Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 
63 
Şiələrin  zehnindən  xristian  və  yəhudilərin  murdar 
olması  fikrini  çıxartmaq.  Bu  haqda  Qur`andan  dəlil 
gətirin:  “Özlərini  kitab  əhlindən  bilənlərin  yeyəcəyi 
sizin üçün halal olduğu kimi, sizin də yeyəcəyiniz onlar 
üçün  halaldır”  (Maidə  surəsi,  ayə  5).  Məhəmməd 
peyğəmbərin  Səfiyyə  adlı  yəhudi  və  Mariya  adlı 
xristian  həyat  yoldaşı  olmuşdur.  Mə`lumdur  ki,  bu 
xanımlar  murdar  olsaydı,  Peyğəmbər  onlarla  ailə 
qurmazdı.  
Müsəlmanlara  sübut  etmək  lazımdır  ki,  Məhəmməd 
peyğəmbər  İslam  dedikdə  ümumi  şəkildə  din 
məfhumunu  nəzərdə  tuturdu.  Bu  din  həm  xristianlıq, 
həm  də  yəhudiliyə  aiddir.  Qur`an  hər  bir  dinin 
ardıcıllarını  müsəlman  adlandırır.  Məsələn,  Yusif 
peyğəmbərin 
dilindən 
belə 
buyurulur: 
“Məni 
müsəlman 
olaraq 
öldür”. 
İbrahim 
və 
İsmail 
peyğəmbərin  dilindən  də  belə  deyilir:  “Ey  Rəbbimiz! 
Bizi  özünə  müsəlman  qərar  ver.  Nəslimizdən  olanları 
da  müsəlman  bir  ümmət  elə”.  Yəqub  peyğəmbər  isə 
oğlanlarına  belə  dedi:  “Ancaq  və  ancaq  müsəlman 
olaraq ölün” (Bəqərə surəsi, ayə132). 
Kilsə  tikməyin  haram  olmadığını,  peyğəmbər  və 
xəlifələrin  kilsələri  dağıtmadığını,  xristian  və  yəhudi 
dini mərkəzlərinə də, ibadətgah olduqları üçün ehtiram 
göstərilməsinin 
vacib 
olduğunu 
qəbul 
etdirin. 
Qur`anda  bu  haqda  belə  buyurulmuşdur:  “Allah 
insanların  bir  qismini  digəri  ilə  dəf  etməsəydi, 
monastrlar, kilsələr, senaqoqlar və Allahın adı çox zikr 
edilən  məscidlər  dağıdılardı”  (Həcc  surəsi,  ayə  40). 
İbadətgahlara 
ehtiram 
bəslənilməsini, 
onların 


 
64 
dağıdılmamasını,  dağıdanlara  hər  vəchlə  mane 
olunmasını müsəlmanlara ardıcıl olaraq söyləyin. 
Yəhudiləri  Ərəbistan  yarmadasından  çıxarın  və 
“Ərəbistan  yarmadasında  iki  din  olmaz”  hədisləri 
haqqında  müsəlmanları  şübhəyə  salın.  Əgər  bu  iki 
hədis  doğru  olsaydı,  Məhəmməd  peyğəmbərin 
xanımlarının  biri  yəhudi,  o  birisi  isə  xristian  olmazdı. 
Eləcə  də,  müsəlmanlar  xristian  kralı  Nəcaşi  ilə  yaxın 
münasibətdə olmazdılar.  
Müsəlmanları  ibadətlərindən  uzaq  salmaq  üçün 
onlara zahiri əməllərin mühüm olmadığını, əsasən qəlb 
paklığının və ürəyi təmizliyin dəyərli olmasını çatdırın. 
Sübut  edin  ki,  Allahın  insanların  ibadətlərinə  ehtiyacı 
yoxdur; 
onları 
ibadətlərin 
faydaları 
haqqında 
tərəddüdə  salın.  Həccə  getmək  və  camaatla  namaz 
qılmaq  kimi  ictimai  ibadətlərə  qarşı  amansız  olun, 
onları 
bu 
işlərdən 
çəkindirin. 
Eyni 
zamanda 
məscidlərin,  türbələrin  və  mədrəsələrin  inşasına, 
Kə`bənin tə`mirinə mane olmağa çalışın.  
Müharibədə düşməndən qənimət olaraq alınan malın 
və  eləcə  də  illik  gəlirin  1/5  hissəsinin  (xüms)  alimlərə 
verilməsinə  mane  olun.  Bunun  ticarət  qazancı  ilə 
əlaqəsi  olmadığını  deyin.  Bir  də  xüms  Peyğəmbərin 
özünə  və  onun  xəlifəsinə  verilir.  Alimlər  bu  puldan 
istifadə edərək özləri üçün evlər, saraylar, bağ-bağçalar 
alırlar. Bunun üçün xümsü onlara vermək caiz deyildir.  
Müsəlmanların  əqidələrinə  bid`ətlər  əlavə  edərək, 
İslamı  terror  dini  olmaqda  ittihamlandırın.  “İslam 
ölkələrinin  geridə  qalması”  fikrini  qabardaraq,  onların 
əqidələrinə  olan  bağlılıqlarını  zəiflətməyə  çalışın. 


 
65 
Unutmayın  ki,  müsəlmanlar  vaxtilə  dünyanın  ən 
qüdrətli və mədəni dövlətini qurmağa nail olmuşdular. 
Onların  dinə  bağlılıqları  azaldıqca  qüdrətləri  də 
zəifləyərək heçə enmişdir.  
11. 
Uşaqları 
və 
yeniyetmə 
gəncləri 
ata-ana 
nəzarətindən uzaqlaşdıraraq, bizim nəzarətimiz altında 
olan  mərkəzlərdə  yerləşdirməyə  çalışın;  onları  hansı 
yolla  olursa-olsun,  dini  tərbiyələrindən  məhrum  edin. 
Məqsədimizə  mütləq  şəkildə  nail  olmaq  üçün 
müsəlman  balalarının  tərbiyəsi  ilə  yalnız  özümüz 
məşğul olmalıyıq! 
12. Müsəlman qadınlar arasında əxlaqsızlıq, iffətsizlik 
və fahişəlik hallarını genişləndirib yayın; bu məsələnin 
onların arasında adi hala çevrilməsi üçün genişmiqyaslı 
planlar  hazırlayıb  həyata  keçirin.  Örpəyə,  çadraya  və 
islami  geyimlərə  qarşı  təbliğat  aparıb  onları  gerilik, 
xurafat  və  irtica  adlandırın;  onları  təhrik  edib, 
örtüklərini  açdırmaq  üçün  dəlil  olaraq,  bu  sözləri 
deyin:  Qur`anda  örtünmək  barədə  heç  bir  hökm 
yoxdur; bu ərəblərin milli geyimidir və islamla heç bir 
şəkildə  əlaqəli  deyildir.  Və  ya  deyin  ki,  Məhəmməd 
peyğəmbərin  zamanında  qadınlar  örtünməzdilər;  bu 
məsələ  sonradan  meydana  çıxaraq  adət  şəklini 
almışdır.  Hətta  Peyğəmbərin  qadınları  da  açıq-saçıq 
gəzərdilər.  
Onların  örtüklərini  açdıqdan  sonra  gəncləri  onlara 
qarşı  təhrik  etmək,  hər  ikisini  bir-birinə  qarışdırmaq 
üçün  ümumi  mühitlər  yaratmaq  lazımdır.  İslamı 
aradan aparmaq üçün bu iş çox tə`sirlidir. Əvvəl bu işi 
qeyri-müsəlman  qadınlara  gördürün,  sonradan  isə 


 
66 
müsəlman  qadınlar  özləri  pozulub,  onların  gördüyü 
işləri həyata keçirəcəklər. 
Din  xadimlərini  fasiq  olaraq  tanıtdırın.  Onların 
arxasında  namaz  qılan  müsəlmanların  arasında  kin-
küdurət  və  ədavət  toxumu  səpib  camaat  namazını 
aradan aparın. 
Türbələrin  hamısının  dağıdılmasına  çalışın.  Onlara 
deyin  ki,  Peyğəmbər  zamanında  türbələrin  tikilməsinə 
icazə  verilməyib,  bu  iş  bid`ətdir.  Onlar  da  Peyğəmbər, 
Raşidi  xəlifələr  və  salehlərin  qəbirləri  barəsində 
şübhəyə  düşəcəklər  və  onları  ziyarət  etməkdən 
çəkinəcəklər.  Əbu  Bəkrlə  Ömərin  qəbri  “Bəqi” 
qəbristanlığında, 
Osmanın 
qəbri 
isə 
namə`lum 
yerdədir.  Bəqi  qəbristanlığı  yerlə-yeksan  edilməlidir. 
Onlara 
deyin 
ki, 
Kazimeyndəki 
ziyarətgahlar 
Peyğəmbərin  əhli-beytindən  olan  imam  Kazim  və 
imam Cavadın məzarı deyildir. Tusdakı (indiki Məşhəd 
şəhəri)  isə  imam  Rizanın  yox,  Harun  ər-Rəşidin 
qəbridir. 
Samirədəki 
qəbirlər 
isə, 
abbasilərə 
mənsubdur. 
Seyidlərin Məhəmməd peyğəmbərin nəslindən olması 
haqda şübhə və tərəddüdd yaradın. Seyid olmayanlara 
qara  və  yaşıl  rəngli  əmmamə  geyindirərək,  onları  da 
seyidlərə  bənzədin.  Belə  olduqda,  onlar  seyidləri 
müəyyən  etməkdə  çətinlik  çəkəcək  və  ümumiyyətlə 
hamıya  şübhə  ilə  yanaşacaqlar.  İkinci  mərhələdə  isə, 
alimlərin  və  seyidlərin  əmmamələrini  çıxarmağa  cəhd 
edin  ki,  seyidlərin  kökü  kəsilsin;  alimlər  cəmiyyətin 
yüksək ehtiram və qayğısından məhrum olsunlar. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə