Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   17   18   19   20   21   22   23   24   25

 
84 
sahib  oldular.  İngilis  müstəmləkələrinin  ən  mühümü, 
strateji  məqsəd  daşıyan  Hindistan  idi.  İngilislər 
dünyada  hakimiyyətlərini  tə`min  etmək  üçün  üç  yüz 
milyondan  artıq  əhalisi  olan  (hal-hazırda  bir  milyarda 
yaxındır) tükənməz sərvətlərə sahib olan Hindistandan 
I  Dünya  Müharibəsində  bir  milyondan  artıq  əsgər  və 
bir  milyard  rupi  nəğd  pul  almışdılar.  Bu  pulların 
çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdilər. 
Sülh  şəraitində  də  ingilis  iqtisadiyyatını  yaşadan  və 
maliyyəsini dövr etdirən Hindistan idi. Hindistana çox 
əhəmiyyət verilməsinin əsas iki səbəbi var idi: 
İslamın  hindistanda  yayılıb  genişlənməsi  və  bu 
ərazilərdə onun hakim olmaq təhlükəsi; 
Hindistanın təbii sərvətləri. 
Hindistan 
üzərində 
müstəmləkəçilik 
siyasətini 
qoruyub  saxlamaq  üçün  ingilislər  bu  ölkənin  yolunun 
üstündə  olan  bütün  İslam  ölkələrinə  soxularaq  fəsad 
toxumları  səpmiş,  qardaşı  qardaşa  düşmən  etmişdilər. 
Bu  yolla  təbii  sərvətləri  öz  ölkələrinə  daşımış  və 
müsəlmanlara hakim olmuşdular.  
Osmanlı  imperatorluğunu  müxtəlif  siyasi  oyunlarla 
Rusiya  ilə  müharibəyə  cəlb  etdilər  ki,  bu  dövlət 
zəifləyib Hindistana əl uzada bilməsin. Parçalayıb işğal 
etmək ingilis siyasətinin əsasını təşkil edir.  
Avropadan ilk dəfə Hindistana ayaq açan, h.q-904, m-
1498-ci ildə portuqaliyalılar olmuşdu. Kalkuta şəhərinə 
gələn  portuqaliyalılar  ticarətlə  məşğul  olmuş  və 
tədricən  Hindistan  ticarətini  əllərinə  keçirmişdilər. 
Daha  sonra  portuqaliyalıları  hollandlar,  hollandları  isə 


 
85 
fransızlar  üstələdilər  və  nəhayət,  ingilislər  meydana 
çıxaraq nəzarəti ələ keçirdilər.  
Hindistanın  müsəlman  alimlərindən  olan  əllamə 
Məhəmməd  Fəzli  Haqq  Hərəbədinin  ”Əs-sərvətül 
Hindiyyə”  kitabında  yazdığına  görə,  ingilislər  ilk  dəfə 
h.q-1008, m-1608-ci ildə Hindistanın Kalkuta şəhərində 
ticarət  mərkəzləri  açmaq  üçün  Əkbər  şahdan  izn 
aldılar.  Elə  bu  illərdə  kraliça  Yelizavetta  Şərqi 
Hindistan  kompaniyasının  nizamnaməsini  təşkil  etdi. 
Bu nizamnaməyə görə, kompaniya İngiltərədə könüllü 
əsgər  toplayaraq,  öz  hesabına  silahlandırıb  donanma 
təşkil etmək, hərbi və ticarət məqsədi ilə səfərlər etmək 
imtiyazı  aldı.  Əkbər  şah  azğın  bir  adam  idi,  bütün 
dinlərə  eyni  gözlə  baxırdı.  Hətta  müxtəlif  dinlərin 
alimlərini bir yerə toplayaraq, müştərək bir din qurdu. 
Onun “İlahi Din” adlandırdığı bu ayin h.q-990, m-1582-
ci ildə rəsmi əqidə e`lan edildi. Bu tarixdən başlayaraq 
onun  ölümünə  qədər  bütün  Hindistanda,  xüsusilə  də 
Seylonda  İslam  alimlərinin  e`tibarı  azalmışdı.  Əkbər 
şahın  dininə  mənsub  şəxslər  isə  hər  yerdə  önə 
keçmişdilər.  Məhz  bu  zamandan  ingilislər  Hindistana 
daxil oldular.  
İngilislər  I  Şahi-aləmin  zamanında  Kalkutiyada 
torpaq  sahələrini  satın  aldılar.  Onları  mühafizə  etmək 
üçün  ordu  gətirdilər.  H.q-1126,  m-1714-cu  ildə  Sultan 
Fərruh  Şir  şahı  taxtdan  saldılar.  Bundan  sonra  bütün 
Hindistanda  torpaq  sahələrinin  satılmasına  izn  verildi. 
1803-cü  ildə  ingilislər  Şahi-aləm  Sanini  hakimiyyətləri 
altına aldılar. 1760-cı ildə taxta çıxan Şahi-aləm Saninin 
zamanında  ingilislər  öz  müstəmləkələrini  Benqaldan 


 
86 
mərkəzi Hindistana və Rasputaniyaya (İndiki Pakistan) 
qədər  genişləndirdilər.  Dehlidə  gördükləri  bütün  işləri 
şahın  adına  çıxartdılar.  Müsəlman  Hind  şahlarının 
adlarının  pulların  üzərindən  götürülməsi  ilə  ilk  dəfə 
olaraq,  Şahi-aləmi  Sani  ilə  İngiltərənin  Hindistandakı 
valisi  arasında  qarşıdurma  yarandı.  1837-ci  ildə 
hakimiyyətə gələn II Şah Bahadır, ingilislərin zülmünə 
dözməyərək,  1857-ci  ildə  onlara  qarşı  ordunun  və 
xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına 
pul  kəsdirib,  xütbə  oxutmaqla  başladı.  Şahın  bu 
hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. 
İngilis  əsgərləri  Dehliyə  daxil  olaraq  evləri,  dükan  və 
mağazaları  talan  etdilər.  Qarşılarına  çıxan  bütün  qoca, 
cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz 
bir  vəziyyət  yarandı.  II  Şah  Bahadırın  ordu 
başçılarından  olan  Batı  xan,  sultanı  ordu  ilə  birlikdə 
geri  çəkilməyə  razı  etdisə  də,  ingilislərin  rəğbətini 
qazanmaq istəyən xain Mirzə İlahi Baxış adlı başqa bir 
başçı  şaha  ordudan  ayrılıb,  təslim  olmağı  təklif  etdi. 
Onu  inandırmaq  üçün  -  ingilislər  səninlə  yaxşı  rəftar 
edəcəklər və ailənə də toxunmayacaqlar - dedi. Bahadır 
Şah  da  ona  inanaraq  ordunun  əsas  cinahından 
ayrılaraq, Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 
km.-də yerləşən Humayun şahın türbəsinə sığındı. 
Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson 
bu  məsələni  xain  Rəcəb  Əli  adlı  birindən  öyrənərək, 
ordu  komandanı  Vilsona  bildirir.  O,  Bahadır  Şahı 
tutmaq  üçün  yardımçı  qüvvələr  istəyir.  Vilson  verə 
biləcəyi muzdlu əsgəri olmadığını söylədikdə, Hudson 
sultanın  təslim  olması  üçün,  canına  və  ailəsinə 


 
87 
toxunulmayacağı  tə`minatının  verilməsi  təklifini  edir. 
Vilson bu təklifi əvvəlcədən qə`bul etməsə də, sonradan 
razılaşır.  Bundan  sonra  Hudson  90  nəfərlik  əsgər 
hey`əti  ilə  Humayun  şahın  türbəsinə  gələrək,  sultana 
təslim  olmağı  təklif  edir  və  təslim  olduğu  təqdirdə 
ailəsinə 
toxunulmayacağı 
tə`minatını 
da 
verir. 
Hudsona  aldanan  Bahadır  Şah  təslim  olur.  Hudson 
sonradan  sultanın  iki  oğlunu  yaxalamaq  istəyir.  Lakin 
sultanın  oğlanları  qalada  mühafizə  olunduqlarından 
onlara yaxın düşə bilmir və nəticədə onları da canlarına 
tə`minat vermək yolu ilə aldadır. Sultanın oğlanları da 
aldanaraq, təslim olurlar. Onları tutan kimi elə oradaca 
zəncirləyərək,  əli  bağlı  Dehliyə  gətirir.  Mərkəzi 
meydanların  birində  soyundurub,  sinələrinə  qurğuşun 
tökərək  şəhid  edir.  Deyilənlərə  görə  Hudson  onların 
qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin 
cəsədlərini  xalqı  qorxutmaq  üçün  qala  qapısından 
asırlar.  Bir  gün  sonra  başlarını  kəsərək,  İngiltərə  valisi 
Henri Bernarda göndərir, ətlərindən isə şorba bişirərək, 
sultan  və  xanımının  saxlandığı  zindana  göndərirlər. 
Onlar  ac  olduqları  üçün  əti  yeməyə  başlayırlar.  Lakin 
çeynəyə  bilmirlər.  Ətdən  şübhələnərək  yediklərini  də 
qusur  və  qabları  yerə  çırpıb  sındırırlar.  Bu  vəziyyətdə 
Hudson  onlara  yaxınlaşaraq,  niyə  yemədiniz?  –  deyə 
iztehza  ilə  şorbanın  onun  oğlanlarının  ətindən 
hazırlandığını söyləyir. 
1858-ci  ildə  hiylə  ilə  hakimiyyətdən  uzaqlaşdırılan  II 
Bahadır 
avropalıları 
qarşı 
qiyam 
və 
qətldə 
günahlandırılaraq  mühakimə  edilir.  Həmin  ilin  mart 
ayının 29-da ömürlük həbs cəsazına məhkum edilərək, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə