MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   2   3   4   5   6   7   8   9   10   ...   21

22 

 

fiziki-kimyəvi  və digər  təsirlərə  məruz qalır ki,  nəticədə onun  görünüşü,  xassələri 



dəyişir  və  hazır  məmulatın    keyfiyyəti  formalaşır.  Məsələn,  çini  məmulatın 

keyfiyyəti 

formalaşir. 

Məsələn,çini 

məmulatın 

keyfiyyəti 

əsasən 

yandırmanıntemperaturundan  və  şəraitindən  asılıdır; 



metal  məmulatların 

xassələrini texniki emal rejimi hesabına dəyişmək mümkündür. 

Texnoloji  emal  rejimin  pozulması  nəticəsində  məmulatın  keyfiyyətini  aşağı 

salan, yazud onu yararsız vəziyyətə gətirən müxtəlif nöqsanlar baş verir. Texnoloji 

proseslərin  rejimlərinə  ciddi  riayət  etməklə  nöqsanlar  aradan  qaldırıla  bilər.  Mal 

istehsalının  əsas  mərhələlərini  bilməklə  nöqsanların  əmələgəlmə  səbəblərini, 

onların  aradan  götürmə  imkanlarını  aşkar  etmək  mümkündür.  Noqsanların  əmələ 

gəlməsinin  qarşısınınalınması,  yaxud  aradan  götürülməsi  hazır  məhsulun 

keyfiyyətini  yüksəltməyə,məmulatın  hazırlanmasına  və  xammalın  emalına  sərf 

edilən vəsaitlərin qorunmasına imkan verir. 

əmtəəşünaslıqda  hazır  məhsulun  istehlak  xassələrini  formalaşmasına  təsir 

edən əsas proseslərin öyrənilməsinə, təkrar emal prosesində xammalın xassələrinin 

dəyişməsinə başlıca diqqət yetirilir. 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  dedikdə,məhsulun  keyfiyyətinə  təsir 

edən şərait və amillərə, keyfiyyəti planlaşdırma və məqsədəuyğun istiqamətlənmiş 

təsir yolu ilə həyata keçirilən tərtibetmə, istehsal və istismar, yaxudistehlak zamanı 

məhsulun  keyfiyyətinin  lazımı  səviyyədə  qorunmasının  təmin  edilməsi  və 

saxlanması başa düşülür. 

Məhsul keyfiyyətinin yüksəldilməsi üçün müvafiq təşkilatı, texniki, iqtisadi, 

qanunverici  və  digər    kompleks  tədbirlərin  həyata  keçirilməsinin  mühüm 

əhəmiyyəti vardır. Keyfiyyət səviyyəsinə müvafiq stabil  məhsul buraxılışını təmin 

edən  bu  cür  tədbirlərin  işlənib  hazırlanması  və  həyata  keçirilməsi  keyfiyyətin 

dövlət  idarəetmə  sistemini  təşkil  edir.  Keyfiyyətin  idarə  edilməsi  ölkə,  sahələr  və 

müəssisələr  miqyasında  həyata  keçirilir.  Bu  sistemdə  əsas  hissə  müəssisəhesab 

edilir. 



23 

 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsinin  əsassını  növbəti  prinsiplər  təşkil 



edir:  idarəetmə  obyekttinin  və  idarəetmə  mexanizminin  öyrənilməsi,  idarəetmə 

(kriteriyasının) meyarının tərtib edilməsi və əks əlaqə.  

Birinci  prinsip  istehlakın  xarakteri  və  məhsul  xassələri  arasındakı 

münasibətlərə  aydınlaşdırmağı,  keyfiyyətin  yüksəldilməsinin  zəruriyini  dərk 

etməyi  və  keyfiyyətin  zəruri  səviyyəyə  çatması  yollarının  müəyyən  edilməsini 

əhatə edir. 

 

 

 



 

4.TOXUCULUQ İSTEHSALATI   

 

Toxuculuğun  gələcək  inkişafı  dövrün  tələblərinə  cavab  verə  biləcək 



keyfiyyətli  geniş  çeşiddə  parça  istehsalı  ilə  bağlıdır.  Bunun  üçün  toxuculuq 

müəssisələri  xalqın  məişət  və  texniki  parçalara  olan  ehtiyacını  və  sənayenin 

tələbatını tam təmin etməlidir. 

Sapların toxuculuğa  hazırlanması əməliyyatları elə  maşınlarda aparılmalıdır 

ki,  onlar  sap  uclarını  bir-birinə  düyünsuz  birləşdirməklə  toxucu  dəzgahlarında 

yüksək  keyfiyyətli  parça  istehsalını  təmin  etsin  və  onların  məhsuldarlığının 

artırılmasına  şərait  yaratsın.  Bunun  üçün  toxuculuq  istehsalatlarında  7000  sapdan 

az olmayan avtomat sapkeçirən qurğular tətbiq edilməlidir. 

Hal  –hazırda  məkiksiz  toxucu  dəzgahlarla  yanaşı  çoxəsnəkli  toxucu 

dəzgahlarının  istehsalatda  tətbiq  olunması  avadanlıqların  məhsuldarlığının  xeyri 

artmasına səbəb olmuşdur. 

Parca  iki  sistem  sapların  biri-birinə  perpendikulyar  toxunmasından  əmələ 

qəlir.  Bu  zaman  parçanın  uzunu  boyunca  yerləşən  sapları  -  əriş,  eni  boyunca 

yerləşən sapları isə arğac sapları adlandırılır.    



Toxuculuğun  mahiyyəti-əriş  və  arğac  saplarının  verilmiş  ardıcıllıqla 

qarşılıqlı  toxunmasında  ibarətdir.  bu  zaman  sapların  istiqaməti  əsasən  qarşılıqlı 

perpenduklyar olur. 

Toxuculuğun  məqsədi-müəyyən  quruluşa  uyğun  parçanı  formalaşdırmaqla 

onun uyğun mexaniki və digər xassələrini və xarici görkəmini təmin etməkdir. 




24 

 

  Toxuculuq-beş əməliyyatı birləşdirən dövrü prosesdir: əsnəkəmələgətirmə, 

arğacın  yerləşdirilməsi  və  parça  başlığına  vurulması,  ərişin  və  parçanın  uzununa 

boyunca yerdəyişməsi. 

Parça  toxucu  dəzgahında  əmələ  gəlir.  Parçanın  əmələ  gəlməsinin  texnoloji 

sxemi  şəkil  1-də  göstərilmişdir.  əriş  sapları  navoydan  1  açılaraq,  yönəldicinin  2  

üzərindən  əyilməklə  lamel  gözlüklərindən  3  keçirilir  və  remizlərə  5,  6  doğru 

istiqamətləndirilir.  Hər  bir  əriş  sapı  uyğun    remiz  gözlüklərindən  4,  sonra  isə 

darağın  7  dişləri  arasından  keçirilir.  Əriş  saplarının  bir  remiz  gözlüyündən  keçən 

hissəsi  periodik  olaraq  yuxariya  qaldırılır,  yaxud  yerində  dayanır,  onların  başqa 

remizin  gözlüyündən  keçən  digər  hissəsi  bu  zaman  aşağıya  endirillir.  Əriş  sapları 

arasında  əmələ  gələn  boşluq  əsnək  adlandırılır  ki,  buraya  arğac  sapı 

sapyerləşdiricinin  8  köməkliyi  ilə  qoyulur.  Sapyerləşdirici  ayrı-ayrı  lövhələrədn  9 

yığılmış  kanal  boyunca  hərəkət  edir.  Batanın  tirinə  15  bərkidilməş  darağın  7 

vasitəsilə arğac sapı parça başlığına 10 vurulur. Batan irəliyə və geriyə yelləncəkli 

hərəkət  edir.  əmələ  gələn  parça,  parça  üçün  dayağı  11  əyərək  dəzgahın  döşlük 

hissəsindən 12 keçməklə dartıcı valın 13 köməkliyi ilə mal valikinə 14 sarınır. 

 

Sək.1.Parçanın toxucu dəzgahında əmələ gəlməsi sxemi 



 

Bütün bu əməliyyatlar parçanın hər bir elementi formalaşdıqca təkrar olunur. 

Parçanın teni elementi batanın hər bir zərbəsindən  sonra əmələ gəlir. 

Parça  əmələ  gəldikcə  onun  formalaşma  zonasından  çıxarılması  və  əriş 

saplarının  uzununa  boyunca  yerdəyişməsi  toxucu  navoyunun  fırlanması  ilə  baş 

verir. 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə