Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

 
135
3-Əbu Saidi Hudri (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallalla-
hü aleyhi və səlləm) buyurdu: “Kişi kişinin, qadın qadının övrət yerinə 
baxmasın!” Göründüyü kimi, kişilərin qadınlara və qadınların kişilərin 
övrət yerinə baxması haram olduğu kimi, kişilərin kişinin övrət yerinə, qa-
dınların qadının övrət yerinə baxması da haramdır. Kişinin kişi üçün və 
qadın üçün övrət yeri, dizlə göbək arasıdır. Qadının qadın üçün övrət yeri 
də belədir. Qadının yad kişi üçün övrət yeri isə,  əllərindən və üzündən 
başqa bütün bədənidir. Buna görə, qadınlara övrət deyilir. İstər müsəlman 
olsun, istər kafir olsun, yad qadının üzünə şəhvət ilə baxmaq, övrət yerinə 
isə şəhvətsiz də baxmaq haramdır. 
4-Cabir ibn Abdullah (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallal-
lahü aleyhi və səlləm) buyurdu: “Yad qadının evində gecələməyin!” 
5-Akabə ibn Amir (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallalla-
hü aleyhi və səlləm) buyurdu: “Yad qadın ilə bir otaqda tək qalmayın! 
Qadın ərinin qardaşı və ya onun oğlu ilə tək qalarsa, ölümə qədər sü-
rüklənər.”  Yəni fitnəyə  səbəb olar. Bundan çox çəkinmək lazımdır. Bu 
Hədisi-şərif, “Buxari” və “Müslim” kitablarında yazılmışdır. 
6-Abdullah ibn Məsud (radıyallahü anh) xəbər verir. Rəsulullah (sal-
lallahü aleyhi və səlləm) buyurdu: “Qadının bədəni övrətdir.” Yəni ör-
tünməsi lazımdır. “Qadın küçəyə çıxdıqda, şeytan həmişə ona baxar.” 
Yəni kişiləri aldatmaq, onları günaha batırmaq üçün qadını tələ edər. 
7-Büreydə (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallallahü aleyhi 
və səlləm) həzrət Əliyə dedi: “Ya Əli! Bir qadını görsən, üzünü ondan 
çevir. Ona yenidən baxma! Ani görmək günah olmasa da, təkrar bax-
maq günahdır.” Əbu Davud və Darimi bildirdilər. 
8-Əli (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallallahü aleyhi və 
səlləm) buyurdu: “Ya Əli! Budunu açma, ölü və ya diri, heç kimin bu-
duna baxma!” Bu Hədisi-şərifi, Əbu Davud və İbni Macə xəbər veriblər. 
Buradan aydın olur ki, ölünün övrət yerinə baxmaq, dirininkinə baxmaq 
kimidir. 
İdmançıların və dənizdə üzənlərin övrət yerinə baxmaqdan çox 
çəkinmək lazımdır.
 
9-Abdullah ibni Ömər (radıyallahü anh) xəbər verir. Rəsulullah (sal-
lallahü aleyhi və  səlləm) buyurdu: “Övrət yerinizi açmayın! 
Yəni tək 
olarkən də açmayın.
 Çünki yanınızdan heç ayrılmayan kimsələr var. 
Onlardan utanın və onlara hörmət edin!” Bunlar, Qoruyucu mələklər-
dir ki, insanı cinin zərərindən qoruyurlar və insandan ancaq ayaq yolunda 
və cinsi əlaqə zamanı ayrılırlar. 
10-Ümmi Sələmə “radıyallahü anha” deyir ki, Meymünə “radıyallahü 
anha” ilə birlikdə Rəsulullahın (sallallahü aleyhi və səlləm) yanında idik. İbni 
Ümmi Məktum (radıyallahü anh) icazə istəyib içəri girdi. Rəsulullah 
(sallallahü aleyhi və səlləm) bizə: “Pərdə arxasına keçin!” buyurdu. “O kor 


 
136
deyil? Bizi görməz”, dedim. “Siz də korsunuz? Onu görmürsüz?”, bu-
yurdu. Yəni o kor olsa da, siz ki, kor deyilsiniz, buyurdu. Bu Hədisi-şərifi, 
imam  Əhməd, Tirmizi və  Əbu Davud (rahimə-hümullahü təala) bildirdilər. 
Bu Hədisi-şərifə görə, kişinin yad qadına baxması haram olduğu kimi, qa-
dının da yad kişiyə baxması caiz deyil. Məzhəb imamlarımız (rahimə-
hümullahü təala), digər Hədisi-şərifləri də düşünərək, demişdirlər: “Qadının 
yad kişilərin başına, saçına baxmaması çətindir. Yerinə yetirilməsi çətin olan 
əmrlərə  “Azimət” deyilir. Kişinin qadın üçün övrət yeri diz ilə göbək ara-
sıdır. Bura baxmamaq asandır. Asan olan əmrlərə “Ruhsat” deyilir.” 
Göründüyü kimi, Ezvac-ı tahirat “radıyallahü təala anhünnə”, yəni 
Peyğəmbərimizin mübarək xanımları  və  Əshab-ı kiram “radıyallahü an-
hüm” azimət ilə əməl edər, ruhsatlardan da çəkinərdilər. İslamiyyəti içəri-
dən yıxmağa çalışan ingilislərin və dinsizlərin, “Peyğəmbər zamanında 
qadınlar örtünməzdilər.  İndi gördüyümüz qadınların qorxunc şəkildə ör-
tünmələri o vaxtlar yox idi. Həzrəti Aişə başı açıq gəzərdi. İndiki örtün-
məyi, sonradan övhumatçılar və mollalar uydurdular” kimi sözləri çirkin 
iftiradır. Düzdür, əvvəllər örtünmək  əmr olunmamışdır. Lakin hicrətin 
üçüncü və beşinci illərində qadınların örtünmələri əmr olundu. Babanzadə 
Əhməd Naim bəy, hicab ayələrinin üç dəfəyə nazil olduğunu  “Təcridi 
sarih tərcüməsi” kitabının 118-ci səhifəsində yazmışdır. 
11-Tabiinin böyük alimlərindən olan Bəhz ibn Hakim atasından və 
babasından xəbər verir. Rəsulullah (sallallahü aleyhi və səlləm) buyurdu: 
“Övrət yerlərini ört! Zövcəndən və cariyəndən başqasına göstərmə! 
Yalnız olarkən də, Allahdan həya edin!” bu Hədisi-şərifi Tirmüzi, Əbu 
Davud və İbni Macə (rahimə-hümullahü təala) bildiriblər. Cariyəyə “Mül-
ki yemin” deyilir ki, mənası sağ əlin mülkü deməkdir. Çünki satın alar-
kən, sağ əl ilə müayinə olunur və sağ əl ilə pulu ödənilir. 
12-Ömər-ül-Faruk (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallalla-
hü aleyhi və  səlləm) buyurdu: “Bir kişi, yad qadın ilə  xəlvət qalarsa, 
üçüncüləri şeytan olar.” Bu Hədisi-şərifi Tirmüzi bildirmişdir. 
Yad bir 
və ya bir neçə qadınla qapalı bir yerdə  xəlvət qalmaq (yəni tək qalmaq) 
haramdır. İbni Abidin imamlıqdan danışarkən deyir ki, “Başqa bir kişi də 
varsa, və ya məhrəm bir qadın da varsa, xəlvət olmaz.”
 
13-Cabir ibn Abdullah (radıyallahü anh) xəbər verir. Rəsulullah (sallal-
lahü aleyhi və  səlləm) buyurdu: “Əri uzaqda olan qadınların yanlarına 
getməyin! Çünki şeytan, qan kimi damarlarınızda dolaşır.” “Sizin də 
damarınızda dolaşır?”, deyə soruşduqda, “Məndə də dolaşır. Lakin Alla-
hü təala ona qarşı mənə yardım etdi. Onu müsəlman etdi, mənə təslim 
oldu”, buyurdu. Bu Hədisi-şərifi Tirmüzi (rahimə-hullahü təala) bildirdi. 
14-Ümmi Sələmə “radıyallahü anha” deyir: “Rəsulullah (sallallahü 
aleyhi və səlləm) yanımda idi. Qardaşım Abdullah ibn əbi Üməyyənin kö-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə