Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 
80 
İKİNCİ HİSSƏ 
İngilislərin İslamla düşmənçilikləri 
 
İngilis  casusunun  birinci  hissədəki  e`tiraflarını 
oxuyanlar,  ingilislərin  dünya  müsəlmanları  üçün  nələr 
düşündükləri  haqqında  müəyyən  qədər  də  olsa, 
mə`lumata  malik  oldular.  Bu  hissədə  qısa  şəkildə 
MNN-nin 
casuslara 
verdiyi 
əmrlərin 
dünya 
müsəlmanları  üzərində  necə  tətbiq  edildiyindən  və 
missioner fəaliyyətindən danışacağıq. 
İngilislər  çox  məğrur  və  təkəbbürlüdürlər.  Onlar  öz 
şəxsiyyətlərini  və  vətənlərini  nə  qədər  üstün  və 
yenilməz  görürlərsə,  digər  insanlara  və  ölkələrə  də  bir 
o  qədər  yuxarıdan  aşağı  baxırlar.  İngilislərə  görə, 
insanlar  üç  qismə  ayrılırlar:  Birinci  qismə  aid  olanlar 
məhz ingilislərin özləridir. Onlar özlərini Allahın insan 
olaraq  yaratdığı  ən  gözəl  məxluq  hesab  edirlər.  İkinci 
qismə  Amerika  və  Avropanın  digər  ağ  dərili  xalqları 
aid  olunur.  Bunları  da  insan  hesab  edərək  lazımi 
ehtirama  layiq  bilirlər.  Yerdə  qalanlar  isə  üçüncü 
növdən  olan  insanlardır  ki,  ingilislərə  görə,  bunlar 
insanla  heyvan  arasında  olan  məxluqdurlar.  Hörmətə 
layiq  olmadıqları  kimi,  hürriyyət,  istiqlal  və  vətən 
məfhumu  da  onlara  şamil  olunmur.  Bu  insanlar 
bilavasitə  ingilislər  tərəfindən  idarə  olunmaq  üçün 
yaradılmışdır.  
İngilislər  bu  gözlə  baxdıqları  müstəmləkələrdə  yerli 
əhali ilə bir yerdə yaşamazlar. Müstəmləkələrin hər bir 
yerində 
ingilislərə 
məxsus 
klublar, 
kazinolar, 


 
81 
hamamlar, hətta mağazalar da vardır. Yerli əhalinin bu 
kimi yerlərdən istifadə etməsi qadağandır.  
XX  əsrdə  hindistan  səyahətləri  ilə  məhşur  olan 
Marsello  Perneal  “hindistan  səyahəti  xatirələri” 
kitabında  belə  yazır:  “Avropada  şöhrət  tapmış,  hətta 
bə`zi  universitetlərin  fəxri  professor  adını  almış  bir 
hind alimi  ilə Hindistandakı ingilis klublarının birində 
görüşmək  üçün  və`dləşdik.  Hindli  alim  kluba  gələn 
zaman,  onun  hətta  dünya  şöhrətli  bir  şəxsiyyət 
olmasını  da  nəzərə  almayaraq,  içəri  buraxmamışdılar. 
Uzun  sürən  isrardan  sonra  onun  kluba  buraxılmasına 
nail 
oldum”. 
İngilislər 
özlərindən 
olmayanlara 
heyvanlardan  da  pis  münasibət  bəsləyirlər.  Ən  böyük 
müstəmləkələri  olan,  illərcə  istismar  və  talan  etdikləri 
Hindistanın  Amritsar  şəhərində  1919-cu  ildə  dini  ayin 
səbəbi  ilə  bir  yerə  toplaşan  hindlilər  yaxınlıqlarından 
keçən  bir  ingilis  qadınına  diqqətsizlik  edərək,  ehtiram 
göstərməmişdilər. 
Missioner 
qadın, 

zaman 
Hindistanda hərbi komandan vəzifəsində çalışan ingilis 
generalı  Dyeri  Reqinolda  bu  haqda  şikayət  etmişdi. 
General  dərhal  əsgərlərinə  mə`bədə  yollanmağı  əmr 
etmiş  və  bunun  ardınca  dəhşətli  faciə  törənmişdi. 
Əsgərlər  mə`bədə  yollanaraq,  on  dəqiqə  ərzində 
ibadətlə  məşğul  olan  müdafiəsiz  xalqa  atəş  açmış, 
yeddi yüz nəfər həlak olmuş, min nəfərdən artıq insan 
isə  yaralanmışdı.  General  bununla  kifayətlənməyərək, 
qalan əhalini üç gün əlləri və ayaqları üzərində heyvan 
kimi  yeriməyə  məcbur  etmişdi.  Bu  hadisə  ilə  bağlı 
Londona  şikayət  edilir.  İngiltərə  hökuməti  tədqiqat 
aparılması  üçün  fərman  verir.  Tədqiqat  üçün 


 
82 
Hindistana  gələn  müfəttiş  dinc  əhaliyə  atəş  açmağın 
səbəbini soruşanda, general belə cavab vermişdi: 
Buranın  komandanı  mənəm,  lazım  olan  əmri  də 
vermişəm! 
Bəs,  əhalini  əlləri  üzərində  süründürməyin  səbəbi 
nədir? 
Hindlilər  öz  tanrılarının  qarşısında  da  bu  cür 
sürünürlər.  Bu  işi  görməkdə  məqsədim,  bir  ingilis 
qadınının  da  hindu  tanrısı  qədər  müqəddəs  olduğunu 
onlara anlatmaq idi. 
Cənab  General,  əhali  alış-veriş  üçün  küçəyə  çıxmağa 
qorxur. Niyə imkan vermirsiniz? 
Çünki bunlar insan olsaydı, əlləri üstə sürünməzdilər. 
Onsuz  da  bunların  evləri  bir-birinə  bitişik,  damları  da 
düzdür; damlarının üstündə yerisinlər. 
*     *     *      * 
Generalın  bu  sözləri  qəzetlərdə  nəşr  olunduqdan 
sonra  Dyeri  Reqinold  qəhrəman  e`lan  edildi.  Dünya 
tarixində  13  aprel  1919-cu  il  ingilis  zülmünə  mə`ruz 
qalan    hindlilərin  qanından  meydanda  gölməçə  əmələ 
gəlmişdi.  Bu  qan  gölməçəsi  general  Reqinoldun 
vəhşiliyinin 
nəticəsi 
idi. 
Bu 
hadisədən 
sonra 
Hindistanın  hər  bir  yerində  böyük  üsyanlar  başlandı. 
Bu  səbəbdən  o,  general  vəzifəsindən  azad  edilərək 
təqaüdə  göndərildi.  Ancaq  Londonda  onu  Lordlar 
Palatası  təmtəraqla  qarşıladı.  Hələ  mükafatlandırmaq 
qərarına da gəldilər. İngilis lordlarının başqa millətlərə 
necə baxdıqları burada tam aydın olur.  
İngilislər  öz  müsətəmləkələrini  idarə  etmək  üçün 
onları iki qrupa bölmüşdülər. Birincisinə, Dominon adı 


 
83 
vermişdilər. Bu qrupa ağ dərili avropa xalqları daxildir. 
Onlar  üstün  imtiyazlara  malik,  hətta  mədəni 
muxtariyyata sahib idilər. Ölkədaxili idarəçilik özlərinə 
məxsus  idi.  Yalnız  xarici  əlaqələrdə  İngiltərəyə  tabe 
idilər.  Misal  olaraq  Kanada,  Avstraliya,  Yeni 
Zellandiya. İkinci qrupa isə ağ dərili olmayan xalqların 
müstəmləkələri  daxil  idi.  Bu  xalqalar  daima  zülm 
altında inildəməkdə idilər.  
MNN-nin  daxilində  Hindistana  nəzarət  üçün  ayrıca 
bir  bölüm  var  idi.  Bu  nazirliyin  əsas  mə`sul  şəxsi 
nazirin özü idi. Onun iki müşaviri və dörd müavini var 
idi. İqtidar dəyişsə də nazirliyin mə`sulları dəyişməzdi. 
Dörd müavinin biri Kanada, Avstraliya və bə`zi adalar, 
ikincisi Cənubi Afrika, üçüncüsü Şərqi və Qərbi Afrika, 
dördüncüsü  Hindistanla  məşğul  olurdu.  Düşmənçilik, 
zülm,  istibdad,  hiylə  və  xəyanət  üzərində  qurulan 
ingilis 
imperatorluğu, 
özünə 
“üzərində 
günəş 
batmayan”  ölkə  adı  vermişdi.  Konqo,  Kipr,  Kanada, 
Atən,  Avstraliya,  Fici,  Şimali  Afrika,  Yeni  Zellandiya, 
Tonqa, Pasifik adaları, Paniya, Somali, Saravak, Biruno, 
Bruney,  Banqladeş,  Birma,  Hindistan,  Pakistan,  Malta, 
Malayziya,  İndoneziya,  İngilis  Bəlcustanı,  Çinin  bir 
hissəsi,  1882-ci  ildən  Bostamina,  Misir,  Sudan, 
Sinqapur,  Siyero-Leone,  Niceriya,  Uqanda,  Quyan, 
Qambiya, Qana və Tanzaniya kimi dövlətlər ingilislərin 
hegemonluğu  sayəsində  alındı.  Bu  dünya  dövlətləri 
həm  dinlərini,  həm  dillərini,  həm  də  adət-ən`ənələrini 
itirdilər.  Yeraltı-yerüstü  sərvətləri  ingilislər  tərəfindən 
talan  edildi.  XIX  yüzilliyin  sonunda  onlar  dünya 
torpaqlarının ¼-nə, dünya xalqlarının isə ¼-dən çoxuna 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə