Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   17   18   19   20   21   22   23   24   25

 
100 
etməkdədir.  Böyük  qüdrətlər  dünya  ictimaiyyətinin 
diqqətini  hər  hansı  bir  nöqtəyə  cəlb  etmək  üçün  bu 
münaqişələr  ara-sıra  qızışdırılır  və  ya  onlar  öz 
imperialist siyasətlərini həyata keçirməkdən ötrü güclü 
bir  ölkəni  zəif  bir  dövlətin  canına  salaraq,  əzilən  tərəf 
üçün  beynəlxalq  kömək,  vasitəçi  və  s.  adlarla  zahir 
olurlar.  Bir  növ  dovşana  qaç,  tazıya  tut  deyirlər  və  ya 
yetimin papağını oğurlayıb yenidən özünə qaytarmaqla 
ona dayı olurlar. 
Xristian və yəhudi təşkilatlarının müsəlmanlara qarşı 
daimi 
olaraq, 
hazırlayıb 
həyata 
keçirdikləri 
siyasətlərdən  biri  də  hər  bir  məntəqədə  İslami 
şəxsiyyətlər  yetişdirərək,  onları  genişmiqyaslı  təbliğat 
üsulları  ilə  xalqa  tanıtdırmaqdır.  Onlar  “dinşünas”, 
“şərqşünas”,  “islamşünas”  və  s.  adlarla  zahir  olaraq, 
müsəlmanların dini məsələlərinə cavab verməyə çalışır, 
şəriət  məsələlərini,  əqidə  və  ayinləri  təhrif  edirlər.  Hər 
hansı  bir  dini  mərasim  yaxınlaşdıqda  radio-televiziya 
və  ya  mətbuat  səhifələrində  peyda  olaraq,  öz  mənfur 
niyyətlərini  və  düşmən  siyasətlərini  həyata  keçirmək 
məqsədi  ilə  islamla  heç  bir  şəkildə  uyğun  gəlməyən 
fikirlər  yaymağa  çalışırlar.  İslamın  heç  bir  hökmünə 
əməl  etməyən,  onun  heç  bir  e`tiqadi  əsasına  əqidə 
bəsləməyən  bu  kafir  və  münafiq  şəxslər  dindən  xəbəri 
olmadığı  halda  ən  savadlı  dinşünas  kimi  göstərilir, 
illərlə  dini  mərkəzlərdə  təhsil  alan,  ömrünü  İslama, 
dininə-məktəbinə  həsr  edən  savadlı  və  imanlı  din 
xadimləri  isə  savadsız  və  mə`lumatsız  mollalar  adı  ilə 
hər  yerdə  təhqir  olunaraq  gözdən  salınır.  Nümunə 
olaraq  ingilislərin  İslam  alimləri  kimi  tanıntdırdıqları, 


 
101 
kafirlikləri  ilə  məhşur  olan  bir  neçə  şəxs  haqda 
danışmaq yerinə düşərdi. 
1.  Sir  Seyid  Əhməd  Hindi;  o,  1818-ci  ildə  Dehlidə 
anadan  olmuşdur.  Babası  Əkbər  şahın  dövründə 
Hindistana gəlmişdi. Əhməd Hindinin əmisi Dehlidəki 
ingilis məhkəməsində hakim idi. 1837-ci ildə əmisi onu 
özünə  katib  götürdü.  Bu  işdə  fəallıq  göstərən  Əhməd 
Hindi  1841-ci  ildə  sıravi  hakim,  1855-ci  ildə  isə  ali 
hakim kürsüsünə qədər yüksəldi.  
2.  Həmidullah;  Hindistanda  ingilislərin  yetişdirdiyi 
din 
xadimlərindən 
biridir 
ki, 
1806-cı 
ildə 
Heydərabadda 
anadan 
olmuşdur. 
O, 
əvvəllər 
İsmailliyyə firqəsinə mənsub idi. Əhli sünnə camaatına 
düşmən  mövqeyi  tutaraq  fitnə-fəsad  salmış,  Parisdə 
çalışdığı  CNRS  Elmi  Araşdırmalar  Mərkəzində 
Məhəmməd Peyğəmbərin (s) yalnız ərəblərin olduğunu 
sübut  etməyə  çalışmışdır.  O,  bu  fikirləri  söyləməklə 
İslam  Peyğəmbərinin  ümumbəşəri  bir  peyğəmbər 
olmasını  inkar  etmək  istəmişdir.  Bu  kimi  şəxslərin 
sayını  hədsiz  dərəcədə  sadalamaq  olar;  əsas  məsələ 
odur ki, sapı özündən olan bu kimi baltalar hal-hazırda 
da  hər  bir  müsəlman  məmləkətində  mövcuddur  və 
müqəddəs  dinimizi  gecə-gündüz  baltalamaqdadır. 
Dinşünas kimi tanınan bu düşmən kadrları tanımaq heç 
də  çətin  deyildir.  Onlar  xarakterik  olaraq  adətən  bir 
neçə xüsusiyyətə malik olurlar: 
1.  Bu  kadrlar  daimi  olaraq  dinin  əsil  və  dəyişməz 
qanunlarına  qarşı  çıxır,  müntəzəm  olaraq  dində 
“yenilik” və təhrif etmə məsələsinə diqqət yetirirlər; 


 
102 
2.  Bu  kimi  şəxslər  həqiqi  dini  təhsilə  malik  olmurlar 
və  adətən  onların  hər  hansı  bir  mö`təbər  dini  təhsil 
ocaqlarında təhsil almaları haqda mə`lumat yoxdur. 
3.  Din  adından  danışan  bu  şəxslərin  e`tiqadi  əsaslara 
əqidə  və  imanı  yoxdur  və  şəriət  qanunlarına  əməl 
etmirlər. 
4.  Kütləvi  informasiya  vasitələrində  tez-tez  çıxış  edir 
və  qarşıya  çıxan  hər  hansı  bir  dini  məsələdə  məhz 
onlara müraciət olunur. 
İslamı 
məhv 
etmək 
mübarizəsində 
vətəninə, 
millətinə,  dininə  xidmət  etmək  istəyən  müsəlmanları 
aldatmaq  üçün  istifadə  edilən  ən  tə`sirli  silah  İslamı 
modernləşdirmək  (yeniləşdirmək)  fikri  olmuşdur. 
Geriliyin  səbəbini  dinlə  əlaqələndirib,  İslamı  aradan 
aparmaq,  yerinə  isə  dinsizlik  gətirmək  istəyirdilər.  Bu 
çox incə bir məsələ idi və hər kəs bunu duya bilmirdi. 
Böyük  İslam  alimi  Şeyx-ül  İslam  Mustafa  Səbri  bu 
hiyləni  çox  gözəl  anlamışdı.  Ona  görə  də  o, 
“məzhəbsizlik  dinsizliyə  qurulan  körpüdür”  şüarı  ilə 
çıxış  edir,  bu  mövzuda  müsəlmanları  ayıq  olmağa 
çağırırdı.  
İslam  düşmənləri  irfan  yolunu  da  təhrif  etmək  üçün 
çox çalışmışlar. Daha sonra şəriətin qorunması üçün ən 
güclü  zəmanət  olan  ixlası  məhv  etməyə  başlamışlar. 
İrfan  və  seyri-süluk  ağılla  qəlbin,  elmlə  imanın 
müştərək  şəkildə  əldə  etdiyi  mə`nəvi  dəyərlər 
məcmuəsidir. Lakin, uzun zamanlar ingilis casusları öz 
alçaq  məqsədlərinə  yetişmək  üçün  mürşidlərin 
adlarından  istifadə  edərək,  müxtəlif  ocaqlar  yaratdılar 
və  şəriəti  məhv  etmək  üçün  təriqətçilik  cərəyanını  ən 


 
103 
tə`sirli  alətə  çevirdilər.  Sufi  yığıncaqları  təşkil  edərək 
musiqi  və  çal-çağırdan  istifadə  etdilər,  rəqs  etməyə 
başladılar.  Bu  əxlaqsızlıq  yuvalarında  qadın-kişi  bir 
yerdə  açıq-saçıq,  əl-ələ  tutaraq,  dövrə  vurub  rəqs 
vasitəsilə ibadət edir, türk musiqisini təsəvvüf musiqisi 
kimi  qələmə  verir,  ibadət  adı  altında  günah  işlər 
görürdülər.  Əslində,  zikr  -  Allah-Taalanı  xatırlamaq 
deməkdir.  Bu  da  yalnız  qəlb  vasitəsilə  olur.  İnsan 
Allahı  zikr  etdikcə,  mə`nəvi  bir  təskinlik  tapır,  qəlbi 
təmizlənir. Yə`ni qəlbi dünya sevgisini tərk edir, yerinə 
Allah  sevgisi  daxil  olur.  Qadın  və  kişilərin  bir  yerə 
toplaşaraq,  hay-küy  salması  zikr  demək  deyildir.  Bu 
gün  müsəlman  ölkələrində  irfan  alimləri  yox 
dərəcəsindədir.  Lakin  sadəlövh  müsəlmanları  aldadan 
saxta mürşidlər nə qədər istəsən mövcuddur. Məhz bu 
günümüzdə  içki  içən  və  açıqca  günah  işlədən  bə`zi 
üzdəniraq  təriqət  ardıcılları  Mövlana  Cəlaləddin 
Ruminin  “Qudsi-sirruh”  anlama  mərasimində  əba 
geyinərək,  ilahələr  oxuyurlar.  Bunları  görən  cahil 
kimsələr  İslamın  yalnız  bu  işlərdən  ibarət  olduğunu 
zənn  edirlər.  İngilis  missionerləri  yetişdirdikləri 
casusların  əli  ilə  elm,  irfan  və  ədəb  yuvası  olan  bu 
mübarək yerləri dağıtdılar və sonra da onların yerində 
əxlaqı 
və 
mə`nəviyyatı 
pozulmuş 
azğınları 
yerləşdirdilər.  Məhz  ingilislər  tərəfindən  tə`sis  edilən 
vəhhabiliyin  şüarı  İslamda  olan  bid`ətləri  məhv  etmək 
olduğundan,  bu  şüarın  “azğınlar”  əleyhinə  istifadə 
edilməsi,  vəhhabilərin  əhatə  dairəsinin  genişlənməsinə 
səbəb  oldu.  İslam  düşmənləri  xüsusilə  də,  ingilislər 
bütün  vasitələrdən  istifadə  edərək,  müsəlmanları  elm 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə