50
ucaldan fərman verib böyük təmtəraqla yola saldı.
Araz çayını keçən kimi Babik bir kəndin bünövrəsini qoyur
və onu Nakorz, yəni “Vətənin torpağına qoyduğu birinci addımı”
adlandırır.
Bir dəfə Babik, hakimiyyətinin birinci ilndə ova çıxır və öz
virana qalmış torpağını gəzib seyr edir. Şalata çatanda o, bir təpəyə
qalxır. Həmin vaxt haradansa bir ceyran çıxır və qaçıb torpaqla
örtülmüş kilsənin üstündə durur. Babik onun dalınca gedəndə, ceyran
təpənin üstündən yox olur. Babik atını zorla düşdüyü dəlikdən
çıxarır. Orada olanların hamısı vahiməyə düşdülər və torpağı qazaraq
qaş – daşla dolu qəşəng bir kilsə gördülər.
Bu əhvalat hori ayının birində baş vermiş idi. Həmin gün
böyük bayrama çevrildi. Buraya çoxlu adam gəlmişdi və orada
olanlardan bir çoxu xəstəliılərindən sağalmışdı. Babiki İrandan
müşaiyət edən Qor və Qazan adlı iki qardaşlar öz dinlərini atıb
xaçpərəst oldular. Babik püşk atdı və Qorun baxtına Hot kəndi,
Qazanın baxtına isə Şalat çıxdı.
Bütün bunlar xaçpərəst dinini məhv edib və bizi zərdüşt
dininə bağlamaq istəyən kinli II Yezdəgirdin taxta çıxmasından iyimi
il qabaq olub.
91
Həmin Yezdəgirdin əli ilə Vardanın
məsləkdaşlarından 1066 tanınmış adamlar öldürülmüşdür. Bu
hadisədən erməni tarixinin başlanğıcına qədər 20 il keçmişdi.
92
Bil ki, bu əhvalat belə olmuşdu.
1
1
20-ci fəslə bax.
51
ON BEŞİNCİ FƏSİL
Müqəddəs Mesrob və onun yoldaşları
haqda qısa məlumat.
Albaniya katolikosu Qriqorisin şəhid olmasından sonra şərq
ölkəsinin
93
barbar xalqları yenə də bütpərəstliyə qərq oldular. Onlar
bütxanalarında sitayiş etdikdən sonra xaçpərəstləri təqib etməyə
baçladılar.
Müqəddəs Ruhun mərhəmətilə üç xalqa, yəni ermənilərə,
albanlara və gürcülərə, əlifba düzəldən birinci vardapertlərdən
olan şəxs
94
sonralar Qüds şəhərinə ziyarətə gedir. Öz şagirdlərilə,
içində İsa xaçının zərrəcəyi olan qızıla tutulmuş gümüş xaçla
Qüdsdən qayıdanda Erməniyyəni keçir və Şərq ölkəsinin Uti
vilayətinə gəlir.
95
Burada onlar Gis (Kiş) adlanan kəndin yanında
mamırlı və bataqlıq yerdə yaşayırdılar. O, xaçpərəstliyi burada
yenidən canlandırıb möhkəmləndir və Udin vilayətində, Albaniya,
Lipiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda və
vaxtilə Makedoniyalı İskəndər
96
əsir edib, buraya, Böyük Qafqaz
dağları yaxınlığına köçürdüyü qarqarlar və kamiçik eftalitlər
97
qəbilləri arasında İncili təbliğ edir. Bunları xaçpərəst edib
keçmişdə öyrəndikləri və sonradan yaddan çıxardıqları ibadət
qaydalarını öyrədirdi. Elə həmin vaxt dağlar ətəyində yaşayan
qəbilər arasında sanballə din təbliğatçısına dönüb bunlar
52
Müqəddəs Kitabla tanış edirdi.
Oradan qayıdıb rəhmsiz knyazların hədəsindən qorxaraq
yenə bataqlıqda gizli yaşayır. Allah kilsəsinin nüfuzunu günbəgün
artırırdı. Lakin Şeytan qəddar zalımların baş – beynini aparmış və
bunlar qeyzlənərək onu öldürməyə tələsdilər. Maştos isə Müqəddəs
Ruhdan xəbərdarlıq alıb tələsik quyu qazır, həmin xaçın zərrəciyini
kiçik mücrüyə qoyur və mücrünü quyuda gizlədir. Bundan sonra
öz sadiq şagirdlərilə Maştos ibadət edir və iki dəstəyə bölünüb bir
– birlərindən ayrıldılar. Birinci dəstə vilayətləri gəzib xaçpərəstliyin
təbliğiylə məçğul oldu. Basdırılmış zərrəciyin yanında qalanlar isə
bir neçə gündən sonra əzablar tacına layiq oldular. Onların əzab
aldıqları yerdə əlamətdar hadisələr və möcüzələr aşkar olundu. Bu,
dəfələrlə təkrar olunan möcüzələri görən dinsizlər başa düşdülər ki,
hadisələr Allah işidir və Ona inanıb elliklə xaçpərəst oldular.
Bu möcüzələri tez –tez görən yeni xaçpərəstlərdən birisi
zərrəciyin basdırıldığı yerin üstündə sovməə tikir və taxta qutu
düzəldib, onun içinə əzabla öldürülənlərin qaxımış cəsədlərini
yığıb onları hər il yad etməyə and içir. Xəstələrin çoxu bu yerdə
əlac tapıb dinə inamları daha da artırdı. Onlar xaçın zərrəciyi
üstündə Allahın adına bir kilsə tikirlərki, onu indi Kiş kəndinin
Köhnə Kİlsəsi deyə adlandırırlar. Sonralar, uzun illər keçəndən
sonra Aranşahlar nəslindən olan nəcib knyaz Varaz Firuz
98
əmin
Köhnə Kilsəni bərpa etmək istədi, amma kərpicdən tikilmiş
53
günbəzin üstünü çəkə bilmədi, çünki xaçın zərrəciyi və qaxıçış
cəsədi buna mane olurdular.
54
ON ALTINCI FƏSİL
Mesrobun Albaniyanın çarı Arsvagenin
99
yanına
gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri
yenidən açması, ölkədə qalmış bütpərəst məzhəblərin
kökünün kəsilməsi və Albaniyada xaçpərəstliylin
möhkəmlənməsi.
O zaman ki, yunanların imperatoru Kiçik Fedosi idi
100
,
Ermənilərin çarı Vramşapux idi
101
, İran şahı Yezdəgird idi
102
,
Arsvagen isə Albaniyanın çarı, Albaniyaya, bizim patriarxımız
Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi.
Onların hər ikisi (Arsvagen və Yeremiya) ona maarifçilik
fəaliyyətində kömək etməyə razılıq verib, (o, müqəddəs ruhun
köməyilə erməni və gürcülərə əlifba yaradıb) və məmuniyyətlə ona
şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən
(Zəngəzurdan) Bəncamin adlı tərcüməçini dəvət etdilər və onu
Sünikin gənc knyazı Vasaq
103
yepiskop Ananiyanın xahisi ilə
Albaniyaya göndərdi. Onlar Mesrobun yanına gəlib, onunla birlikdə
qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını
yaratdılar. Bundan sonra Maştos burada öz şagirdi Yovnatanı dini
qəyyum vəzifəsində qoyub və çar sarayına keşişlər təyin edib,
Erməniyyəyə qayıdır. Oradan o, Bizansa, imperator Fedosinin
yanına gedir. Qayıdıb öz şagirdlərilə səyahətə çıxır. Sonra xəbər
Dostları ilə paylaş: |