139
birliyi ilə övrətdir. Qulaqdan aşağı sallanan hissə,
alimlərin çoxuna görə
yenə övrətdir. Bəzilərinə görə, sallanan hissə namazda övrət olmaz. Lakin
yad kişinin buna baxması da caiz deyil.” Saçların hamısı qalın baş örtüyü
ilə örtülməlidir. Bu örtüyün ortasının ön hissəsi alına yapışmalı və qaşlara
yaxın enməlidir. İki kənarı iki qaşın kənarından çənəyə endirilərək, çənə üs-
tündə iynə ilə bitişdirilib sinəyə düşməli, ortasının arxa hissəsi isə kürəyi
örtməlidir. Fitnə ehtimalı olduqda, yanaqlar da örtülməlidir.
Tünd rəngli,
qalın corab da geyinilməlidir. Qadının sallanan saçının dörddə biri, bir rükn
ərzində açıq olarsa, namazı səhih olmaz. Daha azı açıq olarsa, məkruh olar.
Burada qadının gənc və ya yaşlı olmasını heç bir kitab ayırmamışdır. Yaşlı
qadının salamına cavab vermək, onunla əllə görüşmək və tək qalmağın caiz
olduğu deyilsə də, yaşlı qadının saçını açmasının, onun saçına baxmağın
caiz olduğunu deyən olmamışdır. Müsəlman olmayan qadının, saçına bax-
mağın caiz olduğunu deyən oldu. Lakin yaşlı müsəlman qadının saçına bax-
mağın caiz olduğunu deyən heç yoxdur. Yaşlı qadının məscidə və qəbir zi-
yarətinə getməsinin caiz olduğunu deyənlər də, saçı, başı örtülü
olmaq şərti-
ni də demişdirlər.
“Əhzab surəsinin 59-cu ayəsində, müsəlman qadınlar “cilbab” ilə ör-
tünsünlər, deyilir. Bu ayə, iki ayrı parça olan çarşabla örtünməyi əmr edir”,
demək doğru deyil. Bu ayə, çarşab geyinməyi əmr etsəydi, Rəsulullahın
(sallallahü təala aleyhi və səlləm) və Əshabi-kiramın (radıyallahü təala an-
hüm əcmain) zövcələri çarşab geyərdi. Halbuki heç birinin çarşab geydiyi,
heç bir kitabda bildirilmədi. Türkcə
“Tibyan” təfsiri bunu: “Başlarını ört-
sünlər”, deyə təfsir edir.
“Cəlaleyn” təfsirində: “Qadınların üzlərinə salla-
dıqları baş örtüyüdür”, deyilir. Savi bunu izah edərkən: “Baş örtüyü və köy-
nək üstünə örtülən bezdir”, deyir.
“Ruhulbəyan” və
“Əbüssüud” təfsirlə-
rində deyilir: “Cilbab, saçların dağılmaması üçün başa sarılan və Himar de-
yilən
örpəyin üstünə örtülən, daha geniş və sinəyə qədər enərək, köynəyin
yaxasını örtən baş örtüyüdür. Bu ayədə, qadınların başlarını və bütün bə-
dənlərini örtmələri əmr olunur.”
“Zəvacir” və
“Əl-Fiqh-ü aləl-məzahibil
ərbəa” kitabları, kişilərin də cilbab geydiklərini göstərən Hədisi-şərifi yazır
və kişilər üçün cilbabın, uzun köynək olduğunu bildirir. Geniş manto ilə qa-
lın baş örtüyü, yaxud iki parçadan hazırlanmış çarşab, bu ayədəki hicab əm-
rini yerinə yetirməkdə bərabərdirlər. Qadınlar, yaşadıqları yerin adətinə uy-
ğun şəkildə örtünərək, fitnəyə səbəb olmamalıdırlar. Hicab ayəsinin bir his-
səsinin, Zeynəb “radıyallahü anha”nın
nikah günündə nazil olduğu,
“Buxa-
ri” kitabının 6-cı cüz, 260-cı səhifəsində yazılmışdır. Bu nikah üçüncü ildə
bağlanmışdır.
Müsəlman olduğunu deyən bir insan, edəcəyi hər işin islamiyyətə uy-
ğun olub-olmadığını bilməlidir. Bilmirsə, bir Əhli sünnət alimindən soru-
şaraq və ya bu alimlərin kitablarını oxuyaraq öyrənməlidir. İş, islamiyyətə
140
uyğun deyilsə, günah və ya küfrdən qurtula bilməz.
Hər gün həqiqi tövbə
etmək lazımdır. Tövbə edilən günah və küfr, şübhəsiz əfv olar. Tövbə
edilməzsə, dünyada və Cəhənnəmdə əzabı, yəni cəzası çəkilər. Bu cəzalar,
kitabımızın müxtəlif yerlərində yazılmışdır.
Kişilərin və qadınların namazda və hər yerdə örtməli olduqları yerlə-
rinə
“Övrət yeri” deyilir.
“Övrət yerini açmaq və başqasının övrət ye-
rinə baxmaq haramdır.” Kişilərin namazda ayaqlarını örtməsinin sünnət
olduğu,
“Səadəti Əbədiyyə” kitabında yazılmışdır. İslamiyyətdə övrət ye-
rinin olmadığını deyən kafir olur. Övrət yerini örtməyi dinimiz əmr edir.
Övrət yeri açıq olan bir kişinin və ya qadının olduğu yerə, çalğı, qumar və
spirtli içki, eləcə də qadın
səsinin olduğu bir yerə “Günah məclisi” deyi-
lir. Günah məclisinə getmək haramdır. Qəlbin təmiz olması da önəmlidir.
Qəlbin təmiz olması, gözəl əxlaqlı olmasıdır. Qəlb, islamiyyətə uyaraq tə-
mizlənir. İslamiyyətə uymayanın qəlbi təmiz ola bilməz. İcma ilə, yəni dörd
məzhəbdə də övrət olan bir yeri açmağa və başqasının belə övrət yerinə
baxmağa halal deyən, əhəmiyyət verməyən, yəni əzabından qorxmayan ka-
fir olur. Qadınların övrət yerini açması, kişilərin yanında mahnı və mövlüd
oxuması belədir. Kişilərin diz ilə qasıq arası, yalnız Hanbəli məzhəbində
övrət deyildir.
“Mən müsəlmanam”
deyən şəxs, imanın və islamın şərtlərini, dörd
məzhəbin icması, yəni söz birliyi ilə bildirdiyi fərzləri və haramları öyrən-
məli, əhəmiyyət verməlidir. Bilməmək üzrlü hal deyil. Yəni bilsə də, inan-
mamaq kimidir.
“Qadınların üzlərindən və əllərindən başqa yerləri
dörd məzhəbdə də övrətdir.” Söz birliyi ilə olmayan, yəni digər üç məz-
həbdən birinə görə övrət olmayan bir yeri, əhəmiyyət verməyərək açan,
kafir
olmasa da, öz məzhəbinə görə böyük günah olur. Kişilərin diz ilə qa-
sıq arasını, yəni budunu açmaları belədir. İnsanın bilmədiyini öyrənməsi
fərzdir. Öyrəndikdə də dərhal tövbə etməli və örtməlidir.
Allaha təvəkkül edənin yavəri Haqdır.
Naşad könül, bir gün olar, şad olacaqdır.
MÖMİNİN XÜSUSİYYƏTLƏRİ
Möminin mömində yeddi haqqı vardır:
1-Dəvətinə getmək.
2-Xəstə olduqda ziyarətinə getmək.
3-Cənazəsinə getmək.
4-Nəsihət etmək.
5-Salam vermək.
6-Bir zalımın əlindən qurtarmaq.
7-Asqırdığı zaman
“Əlhamdülillah” dedikdə,
“Yərhamükəllah” demək.