
təcəssüm etdirirdi.
Lakin uzun müddətli Erməni işğalı bu sahədə aparılmalı olan çoxşaxəli tədqiqatlar üçün maneə 
olmuşdur. Məlumdur ki, Azərbaycan və Ermənistan münaqişələrinin yaşandığı ilk dövürlərdən etibarən 
ermənilər Qarabağ və ətaf ərazilərini hərb meydanına çevirmişdir. Əlbətdəki bu heçdə əbəs yerə deyildi. 
Ermənilərin ilk hədəfi səngərlər deyil birbaşa Azərbaycan mədəniyyətinin qədimliyindən xəbər verən 
memarlıq abidələri və əhəmiyyətli dəyərə sahib olan dekorativ tədbiqi sənət nümunələri olmuşdur.
Eyni zamanda 30 illik maneə ilə yanaşı, təsviri və tədbiqi sənət numunələrinin eləcə də memarlıq 
abidələrinin dağıdılması, məhv edilməsi, digər bir cəhətdən isə saxtalaşdırılması ünsürləri uzun müddətli 
tədqiqatların zəruriliyinin göstəricisidir. Qarabağ təsviri incəsənət əsərlərinin və memarlıq abidələrinin 
tədqiqi, Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu incəsənət və mematlıq sübutları ilə dünya 
dövlətlərində yetərincə tanıdılmasında böyük rol oynayacaqdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   555   556   557   558   559   560   561   562   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə