100
vacib olduğunu demişdir.” Hər ikisini də üzrsüz
tərk etməyin tahrimən
məkruh (harama yaxın əməl) olduğunu namazın məkruhlarında bildirmək-
dədir.
Rəsulullahın (sallallahü aleyhi və səlləm) xütbələri davamlı olaraq
yalnız ərəbcə oxuması, ərəbcə oxumağın vacib olduğunu göstərir. Buna
görə də xütbələri ərəbcədən başqa dildə oxumaq və ya həm ərəbcə, həm
də tərcüməsini oxumaq tahrimən məkruhdur. Çünki birinci halda ərəbcə
oxumaq tərk edilir, ikinci halda xütbənin yalnız ərəbcə oxunması tərk
edilmişdir. Hər ikisində də Rəsulullahın (sallallahü aleyhi və səlləm) da-
vamlı etdiyi şey tərk edilmiş olur.
Namaza başlayarkən, təkbiri ərəbcə
söyləmək və bunlar arasında “Allahü əkbər” demək müxtəlif şeylərdir.
İkisindən birini tərk etmək tahrimən məkruhdur. Çünki Rəsulullah (sallal-
lahü aleyhi və səlləm) həmişə Allahü əkbər dediyi üçün bunu söyləmək
vacib olmuşdur. İbni Abidin (rahimə-hullahü təala)
“Rədd-ül-muxtar”da
buyurur: “Məkruh, vacibin və ya sünnətin tərk edilməsidir. Birincisi təhri-
mə, ikincisi isə tənzihən məkruhdur.”
“Haləbi-yi kəbir”də deyilir: “Sün-
nəti tərk etmək tənzihən məkruh, vacibi tərk etmək tahrimən məkruhdur.”
“Fətava-yi Siraciyyə”də deyilir: “Xütbəni farsca oxumaq caizdir.” Bu sö-
zü
rəhbər tutaraq, xütbəni ərəbcədən başqa dildə oxumağın caiz olub, tah-
rimən və tənzihən məkruh olmadığını deyərək fitva vermək batildir. Çünki
Siraciyyənin “caizdir” sözü, “səhihdir” deməkdir. Bu isə məkruh olmadı-
ğını bildirmir. İbni Abidin (rahimə-hullahü təala)
“Rədd-ül muxtar”da
buyurur: “Səhih olduğunu demək, məkruh olmadığını göstərməz.” Mu-
hamməd Abdülhayy Luknəvi (rahimə-hullahü təala) “Umdət-ür-riayə” ki-
tabında deyir: “Xütbənin ərəbcə oxunması şərt deyil, farsca və ya başqa
dildə də oxumaq olar, sözü namazın caiz olacağını bildirir. Yəni Cümə na-
mazının səhih olması üçün xütbə oxumaq şərti
yerinə yetirilmiş olur de-
məkdir. Xütbənin məkruh olmadığı anlamına gəlmir. Çünki Rəsulullah
(sallallahü aleyhi və səlləm) və Əshabi-kiramın hamısı “radıyallahü an-
hüm” xütbəni həmişə yalnız ərəbcə oxumuşdular. Onlara qarşı çıxmaq
tahrimən məkruhdur.” Əshabi-kiramdan sonra gələn şərəfli nəsil, Əshabi-
kiramı görüb, onların söhbətlərində iştirak edənlər (Tabiin və onlardan
sonra gələn təbei-tabiin) də xütbəni həmişə, hər yerdə yalnız ərəbcə oxu-
muşdurlar. Ərəbcədən başqa dildə oxumadıqları kimi, ərəbcə və tərcümə-
sini birlikdə oxuyan da heç olmadı. Halbuki Asiyada və Afrikada onların
xütbələrini dinləyənlərin
heç biri ərəbcə bilmir, xütbədə söylənilənləri an-
lamırdılar. Onların anlamaları üçün tərcümələrini də söyləməli, yeni müsəl-
man olanlara islamiyyəti öyrətməli olduqları halda xütbələri ərəbcədən baş-
qa dildə oxumağı caiz görmədilər. İslamiyyəti onlara xütbədən ayrı öyrətdi-
lər. Xütbələri də anlamaları və islamiyyəti yaxşı öyrənmələri üçün onların
ərəbcə öyrənmələrini əmr etdilər. Biz də bu alimlər kimi etməliyik.
101
Bunlara qarşı çıxaraq xütbələri ərəbcədən
başqa dildə oxumaq bidətdir,
tahrimən məkruhdur. Birincisinə tahrimən, ikincisinə tənzihən məkruh demək
batildir. Çünki tənzihən məkruh sünnəti tərk etməyə deyilir. Rəsulullah (sal-
lallahü aleyhi və səlləm) xütbənin hamısını həmişə ərəbcə oxuduğu üçün xüt-
bəni yalnız ərəbcə oxumaq vacibdir. Bu vacibi tərk etmək necə tənzihi ola bi-
lər?! Tahrimən məkruh olan şeyi tərk etmək vacibdir. Mevlana Bahır-ul-ulum
(rahimə-hullahü təala)
“Ərkan-ül-ərbəa”da deyir: “Tahrimən
məkruh olan
şeyi tərk etmək vacibdir. Bu məkruhu işləmək bu vacibi tərk etmək olur.”
Tahrimən məkruh olan şeyi hər zaman edən şəxs adil deyildir. İbni
Abidin (rahimə-hullahü təala)
“Rədd-ül-muxtar”da deyir: “Tahrimən
məkruh işləmək kiçik günahdır. Kiçik günaha davam etmək ədaləti yox
edir.” Xütbələrin tərcümələrini də oxuyan xətiblərin ədalətləri yox olaraq
günahkar olurlar. Arxalarında namaz qılmaq tahrimən məkruh olur.
“Nur-
ul-izah”da və
“İbni Abidin”də deyilir: “Kölə, kəndli, nikahsız doğulan
şəxs cahildirlərsə, onların imam olması məkruhdur. Açıq
günah işləyənlə
bidət əhli alim olsalar belə, onların imam olması məkruhdur. Onları imam
etmək günahdır.” Allamə İbrahim Hələbi (rahimə-hullahü təala)
“Haləbi-yi
Kəbir”də deyir: “Açıq günah işləyəni imam edən günah işləmiş olur. Çünki
onları imam etmək tahrimən məkruhdur.”
“Mərak-ıl-fəlah”da deyilir:
“Açıq günah işləyən kimsə alim olsa da onu imam etmək məkruhdur. Çünki
islama uymaqda zəiflik göstərir. Onu imam etmək ona hörmət etmək olur.
İmam olmasına mane ola bilmədikdə Cüməni və hər namazı başqa məscid-
də qılmaq lazımdır.” Allamə Tahtavi (rahimə-hullahü təala) bunu açıqlayar-
kən deyir: “Açıq günah işləyənin imam edilməsi tahrimən məkruhdur.”
Xətibin xütbəni ərəbcədən başqa dildə oxumağına səbəb olmaq ol-
maz. Buna səbəb olmaq günahdır. Çünki günah işləməyə yardım etmək də
günahdır. İbni Abidin (rahimə-hullahü təala)
“Rədd-ül-muxtar”da deyir:
“Fasiq, yəni açıq günah işləyən imamın arxasında namaz qılmaq olmaz.
Fasiq olmayan imamı tapmaq lazımdır. Şəhərdə bir neçə məsciddə Cümə
namazı qılınırsa, bu namazı fasiq imam arxasında qılmaq məkruh olur.
Çünki başqa imam arxasında qılmaq mümkündür.”
Buna görə də hər kəs
ərəbcədən başqa dildə tərcüməni oxuyan imamın arxasında namaz qılma-
malı, xütbəni ərəbcə oxuyan imam tapmalı, Cüməni onun arxasında qıl-
malıdır. Əlavə məlumat almaq üçün
“Ət-təhqiqat-üs səniyyə fi kərahət-
il-xütbəti bi-qayril arabiyyə və kiraətiha bil arabiyyəti maa tərcəməti-
ha bi-qayr-il arabiyyəti” kitabını oxuyun!
Yuxarıdakı yazı 1349-cu
m.1931 ildə Hindistanda ərəbcə yazılmış,
Hindistanın ən böyük 13 alimi tərəfindən təsdiq edilmişdir. Bu tarixi fitva
ilə birlikdə Hindistandakı
“Diyobənd”, “Baqıyat-üs-salihat”, “Madras”
və
“Haydar-abad” alimlərinin ərəbcə fitvaları 1396-cı
m.1976 ildə İs-
tanbulda nəşr edilmişdir. Osmanlı dövlətindəki
dünyaca şöhrət sahibi ol-