Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   17   18   19   20   21   22   23   24   25

 
88 
Konqona  sürgünə  göndərilir.  Sultan  II  Bahadır  1862-ci 
ildə vətənindən uzaq bir ölkədə vəfat edir. Daha sonra 
Əllamə  Fəzli  Haqq  1861-ci  ildə  Andaman  adalarındakı 
zindanların  birində  ingilislər  tərəfindən  şəhid  edilir. 
İngilislər  1877-ci  ildə  Osmanlı-Rusiya  müharibəsi 
ərəfəsində  Hindistanı  İngiltərənin  ərazisi  kimi  e`lan 
etdilər.  
İsveç  Masson  Lojasına  bağlı  olan  Midhad  Paşanın  əli 
ilə  Osmanlı  dövlətinin  müharibəyə  sürüklənməsi 
İslama  dəyən  ən  böyük  ziyanlardan  biri  oldu.  Sultan 
Əbdül  Əziz  xanın  öldürülməsində  də,  ingilislərin  əli 
var  idi.  İngilislər  xüsusi  məqsədlərlə  yetişdirdikləri 
şəxsləri  yüksək  vəzifələrdə  əyləşdirmişdilər.  Bu  dövlət 
adamlarının  adları  osmanlı,  fikirləri  isə  ingilis 
psixologiyası  idi.  Bu  kadrlar  içərisində  ən  tanınmış 
sima Mutafa Rəşid Paşa olmuşdur. O, Baş Nazir olduğu 
vaxt  28  oktyabr  1837-ci  ildə  ingilisləri  Hindistan 
müsəlmanlarına  qarşı  Dehlidə  törətdiyi  qətl  hadisələri 
münasibəti  ilə  rəsmi  şəkildə  təbrik  etmişdi.  Hələ  bu 
hadisədən  əvvəl  Hindistanda  ingilis  zülmünə  qarşı 
qiyama 
qalxan 
müsəlmanları 
yatırtmaq 
üçün 
İngiltərədən gələn yardımın Misirdən keçirilməsi üçün 
icazə  istəmişdi.  Onlara  massonların  vasitəsi  ilə  icazə 
verildi. 
Hindistanda ingilislər yeni məktəblər açdıqları halda, 
İslam  şəriətini  öyrədən  bütün  mədrəsələri  bağladılar. 
Xalqa  rəhbərlik  edə  biləcək  bütün  alimlər  və  din 
adamlarını  şəhid  etdilər.  Hətta  tələbələri  də  qətlə 
yetirdilər.  


 
89 
Burada  sizlərə,  1971-ci  ildə  Hindistana  və  Pakistana 
səfər 
edən 
(adı 
çəkilməsi 
məsləhət 
olmayan) 
şəxsiyyətlərdən  birinin  kiçik  bir  xatirəsini  nəql  etmək 
istərdim:  ”Hindistanın  sərhəd  şəhərlərində  yerləşən 
İmam  Rəbbani  və  digər  övliyaların  məzari-şəriflərini 
ziyarət  etdik.    Sonra  Paniputi  şəhərinə,  oradan  da 
Dehliyə  getdim.  Paniputinin  ən  böyük  məscidində 
cümə  namazını  qıldıqdan  sonra  məscidin  imamı  bizi 
evinə  qonaq  apardı.  Yolda,  zəncirlə  bağlanıb 
kilidlənmiş  böyük  bir  qapı  gördüm.  Üzərindəki 
kitabəni oxuduqda bu yerin həmin əyalətdə ilk məktəb 
olduğunu  anladım  və  imamdan  qapının  nə  üçün  bağlı 
olduğunu soruşdum. O, cavabında bu məktəbin 1947-ci 
ildən  bağlı  olduğunu  söylədi.  Onun  sözlərindən  aydın 
oldu  ki,  ingilislər  hinduları  qızışdıraraq,  Paniputidəki 
bütün  müsəlmanları  –  kişi-qadın,  qoca-cavan,  hətta 
uşaqları belə, elə buradaca qətlə yetirdilər. Bu zəncir və 
qıfıl bizə ingilis zülmünü xatırladır. Bizlər isə bu şəhərə 
sonradan mühacirət etmişik”. 
İngilislər  hakim  olduqlar  bütün  İslam  ölkələrində 
alimləri, dini ədəbiyyatları və məktəbləri məhv etdilər. 
Əvəzində, 
tamamilə 
cahil, 
öz 
dinindən, 
mədəniyyətindən  xəbərsiz  olan  gənc  bir  nəsil 
yetişdirdilər.  1837-ci  ildə  Kalkutaya  gələn  bir  ingilis 
mə`muru  Lord  Makauley  fars  və  ərəb  dillərində  dini 
kitabların  nəşr  olunub  yayılmasını  qadağan  edən  bir 
əmr  vermişdi.  Onun  bu  əmri  İngiltərə  hökuməti 
tərəfindən bəyənilib təsdiq edilmişdi. Bu qanun ilk dəfə 
olaraq  müsəlmanların  çoxluq  təşkil  etdiyi  ərazilərdə, 
xüsusilə də Benqalda qüvvəyə minmişdi.  


 
90 
İngilislər  Hindistanda  8  yaşlı  qızlara  məxsus  165 
kollec  açmışdılar.  Bu  kolleclərdə  yetişdirdikləri 
şagirdələri 
xüsusi 
tə`limlərlə 
öz 
din 
və 
mədəniyyətlərinə 
düşmən 
etmişdilər. 
İngilis 
ordusunun 
2/3-ni 
beyinləri 
yad 
düşüncələrlə 
doldurulmuş, 
öz 
millətinə 
düşmən 
kəsilmiş, 
xristianlaşdırılmış  və  ya  pulla  satın  alınmış  yerli  əhali 
təşkil  edirdi.  İngilislərin  sə`yləri  nəticəsində  1833-cü 
ildə 
çıxarılan 
qanun 
casusların 
missionerlik 
fəaliyyətinin  genişləndirilməsi  və  protestant  dininin 
Hindistanda  qüvvətlənməsinə  şərait  yaratmışdır. 
Hindistan  tam  şəkildə  ingilislərin  müstəmləkəsinə 
çevrilməmişdən  əvvəl,  orada  yaşayan  ingilislər 
müsəlman alimlərinə hörmətlə  yanaşırdılar.  Məscid  və 
mədərəsələrin  tə`mirinə  yardım  göstərir,  hətta  dini 
komplkeslərin 
tikintisinə 
aid 
olan 
inşaat 
müəssisələrində  çalışırdılar.  1838-ci  ildə  İngiltərədən 
gələn  əmrlərdən  sonra  ingilislərin  bu  fəaliyyəti 
qadağan 
olundu. 
Onların 
İslam 
dininə 
olan 
hücumlarında tətbiq etdikləri siyasətin iç üzü göründü. 
Onlar  əvvəlcə  yardım  edərək  müsəlmanları  sevindirir, 
İslama  xidmət  göstərərək  gördükləri  bu  kimi  işləri 
ölkənin hər bir tərəfinə yayırlar. Dünya müsəlmanlarını 
bu yolla aldadaraq, öz niyyətlərinə müvəffəq olduqdan 
sonra,  İslamın  əsaslarını,  kitablarını,  məktəblərini  və 
alimlərini  yavaş-yavaş  məhv  etməyə  başlayırlar.  Bu 
ikiüzlü  siyasətlər  müsəlmanlar  üçün  ən  böyük 
düşmənçilik  və  öldürücü  zərbə  metodu  olmuşdur. 
İngilislər Hindistanda hakim din və qüdrət olan İslamı 
həddən artıq acınacaqlı bir vəziyyətə gətirib çıxardılar. 


 
91 
Onlar ingilis dilini rəsmi dil e`lan etdikdən sonra, yerli 
gənclərin  xristianlaşdırma  prosesinin  yeni  mərhələsinə 
başladılar. 
Bu 
fəaliyyətləri 
əsas 
e`tibarı 
ilə 
missionerlərin nəzarəti altında olan məktəblərdə həyata 
keçirirdilər.  Hətta  İngiltərənin  Baş  Naziri  Lord 
Palmerson  və  bir  çox  ingilis  lordları  bu  məramlarını 
açıqcasına  bildirirdilər:  ”Allah  Hindistanı  ingilislərə, 
onların xristianlıqdan faydalanmaları üçün vermişdir”. 
Lord  Makley  Hindistanda  qan  və  rəng  baxımından 
hindli, zövq, düşüncə, inanc, əxlaq və zəka baxımından 
ingilis  bir  cəmiyyət  yetişdirilməsi  üçün  çox  çalışmışdı. 
Bu  işə  görə  də  öz  ölkəsinin  lazımi  dəstəyinə  nail 
olmuşdu.  Ona  görə  də  missionerlər  tərəfindən  açılan 
məktəblərdə  ingilis  ədəbiyyatı,  dili  və  xristianlığın 
öyrədilməsinə  xüsusi  əhəmiyyət  verilirdi.  Dəqiq 
elmlərə - riyaziyyat, kimya, fizika və başqa sahələrə heç 
bir  maraq  yox  idi.  Bu  şəkildə  ingilislər  tərəfindən 
Hindistanda  xristianlaşdırılmış  bir  nəsil  yetişdirilir, 
sonradan  onlar  öz  ölkələrinin  yüksək  mə`mur 
kürsülərində əyləşdirilirdi.  
Hindistanda  öz  dinindən  çıxan  müsəlmanlar  mürtəd 
hesab  olunurdular.  Hindulara  görə  isə,  öz  dinini  tərk 
edənlər  dinsiz  hesab  edilirdi.  Buna  görə  də,  ingilislər 
tərəfindən 
xristianlaşdırılan 
yerli 
gənclər 
öz 
ailələrindən  onlara  çatacaq  hər  hansı  bir  pay  və  ya 
mirasdan  məhrum  olurdular.  Missionerlər  buna  mane 
olmaq  üçün  1832-ci  ildə  Benqala  aid  bir  qanun 
çıxararaq,  xristian  olan  yerli  mürtəd  və  dinsizlərin 
mirasdan  pay  almalarını  tə`min  etdilər.  Bu  səbəbdən, 
hindlilər  Hindistandakı  ingilis  məktəblərinə  “şeytan 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə