Möhtəşəm fərman


İnqilabın ixracının düzgün anlamı və üsulu



Yüklə 1,37 Mb.
səhifə18/37
tarix04.08.2018
ölçüsü1,37 Mb.
#60817
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

İnqilabın ixracının düzgün anlamı və üsulu


Böyük işin bir hissəsi sizin görməkdə olduğunuz işdir. Siz əsl xilaskar İslam təlimləri ilə tanış olmaq üçün yüzə yaxın ölkədən buraya toplaşmısınız. Məqsəd bu deyil ki, biz inqilabı siyasi ənənələrdə və siyasi leksikonda başa düşülən formada bu və ya digər ölkəyə ixrac edək. İnqilabı siyasi yollarla ixrac etmək olmaz; iniqlabı hərbi və kəşfiyyat üsulları ilə yaymaq olmaz. Bu səhvdir. Biz əvvəldən bu yolu bağladıq. İslam Respublikasının işi müsəlmanların kimlik hiss etməsi, İslam kimliyi duyması, bəşəriyyətin xilaskarı olan İslam təlimləri ilə tanış olması üçün uca İslam bilgilərinin yenidən istehsalıdır; bilsinlər ki, Allah-Taala Peyğəmbəri "onların ağır yükünü yüngülləşdirən və üstlərindəki buxovları açan" göndərmişdir. İslam dini şirk dolu mühitlərdə insanların ayağına dolanmış bu zəncirləri açmaq istəyir. Bəs bu zəncirlər nədir? İslam ümməti qafillik səbəbindən uzun müddət bu həqiqətləri unutmuşdu.

Müstəmləkəçi düşmənlərin planı qarşısında inqilabın rolu


İslam ümməti azad ola, inkişaf edə, alim, əziz və iqtidarlı qala bilər. Bunlar İslam təlimləri sayəsində mümkündür. Hegemonluq və müstəmləkəçi təşkilatlar iki yüz il boyu bu məfhumları müsəlmanların yadından çıxarmağa çalışdılar, onların siyasi və iqtisadi mərkəzlərini və yerli mədəniyyətlərini istismar edib talamaq üçün onları öz kimliklərindən xəbərsiz etdilər. İnqilab İslam ümmətinə bunları xatırlatdı.

İnqilabın ixracında xarici tələbələri rolu


Siz bu gün İslam Respublikasının elmi paytaxtı olan Qum şəhərində mübarək Mustafa Universitetində bu təlimlərlə tanış olmaq kimi böyük imkan əldə etmisiniz: "Dini mənimsəsinlər və qayıtdıqda onları (Allahın əzabı ilə) qorxutsunlar". Siz özünüz mühiti aydınlatmaq üçün işıq ola bilərsiniz. Bu gün İslam dünyasının buna ehtiyacı var.

Dözüm və müqavimət - xarici tələbələrin problemləri aradan qaldırmaqda həyati əhəmiyyətli sərvətləri


Əlbəttə, siz burada qürbətdə yaşayırsınız. Bura sizin eviniz olsa da, öz ailənizdən, qohumlarınızdan uzaqsınız, çətinlikləriniz var, problemləriniz var; özünüzün, həyat yoldaşlarınızın, ailələrinizin problemləri var. Dözümlü olun. Allah-Taala peyğəmbərliyinin əvvəlində öz əziz elçisinin (s) önünə bir neçə əsas məsələ qoydu. O bu bir neçə mühüm məsələyə və istiqamətə diqqət yetirib bu ağır və bənzərsiz missiyanı yerinə yetirə bildi. Bu xətlərdən biri dözüm idi: "Bağışlayan və Mehriban Allahın adı ilə. Ey (libasına) bürünən (Peyğəmbər)! Qalx və (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! Pis şeylərdən uzaqlaş! (Etdiyin yaxşılığı) çox bilib başa qaxma! Rəbbinin yolunda (bütün çətinliklərə) döz!". Allah-Taala dözüm məsələsini Peyğəmbərin (s) qarşısına qoydu. Dözmək lazımdır.

Dözümün mənası


Dözüm möhkəm olmaq, yorulmamaq və problemlərə yenilməməkdir.

İmam Xomeyni - dözüm və müqavimət örnəyi


Bizim hamımız üçün müxtəlif problemlər yaranır. Gərək məğlub olmayaq. Bu dərsi bizim Böyük İmamız əməldə öyrətdi; dözdü. İmam bu Qum şəhərində ayağa qalxanda ətrafındakı bir qrup tələbədən başqa heç bir köməkçisi yox idi; qərib idi. İmam öz vətənində, öz şəhərində qərib idi, amma müqavimət göstərdi. O böyük insan müxətəlif maddi və mənəvi təzyiqlərlə üzləşdi, amma möhkəm dayandı: "Mömin möhkəm dağ kimidir; yellər onu tərpədə bilmir". Bu fırtınaların heç biri onun polad kimi möhkəm iradəsini tərpədə bilmədi; dayandı. Zirvədə bulaq daşanda yamaclar da sulanır. Onun dözümü digərlərinə də dözməyi öyrətdi, onlar da dözdülər. Böyük İran xalqı bu dözümlə bütün bu təxribatlara qalib gəldi.

İslam inqilabının bugünkü iqtidarı – xalqın dözüm və müqavimətinin nəticəsi


Siz bilirsiniz ki, İran İslam Respublikasının qələbəsindən bu günə qədər bu xalqın və bu quruluşun əleyhinə nə qədər təxribat, nə qədər gizli və zəhərli xəncərlər işlədilmişdir. Bizim əleyhimizə görülən işlərin yalnız biri səkkizillik müharibə idi. Bizi səkkiz il müharibəyə vadar etdilər. İslam Respublikası əleyhinə bir təxribat otuzillik embarqodur. Bu gün embarqo hayqırırlar, amma embarqo bu günə məxsus deyil, İslam Respublikası otuz ildir iqtisadi embarqodadır. Bu xalqın dözümü və müqaviməti bu xəbisliklərin, ədavətlərin və əngəllərin hamısına qalib gəldi. Bu gün Allahın köməyi və izni ilə İslam Respublikası siyasi və təhlükəsizlik baxımdan iqtidarın zirvəsindədir. Dözümü və müqaviməti unutmayın. Bu, uca məqsədi olan hər bir insanın həyatında mühüm amildir.

Əhli-beytin (ə) sözünü dirçəltmək - xarici tələbələrin əsas məqsədi və missiyası


Siz İslamın ehtiyatlarısınız. Siz İslam üçün əzəmətli sərvətlərsiniz. Burada yaxşı dərs oxuyun, inqilab şəraitində və İslam Respublikası quruluşunda yaxşı nəfəs alın və Allaha ümidlə lazım olanda öz xalqınızın yanına qayıdın, elm vasitəsi ilə, səbir, əxlaq, təvazökarlıq, xalqa məhəbbət və sevgi silahı ilə bu həqiqətləri ötürün. Sizin burada təhsil almanızın məqsədi siyasi məqsəd deyil, elmi və tərbiyəvi məqsəddir. Bu çox şəffaf və aydın məsələdir. Elmin hər yerdə müştərisi var; yaxşı sözün və işıqlı təlimin hər yerdə müştərisi var.

Əhli-beytin (ə) sözünü dirçəltməyin yolu


İmam Əli ibn Musa Rza (ə) öz səhabələrindən birinə buyurdu: "Allah bizim əmrimizi dirçəldənlərə rəhm eləsin!" Rəvayətçi soruşdu ki, sizin əmriniz, sözünüz, sizin əhəmiyyət verdiyiniz mövzu necə dirçəlir?

İslam elmləri və Əhli-beyt (ə) təlimləri ilə silahlanmaq və onları xalqa ötürmək


Buyurdu ki, bizim elmlərimizi, Əhli-beyt (ə) təlimlərini öyrənib xalqa, müştaq qəlblərə və araşdırıcı zehinlərə ötürsünlər. Əhli-beyt (ə) təlimlərini təbliğ etmək üçün sizin qapıları döyməniz əsla lazım deyil; kobudluq etməyə, onunla-bununla dalaşmağa heç bir lüzum yoxdur. Bu qədər kifayətdir ki, Əhli-beyt (ə) təlimlərini düzgün öyrənək və onu digərlərinə ötürək. Bu tövhid təlimləri, bu insanşünaslıq bilgiləri, bəşər həyatının müxtəlif məsələlərini ehtiva edən bu təlimlərin özü cazibəlidir, ürəkləri cəlb edir və imamların yoluna çıxarır.

İranda xarici tələbələrin cəm olmasının səmərələri


1. Müsəlmanların yerli mədəniyyətləri ilə tanışlıq və bir-birinin uca məqsəd və amallarından bəhrələnmək

Burada sizin üçün böyük bir fürsət yaranmışdır. Siz müxtəlif milliyyətlərdən, müxtəlif ölkələrdən buraya toplaşmısınız. Sizin hər biriniz burada öz müsəlman qardaşları və onların yerli mədəniyyətləri ilə tanış olmaq imkanı əldə edir.

Siz burada Avropa qitəsindən tutmuş Şərqi Asiyaya qədər hər yerlə əlaqə yarada bilərsiniz; Afrikadan gəlib burada Orta Şərq ölkələri ilə rabitə qura bilərsiniz. Xalqların ən gözəl gülləri buraya toplaşmışlar. Bir-birinizlə tanış olun, bir-birinizi tanıyın, bir-birinizin mədəniyyətini, arzularını və müxtəlif milliyyətlərdən olan qardaşların malik olduğu uca məqsədləri bir-birinizdən öyrənin; bu zaman müsəlman ümumi məlumat əldə edər.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə