Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

 
132
29-Rəsulullahın Əshabından (rıdvanullahi təala aleyhim əcmain) hər 
hansı birini sevməmək və söymək. 
30-Qarnı doyduqdan sonra yeməyə davam etmək haramdır. 
31-Qadınların ərinin döşəyindən qaçması. 
32-Qadınların, ərindən icazəsiz ziyarətə getməsi. 
33-Bir namuslu qadına fahişə demək. 
34-Müsəlmanlar arasında söz gəzdirmək. 
35-Övrət yerini başqasına göstərmək. 
Kişinin göbəklə diz arası, qa-
dının saçı, qolu, ayağı övrətdir.
 Başqasının övrət yerinə baxmaq. 
36-Ölmüş heyvan əti (leş) yemək və başqasına yedizdirmək. Dinimizin 
bildirdiyinə uymayaraq öldürülən heyvanlar da leş hesab olunur. 
37-Əmanətə xəyanət etmək. 
38-Müsəlmanın qeybətini etmək. 
39-Həsəd, paxıllıq etmək. 
40-Allahü azım-üş-şana şərik qoşmaq. 
41-Yalan danışmaq. 
42-Təkəbbürlü olmaq, özünü üstün tutmaq. 
43-Ölüm xəstəsinin varisdən mal gizlətməsi. 
44-Çox xəsis olmaq. 
45-Dünyanı 
haramları sevmək. 
46-Allahü təalanın əzabından qorxmamaq. 
47-Haram olanı haram qəbul etməmək. 
48-Halal olanı halal etiqad etməmək. 
49-Falçıların falına, qeybdən xəbər verməsinə inanmaq. 
50-Dinindən dönmək, mürtəd olmaq. 
51-Üzrsüz, başqasının qadınına, qızına baxmaq. 
52-Qadınların kişi geyimi geyməsi. 
53-Kişilərin qadın paltarı geyməsi. 
54-Harəmi Kəbədə günah işləmək. 
55-Vaxtı gəlmədən azan oxumaq və namaz qılmaq. 
56-Dövlət adamlarının əmrlərinə, qanunlara asi olmaq, qarşı çıxmaq. 
57-Xanımının məhrəm yerlərini anasının məhrəm yerinə bənzətmək. 
58-Xanımının anasını söymək. 
59-Bir-birini silah ilə nişan almaq. 
60-Köpəyin artığını yemək, içmək. 
61-Etdiyi yaxşılığı başa vurmaq. 
62-Kişilərin ipək geyinməsi. 
63-Cahillikdə israr etmək. 
Əhli sünnət etiqadını, fərzləri, haramları 
və lazım olan hər bilgini öyrənməmək.
 
64-Allahü təaladan və islamiyyətin bildirdiyi adlardan başqa şey söy-
ləyərək and içmək. 


 
133
65-Elmdən qaçmaq. 
66-Cahilliyin müsibət olduğunu anlamamaq. 
67-Kiçik günahı təkrar işləməkdə israr etmək. 
68-Zərurət olmadan, qəhqəhə ilə çox gülmək. 
69-Bir namaz vaxtını qaçıracaq zaman qədər cünub (qüslsüz) gəzmək. 
70-Adətli (aybaşı) və zahı halında xanımı ilə yaxınlıq etmək. 
71-Təğənni etmək.  Əxlaqsız mahnılar oxumaq. Musiqi, çalğı alətlə-
rində çalmaq. 
Hindistanın böyük alimlərindən, mirzə Mazhar-ı Can-ı Canan (rahimə-
hullahü təala), “Kəlimati tayyibat” kitabında fars dilində yazır: “Hər çalğı-
nı çalmaq və dinləmək söz birliyi ilə haramdır. Yalnız ney çalmağın məkruh 
olduğu, toylarda dəf, baraban çalmağın mübah olduğu deyilir. 
Qurani-kəri-
mi və azanı təğənni ilə oxuyarkən, məna dəyişərsə və ya hərf təkrarlanarsa, 
haram olur. “Əl-fiqhu aləl məzahib”də deyilir: “Təğənni ilə azan oxumaq 
haramdır. Onu dinləmək caiz deyildir.” Mevzun (ölçülü) sözü ölçülü səs ilə 
oxumağa və dinləməyə “Təğənni” və ya “Sima” deyilir. 
Təğənni, gözəl, xoşa gələn səslə oxumaqdır. Qurani-kərimi, azanı, 
mövludi, ilahiləri təğənni ilə oxumaq iki cürdür: 
1-Sünnət olan, savab olan təğənni. Bu, təcvid elminə uyğun oxumaq-
dır. Belə təğənni qəlblərə, ruhlara qüvvət verir. 
2-Qadağan olan, haram olan təğənni. Bu, musiqi pərdələrinə, notlarına 
uyaraq, məna pozulacaq şəkildə, hərfləri və kəlmələri dəyişdirərək, səsi al-
çaldıb yüksəldərək, çənəni oynadaraq oxumaqdır. Belə təğənni hərfləri, kəl-
mələri pozur, mənanı dəyişdirir. Belə oxuyanların nəğmələri nəfsə xoş, şirin 
gəlir. Nəfsinə  məğlub olanları  ağladır, mənadan xəbərləri olmur. Qəlbləri, 
ruhları qəflətdən, xəstəlikdən qurtula bilmir. 
“Tərqib-üs-salət” kitabının 162-ci səhifəsində, “Bəriqa” cild 2, sə-
hifə 1342-də  və  “Hadika”  2-ci cild 589-cu səhifədə deyilir: “Əyləncə 
üçün zınqırov taxılmış heyvana minmək olmaz, məkruhdur. Çünki zınqı-
rov şeytanın çalğısıdır. Zınqırov olan karvana rəhmət mələkləri gəlməz.” 
Bir mənfəət üçün minmək caizdir. 
Dinə və əxlaqa uymayan şerləri oxumağa, uyğun olanları da çalğılı, iç-
kili, qadın və kişilərin qarışıq olduğu yerlərdə oxumağa, başqa yerdə oxun-
muş olanı bu cür yerlərdə radiodan, maqnitafondan dinləməyə, qadınların, 
oğlanların oxumasına söz birliyi ilə haram deyilmişdir.
 Uyğun şerləri uy-
ğun yerlərdə oxumaq caizdir. Qəlbə riqqət gətirdikdə, Allahü təalanın mər-
həmətinə  də  səbəb olur. Bəzi alimlər mübah olan simaya da rəğbət etmə-
mişdirlər. Onlar təbiətlərinə xoş gəlmədiyi, zövq almadıqlarına görə simanı 
arzu etməsələr də, mübah olan simanı arzu edənləri də rədd və inkar etmə-
mişdirlər.” 


 
134
Qurani-kərimi, mövlidi, ilahiləri, salavat-ı şərifləri günah məclislərində 
hörmətlə oxumaq haramdır. Əyləncə, kef üçün oxumaq küfrdür. “Dürr-ül 
məarif”-in 6-cı  səhifəsində deyilir: “Çalğı, oğlan və qadın səsi haramdır. 
Belə olmayan səslərlə faydalı şerlər oxumaq simadır

, mübahdır.” 
72-İntihar etmək, yəni özünü öldürmək, başqalarını öldürməkdən daha 
böyük günahdır. Belə şəxslər qəbirdə Cəhənnəm əzabı çəkər. Ölməsə, tövbə 
edərsə, bütün günahları bağışlanar. Qəbir əzabı çəkməz. 
Tərk edilmiş na-
mazların tövbələrinin səhih olması üçün, onları qəza etmək lazımdır. Qəza-
lara başlayan, ölənə qədər qəzaları qılmağa niyyət etmiş hesab olunur. Bu 
niyyətinə qarşılıq olaraq, bütün qəza borcları əfv olunur. Bunun kimi, imana 
gələn bir kafir və bidət inanışında olan bir insan da, küfrünə və səhv inanış-
larına tövbə etdikdə, küfrə, bidət inanışlara və o zamandakı pis əməlləri et-
məməyə niyyət etmiş olur. Bu niyyətinin əvəzi olaraq, onların hamısı bağış-
lanır.
 
Fahrüddini Razı  “Əl-mətalib-ül-aliyyə” kitabının 18-ci babında bu-
yurur: “Ruhu yetkin, nəfsi pak və təsiri qüvvətli bir Vəlinin qəbirinə ge-
dib, bir az durub, o torpaqdakı Vəli düşünülərsə, ruhu o torpağa bağlanar. 
Meyyitin ruhu da bu torpağa bağlı olduğu üçün, gələn insanın ruhu ilə Və-
linin ruhu görüşmüş olur. Bu iki ruh, qarşılıqlı iki güzgü kimi olur. Hər bi-
rində olan mərifət, fəzilət digərinə  əks edir. İkisi də çox faydalanır.” 
Alaüddini Attar “rahimətullahi təala aleyh” həzrətləri buyurdu: “Şeyxlərin 
(vəlilərin, övliyaların) qəbirlərini ziyarət edənə, onları anladığı və bağlan-
dığı qədər fayda hasil olur. Onların qəbirlərindən çox fayda alınır. Lakin 
ruhlarına bağlanmaq (əlaqə qurmaq) daha faydalıdır. Çünki uzaq və yaxın 
olmağın bunda bir təsiri yoxdur.” 
 
ÖVRƏT YERLƏRİ VƏ QADINLARİN ÖRTÜNMƏLƏRİ 
“Eşiat-ül-ləməat” kitabında, Nikah mövzusunda deyilir: 
1-Əbu Hüreyrə (radıyallahü anh) xəbər verir. Rəsulullahın (sallallahü 
aleyhi və səlləm) yanına biri gəlib: “Ənsardan bir qız ilə evlənmək istəyi-
rəm”, dedi. “Qızı 
bir dəfə  gör! Çünki Ənsar qəbiləsinin gözlərində 
bir şey vardır”, buyurdu. Bu Hədisi-şərif “Müslim” kitabında yazılmış-
dır. Evləniləcək qızı əvvəlcədən bir dəfə görmək sünnətdir. 
2-Abdullah ibn Məsud (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallal-
lahü aleyhi və səlləm) buyurdu: “Qadınlar, görüşdükləri qadınların gö-
zəlliklərini, yaxşılıqlarını, ərlərinə danışmasınlar. Ərləri, o qadını gör-
müş kimi olurlar.” Bu Hədisi-şərif “Buxari” və “Müslim”də yazılmışdır. 
                                                 

 sima-bir və ya bir neçə insanın çalğısız, alətsiz və musiqi pərdələrinə uydurmadan oxuduq-
ları dini, imanı qüvvətləndirən, əxlaqı gözəlləşdirən şerləri, qəsidələri, ilahiləri və mövludləri 
dinləməkdir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə