Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 
72 
Red.).  Bunları  pul,  silah  və  gərəkli  bilgilərlə 
mə`lumatlandırmaq lazımdır ki, İslamın vücudunda bir 
tikana  çevrilsinlər.  İslam  dini  məhv  olub  aradan 
gedincəyə  qədər,  onların  ərazilərini  genişləndirmək 
lazımdır.  
Müsəlman  Osmanlı  və  İran  dövlətlərini  kiçik 
dövlətlərə  bölərək,  onları  da  Hindistanın  indiki  halına 
gətirmək.  
İslam adı altında təhrif edilmiş din və məzhəblər icad 
etmək;  həmin  məzhəblərin  hər  birini  ölkələrin  mühiti 
və  əhalisinin  xüsusiyyətlərinə  uyğun  olaraq,  planlı 
şəkildə 
qurmaq. 
Şiələrin 
yaşadıqları 
ölkələrdə 
aşağıdakı din və məzhəbləri yaratmaq: 
 
Kərbəlada Həzrət Hüseyni ilahiləşdirən məzhəb; 
İsfahanda Cə`fəri Sadiqi ilahilişdirən məzhəb; 
Xorasanda imam Rizanı ilahiləşdirən məzhəb; 
Samirədə Mehdini ilahiləşdirən məzhəb; 
 
Sünnilərin  də  dörd  məzhəbini  bir-birindən  ayıraraq, 
dörd  din  halına  gətirmək.  Nəcəfdə  də  yeni  bir  İslam 
firqəsi  qurub,  aralarında  qanlı  çəkişmələr  təşkil  etmək. 
Bu  dörd  məzhəbin    kitablarını  təhrif  etməklə,  həmin 
məzhəblərin  ardıcıllarının  yalnız  özlərini  müsəlman, 
başqalarını isə kafir bilmələrinə şərait yaratmaq.  
Zina, ləvat (homoseksualizm), şərab və qumar vasitəsi 
ilə  müsəlmanların  arasında  fitnə-fəsad  toxumları 
səpmək 
üçün 
bu 
ölkələrdə 
yaşayan 
qeyri-
müsəlmanlardan istifadə etmək. 


 
73 
İslam  ölkələrində  fasiq  liderlər,  zalım  rəhbərlər 
yetişdirmək,  onları  hakimiyyət  başına  gətirərək,  şəriət 
qanunlarını  dəyişdirmək.  Onları  nazirliyin  əmrlərinə 
tabe  etdirməklə,  müsəlmanlara  və  İslam  ölkələrinə 
istədiyimiz  qanunu  qəbul  etdirə  bilərik.  Müsəlman 
ölkələrindəki  hökumət  adamlarını  mümkün  qədər 
qeyri-müsəlman xalqların nümayəndələrindən seçmək. 
Bunun  üçün  bə`zi  casuslarımızı  zahirdə  müsəlman 
şəkilinə salmaq lazımdır.  
Mümkün  qədər  ərəb  dilinin  öyrənilməsinə  mane 
olmaq.  Bunun  əvəzində  digər  müsəlman  xalqların 
dillərini  yaymaq.  Ərəb  ölkələrində  isə  əcnəbi  dilləri 
yayaraq,  ərəb  dilinin  müxtəlif  ləhcələrini  bərpa  etmək. 
Qur`an  və  hədis  dili  olan  klassik  ərəb  dilini  aradan 
aparmaq. 
 Dövlət 
adamlarının 
ətrafında 
casuslarımızı 
yerləşdirərək,  onları  müsəlman  dövlət  xadimlərinin  ən 
e`tibarlı və sadiq şəxsləri siyahısına daxil etmək. Bunun 
ən 
rahat 
yolu 
kölə 
ticarətidir. 
Kölə 
olaraq 
göndərdiyimiz casusları müsəlman dövlət adamlarının 
yaxınlarına,  onların  uşaqlarına  və  xanımlarına  satmaq. 
Satdığımız  bu  kölələr  tədricən  onlara  yaxınlaşacaqlar. 
Onların  uşaqlarına  dayəlik  edərək,  tərbiyəçi  rolunu 
oynayacaq  və  bu  yolla  müsəlman  dövlət  xadimlərinin 
mənzillərinə nüfuz edəcəklər. 
Missionerlərin 
fəaliyyətini 
genişləndirib, 
onları 
həkim, mühəndis, ticarətçi və s. adlarla müsəlmanların 
arasına salmaq. İslam ölkələrində gizli şəkildə məktəb, 
xəstəxana,  kitabxana  və  xeyriyyə  cəmiyyətləri  adı 
altında təbliğat mərkəzləri yaratmaq; bu üsulla xristian 


 
74 
kitablarını  yaymaq.  Kilsə  və  monastırlarda  rahib  və 
rahibə  adı  altında  casuslarımızı  yerləşdirmək.  Onların 
xristian  hərəkatlarına  və  müsəlmanların  kütləvi 
xristianlaşdırılmasına  rəhbərlik  etmələrini  tə`min 
etmək.  Müsəlmanların  əqidəvi  və  fikri  cərəyanlarını 
öyrənib  araşdırmaq  üçün  onları  lazım  olan  vəsaitlərlə 
təchiz  etmək.  İslam  tarixini  pozub  təhrif  etmək,  dini 
elmləri  aradan  aparmaq.  Professor,  tədqiqatçı  və  elm 
adamları  adı  altında  böyük  bir  xristian  ordusu 
yaratmaq.  
Gənclərin  və  yeniyetmələrin  başlarını  qarışıdırıb, 
İslam  haqqında  şübhə  və  tərəddüd  yaratmaq.  Məktəb, 
kitabxana  və  idman  klublarında  yetişdirdiyimiz 
tə`limatçılar  vasitəsilə  onların  əxlaqını  dəyişdirmək. 
Yəhudi,  xristian  və  qeyri-müsəlman  gəncləri  məxfi 
təşkilatlarda  qeydiyyata  almaq,  öz  məqsədlərimizdə 
onlardan istifadə etmək.  
Müsəlmanları  daxili  müharibə  və  çəkişmələrə 
yönəltməklə, 
dövlətin 
gücünü 
zəiflətmək, 
fəal 
adamlarını məhv etmək.  
Gəlir  mənbələrini  və  əkin  sahələrini  dağıtmaq,  su 
bəndlərini uçurmaq; ölkəni iqtisadi böhran vəziyyətinə 
gətirmək. Bu işlər görülərsə, insanlar namaz qılmaqdan 
və  işləməkdən  uzaqlaşaraq  tənbəlliyə  düçar  olacaqlar. 
Onlar  üçün  əyləncə  yerləri  açmaq,  bu  yerlərdə  spirtli 
içkilər və narkotik maddələr yaymaq.  
*     *     * 
Yuxarıda  sadaladığımız  bu  maddələr  çox  geniş  bir 
şəkildə,  xəritə  və  şəkillərlə  izah  edilmişdi.  Katib  tərtib 
olunmuş planın bir nüsxəsini mənə verdi. 


 
75 
Londonda  daha  bir  ay  qaldıqdan  sonra  Məhəmməd 
Nəcdi ilə görüşmək üçün İraqa getmək barədə tapşırıq 
aldım.  Səfərə  çıxan  zaman  katib  mənə  belə  dedi: 
”Məhəmmədlə 
ehtiyatla 
davran. 
İndiyə 
qədər 
casuslarımızın 
göndərdiyi 
mə`lumatlardan 
başa 
düşdüymüzə  görə,  o,  planlarımızı  yerinə  yetirmək 
üçün  münasib  bir  şəxsdir.  Onunla  açıq-aşkar  danış; 
İsfahanda  casuslarımız  onunla  açıq  söhbət  etmiş,  o  da 
bə`zi  şərtlərlə  istəklərimizi  qə`bul  etmişidir.  Şərtləri 
budur ki, fikir və düşüncələrini açıqlayana qədər özünü 
dövlət  adamlarından  qorumaq  üçün  kifayət  qədər  pul 
və  silahla  tə`min  edilsin.  Öz  ölkəsində  kiçik  bir  bəylik 
qurmaq istəyir. Nazirlik də bu şərtləri qəbul etmişdir”. 
Bu  xəbəri  eşitcək  çox  sevindim.  O  zaman  katibdən  - 
bu  barədə  nə  etməliyəm?  –  deyə  soruşdum.  O, 
Məhəmməd Nəcdini hərəkətə gətirmək üçün nazirliyin 
xüsusi 
plan 
hazırladığını 
dedi. 
Həmin 
plana 
aşağıdakılar daxil idi: 
Bütün  müsəlmanları  tə`qib  edib  öldürmək,  mallarını 
əllərindən almaq, namuslarına təcavüz etmək, kişilərini 
kölə, qadınlarını kəniz edib bazarlarda satmaq; bu  işin 
halal olduğunu söyləmək. 
 Kə`bənin  büt  olduğunu  söyləmək  və  dağıdılması 
üçün  zəmin  yaratmaq.  Həcc  ziyarətlərini  aradan 
aparmaq  üçün,  məkkəliləri  zəvarların  mallarını 
əllərinlən almağa və onları öldürməyə təşviq etmək.  
Müsəlmanları  xəlifəyə  itaət  etməkdən  çəkindirmək, 
onları xəlifəyə qarşı üsyan etməyə sövq etdirmək. Bu iş 
üçün  ordu  hazırlamaq.  Hicazlılarlaa  müharibə  etməyi 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə