390
Həmin gün onlar daha iki yepiskop seçib, müqəddəs yağa xeyir – dua
verdilər. Sonra müqəddəs yağı bol – bol bütün şəhərlərə payladılar.
Onlar bu kilsə məclisini bayram edib, şənlikləri müqəddəs Ruhun
Ucalması bayram gününədək (17 sentyabr 1139 – cu il) davam
etdirib hamılıqla Allah şöhrətinə dua oxuyub sevindilər.
Areq ayında, bu ayın 18 – ci günündə, şənbə gününə açılan
gecə ərzində, Müqəddəs Georgi bayramı günündə ( 30 sentyabr 1139
–cu il şənbə günü)
58
Allahın dünyaya qəzəbi tutdu. Yerin hiddəti və
böyük dağıntılar dəhşətlə yayılaraq bu Albaniya torpağına da çatdı
59
,
necə ki, deyilib: “(Allah) Yeri öz yerindən oynadır və onun rüknləri
titrəyir”
1
və başqa yerdə də deyilib: “ (Allah) Yerə gözünü dikir, o da
titrəyir”.
2
Bu zəlzələ nəticəsində bir çox yerlərdə ( şəhərlərdə),
Parisos
60
və Xaçın
61
vilayətlərində istər düzən hissədə, istərsə də
dağlarda çox yer dağıldı. Zəlzələdən paytaxt Gəncə şəhəri də əhalisi
ilə birlikdə Cəhənnəmə vasil oldu.
62
Dağlıq mahallarda bir çox qalalar və kəndlər əhalinin başına
uçulub tökülən monastırlar və kilsələrlə birlikdə dağıldə.Viran olmuş
binalar və qalaların altında saysız – hesabsız adam tələf oldu. Bu
hadisə erməni təqviminin 588- ci ilində baş vermişdi.
Zəlzələnin baş verdiyi elə həmin gündə çar Davidin oğlu –
Gürcüstan çarı Demetre
63
böyük bir qoşunla hərəkət edərək Arran
vilayətinə gəldi. O, öz sərkərdəsi İvanenin başçılığı altındakı qoşunla
paytaxt olan Gəncə şəhərinə çatdı. Onlar sağ qalmış şəhər əhalisi
1
İncil. Əyyubun kitabı, IX, 6.
2
Yenədə orada. Zəbur, 103, 32.
391
üzərinə amansızcasına və kobud surətdə hücum edərək, hamını
qılıncdan keçirtdilər, ya da özlərinə qul etdilər. İşğalçılar əhəmiyyətli
bir şəhər olan Gəncənin birdən – birə Cəhənnəmə çevrildiyini ( çünki
burada qızıl yığınları insan cəsədləri ilə bir yerə qalanmışdı)
gördülərsə də, əsla mərhəmət göstərmək istəmədilər. Qızıl və gümüş
xəzinələrini qazıb çıxararaq özləri ilə apardılar. İşğalçılar öz
basqınları və işgəncələri ilə (xalqa) zəlzələdən daha çox əzab
verdilər. Zəlzələ zamanı bizim vardapetlərimiz Sərkis və Qriqor
fəlakətin qəzəbinə dözə bilməyib, ömürlərini Allaha bağışladılar. Bir
neçə gün keçdikdən sonra ərəb əmirlərindən farsca Cahandar kimi
çağırılan Qara Sunqur adlanan birisi İran torpağından hərəkət edib,
bu Arran vilayətinə gəldi və ölkəni bərpa edib möhkəmləndirməyə
başladı. O, Gəncə şəhərinin dağılmış divarlarını bərpa edərək,
şəhərin hüdudları daxilində sülh yaratdı. Bundan sonra o, gürcü
çarının hakimiyyəti altında olan vilayətə yollanıb, onların əli ilə viran
edilmiş öz vilayətlərinin intiqamını aldı.Qara Sunqur Gürcüstan
ölkəsinə birinci və sonra ikinci dəfə həmlə edərək, onları dəhşətə
gətirib tir – tir əsməyə məcbur etdi. Onların istehkamlarını ələ
keçirib, özünə tabe etdi və oradan dağlıq Qeqam vilayətindən keçən
yol ilə geri qayıtdı. Sonra o, Araz çayını keçib, Atrpatakan
sərhədlərinə çatdı və erməni təqviminin 589 – cu ilində (15 fevral
1140 – 13 fevral 1141 – ci il) vəfat etdi.
64
Onun (Qara Sunqurun) yaxın adamlarından olub, Gəncə
şəhərinin əmiri təyin edilmiş Qutluq adlı birisi
65
həyasızlaşaraq,
392
sultana qarşı çıxıb, öz knyazlığının sərhədlərindən kənara doğru
yürüş təşkil etdi. O, böyük bir ordu ilə Gəncədən çıxıb, Xudaharay
dağlıq vilayətinə doğru hərəkət edərək, Katolikos Qayası və bunun
yaxınlığındakı Karapetans Kar ( Karapet Qayası) adlanan qalalara
yanaşdı. Qutluq hər iki qalanı uzun müddət mühasirədə saxlayıb, çox
böyük çətinliklə ələ keçirtdi və dağıdıb yandırmaqla onları viran
qoydu. Müqəddəs kilsələr isə erməni təqviminin 591 –ci ilində (14
fevral 1142 – 13 fevral 1143 – cü il) Katolikos Qayası qalasını
tamamilə dağıdıb talan etdiyi vaxta qədər pozğunların ayaqları
altında tapdaq olunurdu.
Nəticədə Qutluq üsyanı davam etdirərək bir neçə gün
hakimiyyət sürdü. Lakin sonra İran ölkəsindən Çavlı adlı bir
sipəhsalar gəldi.
66
O, başçılıq etdiyi ordusu ilə Qutluqun üsyan etmiş
olduğu Gəncə şəhərinin lap darvazalarına yaxınlaşdı, şəhəri bir ay
mühasirədə saxlayıb ələ keçirtdi və Qutluqu tutub, gözlərini
çıxartdırdı. Çavlı ermənilərin 592 – ci ilində (14 fevral 1143 – 13
fevral 1144 –cü il) hamını özünə tabe etdi.
Elə həmən ildə çar oğlu yepiskop Stepannos Xalınça Kar
(Xalınç qayası) qalasında vəfat etdi. Çavlı isə lovğalıq edib, Xaçın
dairələrinə doğru hərəkət edərək, onların bütün qalalarını ələ keçirtdi,
kilsələri dağıtdı, monastırı yerli – dibli yandırdı, adlı – sanlı adamları
öldürdü, qoşunları əsir aldı və müxtəlif vasitələrlə hər şeyi dağıdıb
məhv etdi.
67
Sonra o, buranı tərk edib, yenidən İran ölkəsinə qayıtdı.
393
Sonrakı ildə (1144 -1145) Çavlı yenidən bu Arran vilayətinə
qayıtdı və tələsik surətdə, çar Abbasın möhkəmlənmiş olduğu Tovuz
qalasına həmlə etdi. O, böyük səylə bu qalanı uzun müddət
mühasirədə saxladı və nəhayət, ələ keçirtdi. Lakin çar Abbas 594 –
cü ildə ( 13 fevral 1145 – 12 fevral 1146 – cı il) gürcü çarının yanına
yollandı.
68
Elə həmin ildə Kurikenin oğlu çar Davud Masnaberd
qalasında ömrünü Allaha bağışladı və onun yerinə oğlu Kurike
keçdi.
69
Çavlı isə ikinci dəfə, Xaçına,Tancikə
70
və Adahaya doğru
hərəkət etdi, çünki onun hələ birinci səfərdə ələ keçirmiş olduğu bu
qalalar əlindən çıxmışdı: Belə ki, həmin qalaların Çavlının əlində
olduğu bu qısa müddətdə meşələrdəki mağaralarda gizlənmiş əyanlar
öz qalalarına qayıdıb, ərəblərə qarşı üsyan etmişdilər. Bundan
qəzəblənən Çavlı intiqam almaq niyyəti ilə onlara qarşı yürüş etdi.
Çavlı qalaları ələ keçirə bilmədisə də, bütün vilayəti talan
etdi. O, həmçının havari tərəfindən bina edilmiş Dadui Vank adlı
müqəddəs monastırı
71
yerli – dibli yandırıb külə döndərdi. Sonra
Çavlı Midiya ölkəsinə getdi və orada sultana qarşı üsyan edib,
ermənilərin 595- ci ilində ( 13 fevral 1146 – 12 fevral 1147 – ci il)
Zəngan şəhəri yaxınlığında əzabla öldürüldü. Böyük sülalədən və
məşhur nəsildən olan Paxradin ( Fəxrəddin) adlı aşqa bir əmir Çavlı
ordusuna və Çavlının idarəsi altında olan bütün vilayətlərə rəhbərliyi
öz əlinə aldı. Sultanın əmri ilə Fəxrəddin bu Arran vilayətinə gəlib,
onu bütünlüklə öz ixtiyarına keçirdi.
394
Lakin Fəxrəddin Gürcüstan çarına yamanlıq etmək arzusu ilə
alışıb yanırdı və gürcü çarının idarəsi altında olan yerləri yandırıb
külə döndərməklə hədələyirdi. Onun bu hədə - qorxusundan dəhşətə
gələn ölkə monastırlarının rahibləri bütün dindarların xilası üçün
Allaha yalvardılar. Allah – təala onların bu yalvar – yaxarını qəbul
edib Gəncəni idarə etməyə başladığı vaxtdan bir neçə gün sonra
Fəxrəddinin ömrünü əlindən aldı, yəni onu sultanın sülaləsindən olan
Xazbek adlı əmirin qılıncı ilə öldürdü. Bu hadisə 596 – cı ildə (13
fevral 1147 – 12 fevral 1148 – ci il), 367 –ci Roma ilində və
müsəlmanların 536 – cı ilində olmuşdur.
73
Yunanların imperatoru Aleksinin nəvəsi Kalucanın oğlu
Mixail idi. Gürcüstanın çarı Georq Baqratuninin nəvəsi, Davidin
oğlu Demetri idi. İran ölkəsinin sultanı isə Məlikşahın nəvəsi
Məhəmmədin oğlu Məsud idi.
74
Parsın (Farsın) və Xujastanın ( Xuzistanın) Bzapay adlı əmiri
Fəxrəddinin öldürüldüyünü eşidib, bunun sultanın əmri ilə edildiyini
bilərək, ordu götürüb, sultanı hakimiyyətdən məhrum etmək
məqsədilə ona qarşı hərəkət etdi. Xazbek isə öz ordusunu götürüb,
sultanın köməyinə gəldi. Onların arasında şiddətli vuruşma oldu,
ordular bir – birini qırıb tökdü. Döyüşdə Bzapay öldürüldü və böyük
qarışıqlıq əmələ gəldi.
75
Bundan sonra Ərgiş adlı
76
əmir gəlib, sultanın heç bir
göstərişi olmadan Gəncəni özünə tabe etmək istədi.Şəhərin rəisləri
bundan xəbər tutub, onu şəhərə buraxmadılar. Rəislərin bu
395
hörmətsizliyindən qəzəblənən Ərgiş dağ mahallarına qalxıb üsyan
edərək tərəkəmələrin qiyam başçılarına çevrilmiş adamları baçına
topladı və onların köməyi ilə dağ mahallarında çoxlu dağıntılar
törətdi və vilayəti ayrı – ayrı adamlar arasında böldü. Lakin Gəncə
şəhərinə heç bir xəsarət yetirmədi ki, bəlkə bu yol ilə şəhəri ələ
keçirsin. Şəhər əhalisi Demetre adlı Gürcüstan çarını köməyə çağırdı,
çünki onun qızı sultanın hərəmi olcaqdı. Qızın adı Ruzuqan
(Rusudan) idi. Ruzuqanın müqabilində sultan Gəncəni gürcülərə
verməliydi. Buna görə də gürcü çarı öz ordusunu (köməyə) göndərdi.
Qaçmağa üz qoyan Ərgiş İran torpağına qayıtdı. Bundan sonra isə
sultan Məsud öz əmirlərindən Rəvvadi adlı birini
77
hakim olaraq
Gəncə şəhərinə göndərdi. Gəncəyə gələn Rəvvadi vilayəti
dağıtdıqları üçün tərəkəmələrdən intiqam almaq niyyətində idi. Lakin
Rəvvadi tərəkəmələri məğlub edə bilmədi, çünki o, nə yüksək
nəcabətli, nə də güclü idi. Buna görə də tərəkəmə başçıları ona
həqarətlə baxırdılar. Onlar Rəvvadiyə qarşı üsyan qaldırdılar.
Vilayətdəki qalaların heç də hamısı Rəvvadiyə tabe olmurdu.
Rəvvadi də hərəkət edib onları mühasirəyə aldı, lakin heç birini ələ
keçirə bilmədi. Tərəkəmələr çox böyük sahədə düzənləri və dağ
mahallarını viran edib çəkildilər. Bundan qəzəblənən Rəvvadi
tərəkəmələrin çoxlu varidatını talan edib aldı və beləliklə də onları
özünə daha sərt düşmən etdi. Nəhayət, Rəvvadi sülh bağlayıb,
tərəkəmələrlə dost oldu, hətta onlardan özünə arvad da aldı
78
və öz
396
qızını Herqanberd hakimi Azadinə (İzzədinə)
79
ərə verdi. Beləliklə
də Rəvvadi vilayətdə sülhü bərqərar etdi.
Bundan sonra Caraberd vilayəti və onun qalalarının knyazı
Daranın oğlu Tavqan (Şahin) təkəbbür göstərib Arranı tutmaq istədi.
Lakin sultanın oğlanlarından Çahrşah
80
Tavqanın üzərinə yeridi,
onun özünü və qayınatası Kavahan Berd
81
hakimi olan Vasakın oğlu
knyaz Qriqoru ələ keçirdi. Sultanın oğlu Tavqanın üzərinə etdiyi
həmlə ilə Desmanın oğlu Həsəndən intiqam aldı, çünki onun Smbat
adlı qardaşını mənasız bir vuruşda o (Həsən) öldürmüşdür; bu
vuruşun səbəbi isə o idi ki, onlar öz qızlarını dinsizlərə ərə
vermişdilər. Bu səbəbə görə də Qriqor özünə qürrələnərək kürəkəni
Tavqanın yanına getdi və Tavqan da onunla birlikdə yola düşüb,
Herqanberd yaxınlığında Qayköy adlı dağda məskən saldılar.
Əvvəlcə Rəvvadi tərəkəmələrin başçısı Qurbuqayın kürəkəninə qarşı
durmuşdu; vaxtı ilə Tavqan onu və onunla birlikdə Tutəkeank
82
adlı
başqa birisini sultana itaət etməyə çağırmışdı. Onlar Divaxur (Şeytan
tövləsi) dağında durmuşdular və Tavqana tabe olmurdular. Buna görə
də müharibə baş verdi və Tavqanın ordusu darmadağın edildi, özü də
öldürüldü.
Onlar həmçinin Qriqoru və onunla birlikdə bir çox adlı- sanlı
adamları da öldürdülər. Vilayətin xaçpərəstləri Qriqoru oradaca dəfn
etdilər, bir il keçdikdən sonra isə oradan çıxarıb, Qandzasar
monastırında
83
basdırdılar; Qriqorun sələfləri də həmin monastırda
dəfn olunmuşdu. Onlar Çahrşahı tutub, Gəncə şəhərində Rəvadiyə
397
təslim etdilər, onu yalançı və xain hesab edib məsxərəyə və ümumun
həqarətinə məruz qoydular və sonra azad buraxdılar.
Çahrşah əvvəllər Rəvvadinin talan etmiş olduğu
tərəkəmələrin yanına yollandı. Onlar sevinib, Şahdağ dağının bütün
türklərini topladılar və ona çar kimi pərəstiş etdilər. Çahrşah bütün
dağ mahallarını tərəkəmələr arasında böldü, özü böyük bir ordu ilə
Gəncə şəhərinə qədər hərəkət edib, şəhəri mühasirəyə aldı. Rəvvadi
Gürcüstan çarının yanına adam göndərib, ondan hərbi yardım istədi.
Çar da onun köməyinə böyük bir ordu göndərdi. Bundan xəbər
tutunÇahrşah indi Bərdə adlanan Firuzabaddan cənuba doğru qaçdı
və üsyan etmiş tərəkəmələrin arasında qaldı.
Bundan sonra Çarek qalasında
84
oturan Tapakarqanın nökəri
Sevinc
85
əvvəllər onu öz qalasında mühasirədə saxlamış olduğu üçün
Rəvadiyə qarşı kin bəslədiyindən Gəncə şəhərindən olan bir çox
adamlarla ittifaqa girib, Naxçıvan şəhəri və vilayətinin hakimi
Eltkuzun (Şəmsəddin İldəgizin)
86
yanına gəldi, onu da özü ilə
götürüb hərəkət edərək, gəlib Gəncə şəhərini mühasirəyə saldı və bir
ay sonra Çıraqbanlıq – Xaçaçuran günündə ( yanvarın 6- da) yerli
əhalinin köməyi ilə şəhəri tutdu. Rəvvadi də şəhər əhalisinin
rəyindən xəbərdar olub, könüllü surətdə Gəncəni təslim etdi. Lakin
Eltkuz şəhər darvazalarına yaxınlaşdıqda əhali ona dedi: “ Əgər sən
bizim düşmənimiz Çahrşahı məhv etməsən biz sənə tabe olmarıq”.
Buna görə də Eltkuz tez yola düşüb Çahrşahı tutdu, onu ağacdan
asıb qayıtdı və dediyimiz kimi şəhərə sahib oldu.
398
Rəvvadi Bəyabad şəhəri yaxınlığındakı öz doğma dairəsinə
qayıtdı.
87
Eltkuz sultanın qadınlarından birini özünə arvad etmiş
olduğundan, Məsudun ölümündən sonra öz arvadından olan Arslan
şahı çar (sultan) elan etdi, özünə isə atabəy rütbəsini götürdü, çünki
Eltkuz sultanın oğlanlarının atabəyi olan və onunla rəqabət aparan
Xazbəyi öldürmüşdür. Beləliklə də, Eltkuz İran şahlığına sahib oldu,
qüdrəti artdı və bütün böyük hakimləri məğlub edib, çoxunu özünə
tabe etdi, üsyan etmiş tərəkəmələrin başçılarını məğlubiyyətə
uğratdı.
88
Eltkuz Arran ölkəsindəki iğtişaşı yatırtdı, zalım ismayililər
tayfasını sakitləşdirdi və beləliklə də, həmin tayfanın Alban
ölkəsində tez – tez törətdiyi talanların qarşısı alındı.
Lakin Gürcüstan çarı və Xaçın knyazları ilə müharibə hələ
bitməmişdi, çünki onlar fürsət tapıb xəlvəti Haru qalasını tutmuş və
orada olanların hamısını qılıncdan keçirmişdilər.
Sonralar Gürcüstan çarı Demetre öldükdə onun yerinə oğlu
David çarlıq etməyə başladı.
89
David öz tabeliyində olan erməni
knyazlarına xüsusi ilə xeyirxah münasibət bəsləyən bir adam idi. O,
knyaz Vaxramın oğlu, Tiflis şəhərinin hakimi Vasakı və onun Kürd
və Sərkis adlı qardaşlarını səxavətlə mükafatlandırdı; David
Baqratuninin oğlu çar Kivrikeni çağırıb sələflərinin onun (Davidin)
əlindən almış olduqları malikanəni geri qaytarmağa vəd etdi.
Beləliklə də, onu bəxşişlərlə yola saldı, həmçinin onunla yenidən
görüşmək üçün sazişə gəldi. David bu niyyətdə idi ki, məşvərət edib,
etiqad barəsində bütün həqiqəti öyrənsin və beləliklə də,
399
pravoslavlığa sitayiş etsin. Gürcüstan knyazları (Davidin) bu
niyyətindən xəbər tutduqda on ları, hamıdan artıq isə Orbelian nəslini
qəzəb bürüdü və onlar zəhər verib çar Davidi öldürdülər. Gürcüstan
və Erməniyyə ölkələrini ağır və sürəkli bir fəryad bürüdü. Onlar
Davidin qardaşı Georgini onun yerinə çar etdilər.
90
Georgi çarlığa keçdikdən sonra knyaz Vasakı həbs etdi, çünki
şəhər hakimi olan Vasak Georgiyə qabaqlar Davidə göstərmiş olduğu
qədər ehtiram göstərmirdi, xidmət və itaət etmirdi. Gürcüstanın
başqa knyazları da Georgidən narazı idilər ( yaxud: Georgi həmin
knyazlardan narazı idi).Knyaz Vasak qardaşı ilə birlikdə qaçıb,
Ərzurum ( Feodosipol) şəhərinə getdi. Şəhər əmiri Saltuk onu sevinc
və hörmətlə qəbul etdi, çünki vaxtı ilə Saltuk Ani şəhərini mühasirə
edərkən gürcü ordusu tərəfindən məğlub edilib, Tiflisə, çar
Demetrenin yanına gətirildikdə Vasak ona çoxlu xidmət
göstərmişdi.
91
Buna görə də (Saltuk) ona hədiyyələr və çoxlu kənd
verdi. Orada bir neçə ay qaldıqdan sonra Vasak vəfat etdi və
şəhərdəki Ümmülilahə kilsəsində dəfn olundu. Onun bayrağı,
şeypuru və hakimiyyəti qardaşı Kürdə verildi. Kürd də orada böyük
hörmət sahibi idi.
92
Georgi isə çar olduqdan və mövqeyini möhkəmləndirdikdən
sonra saysız igidliklər göstərdi, çoxlu vilayətlərə soxulub, döyüşlərdə
bir çox yerləri dağıtdı. O, yepiskop Barseqin və onun qardaşlarının –
Magistros Həsənin oğlanlarının çağırışı ilə Ani şəhərini bir və ya iki
dəfə tutdu. Lakin sonra onlar ona müqavimət göstərib, şəhəri vermək
400
istəmədilər. Belə olduqda Georgi güclə şəhəri aldı və onun talan
olunmasını əmr etdi. O, ordudakı bütün kişiləri, habelə qadınları,
keşişləri, rahibləri lüt soyundurub müqavimət göstərdikləri üçün
93
onları rüsvay etdi. Şəhərə vali təyin edib
94
və müəyyən miqdarda
qoşun qoyub, oranı tərk etdi. Düşmən həmlələrindən təngə gəlmiş
əhali Georgidən xahiş etdi ki, onların ixtiyarını fars nəslindən olan
əvvəlki hakimə versin.
95
Bu minval ilə tez – tez əldən - ələ keçən
şəhər və vilayət rahatlıq bilmirdi. Sonra Georgi şəhərin ixtiyarını öz
sərkərdəsi İvaneyə verdi. Lakin şəhər öz əvvəlki hakimlərinə
qaytarılmayınca sülh bərqərar olmadı.
96
Bütün İran şahlığının knyazı olan Eltkuz isə bunları və onun
(Georginin) gücünü görüb, öz ordusunu topladı və Qaq qalası
97
yaxınlığındakı düzənlikdə düşərgə saldı. O, Müqəddəs Sərkis
monastırını yandırdı və buna görə də ordusuna böyük bədbəxtlik üz
verdi,adamlarının çoxunu ilan çalıb öldürdü. Çar Georgi də çoxlu
qoşun toplayıb gəldi və onun müqabilində mövqe tutub, döyüşə
hazırlaşmağa başladı. Lakin Georginin sərkərdəsi Smbat
Xalaquçeanın oğlu İvane bunu gizlində atabəyə və sultana xəbər
verdi, çünki İvane onlarla müttəfiq idi və almış olduğu rüşvət onun
gözlərini tutmuşdu.
Döyüş başlanacaq gündən əvvəlki gecə onlar bu sirdən hali
olub, hələ vuruşma başlanmamış öz çadırlarını yığışdırıb buranı tərk
etdilər.
98
Lakin onlar xristianlara qarşı bəslədikləri öz bəd
niyyətlərindən əl çəkə bilmədilər. Gözlənilmədən Ani şəhərinin
401
sərhədlərinə yaxınlaşıb Aşnak və Talin kəndlərini
99
tutdular, qalaları
ələ keçirib, oradakı bütün kişi, qadın və uşaqlarla birlikdə
yandırdılar. Çoxlarını əsir edib, uzaq qəbilələrə satdılar. Lakin çar
Georgi qəfildən və azacıq qoşunla özünü Dəbil şəhərinə yetirib, uzun
müddət iranlıların ərazisində qaldı, çoxlu qənimət ələ keçirdi və
bütün ... sülaləsini məhv etdi.
100
402
403
404
405
406
407
408
409
410
411
412
413
414
415
416
417
418
419
420
421
422
423
Moisey Kalankatuklu
ALBANİYA TARİXİ
ALBAN SALNAMƏSİ
Mxitar Qoş
424
Buraxılışa məsul:
Umud Rəhimoğlu
Texniki redaktor:
Mübariz Piri
Kompyuter səhifələyicisi:
Allahverdi Kərimov
Kompyuter operatoru:
Maral Rəisqızı
Korrektor:
Elmira Əliqızı
425
Yığılmağa verilmişdir
14.09.2006.
Çapa imzalanmışdır
26.12.2006.
Formatı
60x90
1
/
16
.
Fiziki çap vərəqi
18.5. Ofset çap üsulu.
Tirajı
10000.
Sifariş
192.
DÜST 5773 – 90, DÜST 4.482- 87
Kitab
“CCB - PP” MMC
məətbəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.
Dostları ilə paylaş: |