129
9-Qənaət etmək.
10-Nemətlərin müqabilində Rabbi təalaya şükr etmək. Yəni onları
əmr olunan yerlərdə işlətmək.
11-Cənabı Haqdan gələn qəzaya razı olmaq.
12-Bəlalara səbr etmək. Yəni üsyan etməmək.
13-Günahlardan tövbə etmək.
Hər gün istiğfar oxumaq.
14-İhlas ilə ibadət etmək.
15-İnsan və cin şeytanlarını düşmən bilmək.
16-Quranı azım-üş-şanı dəlil, sənəd olaraq qəbul etmək. Onun hök-
münə razı olmaq.
17-Ölümü haqq bilmək və ölümə hazır olmaq.
18-Allahü azım-üş-şanın sevdiyini sevib, sevmədiyindən qaçmaq.
Buna hubbu fillah və buğdu fillah deyilir.
19-Ataya və anaya yaxşı davranmaq.
20-Əmri maruf, yəni dinin bəyəndiyi şeyləri əmr etmək və nəhyi
münkər, yəni dində bəyənilməyən şeyləri qadağan etmək, çəkindirmək.
21-Məhrəm olan qohumları ziyarət etmək.
22-Əmanətə xəyanət etməmək.
23-Daim Allahdan qorxaraq, haram işləməkdən çəkinmək.
24-Allahü azım-üş-şana və Rəsuluna itaət etmək. Yəni fərzləri yerinə
yetirib, haramlardan çəkinmək.
25-Günahdan qaçıb, ibadətlə məşğul olmaq.
26-Əmr sahiblərinə, yəni dövlət rəhbərlərinə və qanunlara qarşı çıxmamaq.
27-Aləmə ibrət gözüylə baxmaq.
28-Allahü təalanın varlığını, yəni özəlliklərini, məxluqlarını düşün-
mək, dərk etmək.
29-Dilini haram, əxlaqsız sözlərdən qorumaq.
30-Qəlbi ma-sivadan, yəni dünya sevgisindən təmizləmək.
31-Heç kimi məsxərəyə qoymamaq, ələ salmamaq.
32-Harama baxmamaq.
33-Hər bir halda sözünə sadiq olmaq.
34-Qulağı çalğı kimi yasaq şeylər dinləməkdən qorumaq.
35-Fərzləri və haramları öyrənmək.
36-Tərəzi, ölçü alətlərini haqqıyla işlətmək.
37-Allahü azım-üş-şanın əzabından əmin olmayıb, daim qorxmaq.
38-Müsəlman kasıblara zəkat vermək və yardım etmək.
39-Allahü azım-üş-şanın rəhmətindən ümidi kəsməmək.
40-Nəfsin haram olan istəklərinə tabe olmamaq.
41-Ac olanı Allah rızası üçün yedirmək.
42-Kifayət qədər ruzi
yəni yeyəcək, geyəcək və məskən qazanmaq
üçün çalışmaq.
130
43-Malın zəkatını, tarladakı məhsulun uşrunu vermək.
44-Hayz və zahı olan qadını ilə yaxınlıq etməmək.
45-Qəlbi günahlardan təmizləmək.
46-Kibirli olmaqdan çəkinmək.
47-Həddi-buluğa çatmamış yetimin malını qorumaq.
48-Gənc oğlanlara yaxın olmamaq.
49-Beş vaxt namazı vaxtında qılıb, qəzaya saxlamamaq.
50-Zülmlə heç kimin malını almamaq.
Boşadığı qadına mehr pulunu ödəmək də qul haqqıdır. Ödəməzsə,
dünyada cəzası və axirətdə əzabı çox şiddətlidir. Qul haqlarından ən mü-
himi və əzabı ən çox olanı əqrabasına və əmri altında olanlara əmri maruf
etməmək, onlara din bilgisi öyrətməməkdir. Onların və bütün müsəlman-
ların dinlərini öyrənməsinə və ibadətlərini icra etməsinə işkəncə edərək və
ya aldadaraq mane olanın kafir olduğu, islam düşməni olduğu aydın görü-
nür. Bidət sahiblərinin, məzhəbsizlərin sözləri ilə, yazıları ilə Əhli sünnət
etiqadını dəyişdirmələri, dini, imanı pozmaları da belədir.
51-Allahü azım-üş-şana şərik qoşmamaq.
52-Zinadan çəkinmək.
53-Şərab və spirtli içkiləri içməmək.
54-Yalan yerə and içməmək.
Şərab, alkoqollu və spirtli içkilərin hamısı qaba nəcasətdir. Su ilə
torpaq qarışdırıldığı zaman, bu ikisindən biri təmizdirsə, əmələ gələn pal-
çığın təmiz olacağı, bu qavlinn səhih olduğu və fitvanın da belə olduğu
“Bahr” kitabında və “İbni Abidin”də yazılmışdır. Bu fitvanın zəif oldu-
ğunu bildirən alimlərin də olmasına baxmayaraq, çətinlik olduğu zaman
zəif fikrə görə əməl etmək lazım olduğu “İbni Abidin”də və “Hadika”da
yazılmışdır. Buna görə, bir ehtiyacı ödəmək üçün hazırlanan odekolon,
lak, spirtli dərman və boyaların alkoqolla qarışdırılan maddələri təmizdir-
sə, qarışımlar da təmiz olur. Şafi məzhəbində də belə olduğu “Mafüvat”
şərhində yazılmışdır. Təmizlənmələrində çətinlik olduqda, namaza mane
olmazlar. Çətinlik olduğu üçün təmiz qəbul edilən belə duru maddələrin,
zərurət olmadan içilməsi caiz deyil. Alkoqollu içkilər heç vaxt təmiz ol-
maz. Çünki bu içkilərdəki alkoqol digər maddələrlə ehtiyac üçün, faydalı
olmaq üçün deyil, kef üçün qarışdırılmışdır. Onların bulaşdığı hər şey
nəcs olur. Zərurət olmadan içilmələri daim haramdır.
Haramdan çəkin, fərzi etməyə bax!
Fərzi tərk edərsən, olur halın xarab!
131
BÖYÜK GÜNAHLAR HAQQINDA
Günahı kəbair, yəni böyük günahlar çoxdur. Onlardan yetmiş ikisi bə-
yan olunmuşdur:
1-Haqsız yerə adam öldürmək.
2-Zina
etmək.
3-Livata (kişilər arasında cinsi münasibət) etmək hər dində haramdır.
4-Şərab və hər cür spirtli içki içmək.
5-Oğurluq etmək.
6-Kef üçün narkotik maddə yemək, içmək.
7-Başqasının malını zorla almaq, yəni qəsb etmək.
8-Yalan yerə şahidlik etmək.
9-Ramazan orucunu üzrsüz olaraq, müsəlmanların önündə yemək.
10-Faizlə mal, pul almaq, vermək.
11-Çox and içmək.
12-Valideynə asi olmaq, qarşı çıxmaq.
13-Məhrəm və saleh qohumları ziyarət etməmək.
14-Müharibədə döyüşü tərk edib, düşməndən qaçmaq.
15-Razılığı olmadan yetimin malını yemək.
”Səadəti Əbədiyyə” ki-
tabının 1029-cu səhifəsində deyilir: “Yetimin vasisinin
onun malından
yeməsi və istifadə etməsi caizdir. Başqasına yedirməsi, fitrəsini verməsi,
qurbanını kəsdirməsi caiz deyildir.”
16-Tərəzisini və ölçüsünü haqq üzrə işlətməmək.
17-Namazını vaxtından əvvəl və sonra qılmaq.
18-Mömin qardaşının qəlbini qırmaq.
19-Rəsulullahın (sallallahü aleyhi və səlləm) söyləmədiyi sözü söylə-
mək və ona istinad etmək.
20-Rüşvət almaq.
21-Haqq şahidlikdən qaçmaq.
22-Malın zəkatını və uşrunu (torpaqdan alınan məhsulun zəkatı) vermə-
mək.
23-Gücü çatanın, münkəri, yəni günah işləyəni gördükdə çəkindirməməsi.
24-Canlı heyvanı atəşdə yandırmaq.
25-Quran-ı azım-üş-şanı öyrəndikdən sonra, oxumağı unutmaq.
26-Allahü azım-üş-şanın rəhmətindən ümidini kəsmək.
27-İstər müsəlman olsun, istər kafir olsun, insanlara xəyanət etmək.
28-Donuz əti yemək haramdır.
zina-nikahsız cinsi münasibət.
Dostları ilə paylaş: |