Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 
51 
mə`lumatlarımızı  müntəzəm  olaraq  onlara  veririk. 
Bunlar  da  özlərini  onların  yerində  təsəvvür  edir  və 
soruşduğumuz 
suallara 
cavab 
verirlər. 
Bizim 
nəzərimizcə,  bu  beş  nəfərin  cavabları  onların  həqiqi 
fikirləri  ilə  70%  uyğun  gəlir.  Səni  də  maraqlandırırsa, 
təcrübə  üçün  istədiyin  sualı  verə  bilərsən.  Necə  ki, 
Nəcəfdəki  alimlə  görüşüb  ona  maraqlı  suallar 
vermişdin. 
Mən də onun bənzərinə yaxınlaşaraq dedim: 
Ustad,  hökumət  sünni  olduğu  üçün  onlara  qarşı 
müharibə etmək caizdirmi? 
O, bir az düşündükdən sonra: 
Xeyr, sünni olduğu üçün hökumətlə müharibə etmək 
caiz  deyildir.  Bütün  müsəlmanlar  qardaşdırlar.  Ancaq 
onlar  ümmətə  zülm  və  işgəncə  versələr,  onda  qiyam 
edə  bilərik.  Biz  müharibəni  əmr  be  məruf  və  nəhy  əz 
münkər şərtlərinə uyğun olaraq etməliyik. Zülmdən əl 
çəkərlərsə, biz də onlardan əl çəkərik.  
Ustad,  yəhudilərin  və  xristianların  murdar  olması 
məsələsinə münasibətinizi bilmək istəyirəm? 
Əlbəttə  olar.  Bəli,  onlar  murdardırlar.  Onlardan 
qorunmaq lazımdır. 
Nə üçün? 
Onlar bizi kafir bilirlər. Peyğəmbərimizi inkar edirlər. 
Biz  də  bunun  əvəzində  onlara  bu  cür  münasibət 
bəsləyirik.  
Ustad, təmizlik imandandır, elə deyilmi?  
Bəli! 
Elə isə nə üçün Həzrəti Əlinin məqbərəsinin ətrafında 
təmizliyə riayət olunmur? 


 
52 
Həqiqətən təmizlik imandandır. Ancaq nə etmək olar 
ki, bə`zi şiələr təmizliyə riayət etmirlər.  
Nazirlikdə görüşdüyüm bu şəxsin cavabları eynilə şiə 
aliminin  cavabları  kimi  idi.  Onun  Nəcəf  alimi  ilə  olan 
uyğunluğu  məni  heyrətləndirdi.  Üstəlik  farsca  da 
bilirdi.  
Katib dilləndi: 
Sən  o  birilərinə  də  sual  verə  bilərsən.  Əmin  ola 
bilərsən ki, onlar nə qədər bir-birilərinə bənzərdirlər. 
Şeyxül  İslamın  necə  düşündüyünü  bilirəm.  Çünki 
İstambuldakı  ustadım  Əhməd  əfəndi  onun  haqqında 
mənə çox danışmışdır.  
 Onda buyur, onun oxşarına sual ver. 
Mən Şeyxül İslamın oxşarına yaxınlaşıb dedim: 
Xəlifəyə itaət etmək vacibdirmi? 
Bəli,  Allaha  və  Peyğəmbərə  itaət  olunduğu  kimi, 
xəlifəyə də itaət olunmalıdır. 
Bunun üçün dəliliniz vardırmı? 
Haqq-Taalanın  bu  ayəsini  eşitməmisənmi?  “Allaha, 
onun  peyğəmbərinə  və  sizdən  olan  əmr  sahiblərinə 
itaət edin!” 
Heç  ola  bilərmi  ki,  Allah  biz  müsəlmanlara,  qoşunu 
ilə  Mədinəyə  hücum  edən,  Peyğəmbərimizin  əziz 
nəvəsi Hüsyeni şəhid edən Yezidə və şərab içən Vəlidə 
itaət etməyi əmr etsin? 
Oğlum, Yezid Allah tərəfindən mö`minlərin əmiri idi. 
O,  Hüseyni  öldürməyi  əmr  etməmişdir.  Sən  şiələrin 
yalanlarına inanma, kitabları yaxşı oxu. Əgər o, bu işdə 
xəta  etdisə  də,  sonradan  tövbə  etdi.  Mədinəyə  hücum 
etməsi  də  bu  şəhər  əhalisinin  itaətdən  çıxıb,  azğınlıq 


 
53 
etməsi ilə əlaqədar idi. Vəlidə gəldikdə isə, bəli, o, fasiq 
idi. Lakin xəlifəyə təqlid etmək yox, onun şəriətə uyğun 
əmrlərinə itaət etmək vacibdir.  
Bu  sualları  Əhməd  əfəndiyə  verdikdə,  çox  cüz`i  bir 
fərqlə cavab vermişdi. Sonra katibə dedim: 
Bu bənzərlərin hazırlanmasının hikməti nədir? 
Biz  bu  üsulla  istər  sultan  olsun,  istər  şiə  və  yaxud 
sünni,  müsəlman  alimlərinin  düşüncə  qabiliyyətini 
öyrənirik.  Siyasi  və  dini  mövzularda  onlarla  mübahisə 
etməkdən  əlavə,  lazımi  tədbirlər  hazırlamağa  da 
çalışırıq.  Məsələn,  düşmən  əsgərlərinin  hansı  tərəfdən 
hücum  edəcəyini  bildikdə,  əks  tədbir  olaraq, 
əsgərlərimizi o istiqamətdə yerləşdiririk. Onların hansı 
tərəfdən  hücum  edəcəyini  bilməsək,  dörd  bir  tərəfə 
yayılaraq,  məğlub  olarıq.  Müsəlmanların  din  və 
məzhəblərinin haqq olduğuna dair gətirdikləri dəlilləri 
bildikdən sonra, onların sübutlarını puç edə biləcək əks 
tədbirlər  planı  hazırlayır  və  bu  dəlillərlə  onların 
əqidələrini sarsıda bilirik.  
Sonra  katib  mənə  adı  çəkilən  mövzulara  dair  hərbi, 
maliyyə,  maarif  və  dini  sahələrlə  əlaqəli,  aparılan 
mütaliə  və  planların  nəticələrini  əhatə  edən  min 
səhifəlik  bir  kitab  verdi.  Kitabı  evə  gətirdim.  Evdə 
olduğum  müddətdə  kitabı  başdan  sona  qədər  mütaliə 
etdim.  Kitab  çox  maraqlı  idi.  Müxtəlif  mövzular, 
mühüm  sorğu-suallar  və  incə  məsələlərdən  ibarət  idi. 
Katibin  dediyi  kimi,  bu  beş  nəfər  bənzərin  cavabları 
əsillərin  dediklərinin  70%-i  ilə  uyğun  gəlirdi.  Kitabı 
oxuduqdan  sonra  dövlətimə  olan  e`timadım  bir  az  da 
artdı  və  Osmanlı  imperatorluğunun  yaxın  gələcəkdə 


 
54 
dağıdılması  planlarının  hazırlandığını  anladım.  Katib 
mənə  bildirdi  ki,  işğal  etdiyimiz  və  ya  edəcəyimiz 
dövlətlər  üçün  də  buna  bənzər  planlarımız  var.  Mən 
söhbət  əsnasında  soruşmuşdum  ki,  bu  cür  mö`tədil 
adamları  necə  hazırlaya  bildiniz?.  O  cavabında  belə 
demişdi:  “Bütün  dünya  ölkələrindən  casuslarımız  bizə 
mütəmadi  mə`lumatlar  göndərirlər.  Gördüyün  bu 
şəxslər  öz  işlərində  yüksək  səviyyəli  mütəxəssisdirlər. 
Təbii  bir  haldır.  Sən  də  kiminsə  bildiyi  mə`lumatlara 
malik olsan, bu halda onun kimi düşünər və onun kimi 
hökm  çıxara  bilərsən.  Onda  sən  də  o  şəxsin  bənzəri 
kimi olursan. Bu sənə deyəcəyimiz birinci sirr idi. İkinci 
sirri 
bir 
aydan 
sonra 
kitabı 
təhvil 
verəndə 
söyləyəcəyəm”. 
Mən kitabı hissə-hissə, əvvəldən axıra qədər diqqətlə 
oxudum. Bu kitabın sayəsində müsəlmanlar haqda olan 
mə`lumatım 
bir 
az 
da 
artdı. 
Onların 
necə 
düşündüyünü,  zəif  nöqtələrini,  üstünlüklərini  və 
müsbət cəhətlərinin zəiflədilməsi üsullarını mükəmməl 
şəkildə  öyrəndim.  Kitabda  qeyd  olunan  zəif  nöqtələr 
aşağıdakılardan ibarətdir: 
İxtilaflar; 
sünni və şiə; 
sultan və xalq; 
Osmanlı və İran; 
alimlər və dövlət; 
Çox  az  bir  hissə  istisna  olmaqla,  müsəlmanlar 
savadsız və cahildirlər; 
Kütləvi 
mə`nəviyyatsızlıq, 
savadsızlıq 
və 
düşüncəsizlik; 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə