|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
466
romantik düşüncə tərzi ilə canlandırır. Bəstəkarın yaratdığı “insan” faciələrə sinə gəlir, qələbə qazanır,
kosmosu fəth edir, dahiyanə dühası ilə xalqı fəlakətlərdən qurtarır və ya vətən uğrunda şəhid düşür. Bütün
bunlar C. Hacıyevin fərdi yaradıcılıq təxəyyülünün məhsulu olaraq simfonik əsərlərinin əsas səciyyəvi
xüsusiyyətinə çevrilir.
C.Hacıyev simfoniyalarında digər əsərlərində olduğu kimi dərin əxlaqi, mənəvi keyfiyyətlər nümayiş
etdirir. C.Hacıyev Azərbaycan xalq musiqisinin incəlikləri, muğam təfəkküründən simfoniyalarında
məharətlə istifadə etmiş və öz dövrünün musiqili mühitini narahat edən məsələlərin həllinə yaradıcılıq
töhvələri ilə səs vermişdir.
C.Hacıyevin simfonik təfəkkürü onun simfoniyalarındakı əzəmətli obrazlar aləminin fərdi yaradıcılıq
üslubu ilə ümumiləşməsi nəticəsində daha əzəmətli xarakter alır. Bəstəkar simfonik janra xas bütün
nailiyyətləri fərdi təxəyyülü ilə zənginləşdirmiş, klassik formalarla bu təxəyyülün məhsulu olan duyğuları
orijinal şəkildə birləşdirmişdir.
Ümumbəşəri məzmun ilə yanaşı C.Hacıyevin musiqisi milli ruhu ilə də mükəmməldir. Onun
bəstəkarlıq texnikası xalq musiqisinin nümunələrinin qeyri-təbii formada köçürülməsinə əsaslanmır, həmin
nailiyyətlərin özünəməxsus təfsirini yaradır. Bir bəstəkar olaraq C.Hacıyev Azərbaycan xalq musiqisinin,
aşıq sənətinin incəliklərinə dərindən maraq göstərmiş, muğam sənəti isə onun simfonik təfəkküründə daha
böyük qüvvə ilə təzahür etmişdir.
BƏHRUZ KƏNGƏRLİ İRSİ DÖVLƏT QAYĞISI İLƏ ƏHATƏ OLUNUB
Qasımzadə A.Ü.
Naxçıvan Dövlət Universiteti
E-mail:
aidaqasimzade@gmail.com
Ana vətənimizin ayrılmaz parçası olan Naxçıvan təkcə şair, yazıçı və alimlərlə deyil həmdə özünə-
məxsus dəsti xətti ilə sənət aləmində yeniliklərə imza atan məhz elə bu səbəbdən də tarixə düşən, fırçalarla
xarüqələr yaradan rəssamları ilə də populyardır.
Belə görkəmli sənət xadimləri arasında Azərbaycanın ilk professional rəssamı, olduqca qısa yaradı-
cılıq fəaliyyəti ərzində maraqlı rəsm, portret və mənzərə əsərləri ilə incəsənətimizə qiymətli töhfələr verən
Bəhruz Kəngərlinin adı şərəflə çəkilir. Tanınmış rəssam Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli 1892-ci il
yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Bəhruz Kəngərli uşaq yaşlarından rəssamlığa
xüsusi maraq göstərmiş, bütün zehni imkanlarını bu sənətin öyrənilməsi üçün səfərbər etmişdir. O, bu məq-
sədlə arzularına çatmaq üçün Tiflisə gedir və orada 1910-cu ildən Tiflis rəssamlıq məktəbində təhsil almağa
başlamışdır. Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində “İncəsənəti təşviq cəmiyyəti” nəzdində
təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özünün istedadının
hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır .
Bəhruz Kəngərlinin tələbəlik illərində 1914-cü ildə Naxçıvanda ilk fərdi sərgisi təşkil olunmuşdur.
Belə sərgi sənət həvəskarlarının diqqətini cəlb etmiş, mətbuat səhifələrində rəğbətlə qarşılanmışdır.
Bəhruz Kəngərlinin xatirəsinin əbədiləşdirilməsi üçün muzeyin yaradılması nəzərdə tutulmuş elə bu
məqsədlə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Sərəncam imzalamış-
dır. Sərəncamda deyilir: 2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110
illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləş-
dirilməsi haqqında” 15 fevral 2001-ci il tarixli Sərəncamına əlavə olaraq Bəhruz Kəngərli irsinin toplanması,
daha geniş öyrənilməsi və anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq qərara alıram: 1. Naxçıvan şəhəri,
Atatürk küçəsi 17-də yerləşən ikimərtəbəli arxitekturalı binada (Naxçıvan Tibb Məktəbinin yerləşdiyi bina)
Bəhruz Kəngərlinin muzeyi yaradılsın. 2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncam-
dan irəli gələn məsələləri həll etsin. 3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir .
2002-ci il iyun ayının 18-i tarixində muzeyin açılış mərasimi keçirilmiş, Azərbaycan xalqının ümum-
milli lideri, uzaqgörən şəxsiyyət Heydər Əliyev açılış mərasimində şəxsən iştirak etmiş, nitq söyləmişdir.
“Mən bu muzeyin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təşəbbüsünü çox
yüksək qiymətləndirirəm. Bu muzeyin yaranması təkcə Naxçıvandakı tədqiqatçılar üçün yox, bütün
Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar yaradacaqdır. Mən onların hamısını dəvət edirəm ki,
bu işlə məşğul olsunlar. Hesab edirəm ki, bu tövsiyyələrim bir sənətşünas, tədqiqatçı kimi, bir alim kimi
|
|
|