2
Moisey Kalankatuklu
Albaniya tarixi
Alban salnaməsi
Mxitar Qoş
AVRASİYA PRESS
B A K I 2 0 0 6
`
3
947.5-cd22
AZE
Moisey Kalankatuklu. Albaniya tarixi.
Mxitar Qoş. Alban salnaməsi.
Bakı, “Avrasiya press” , 2006,296 səh
ISBN10 9952-421-52-2
İSBN13 978-9952-421-52-1
4
R E D A K T O R D A N
VII Yüzilliliyin abidəsi olan Albaniyanın Kalankatuk
kəndindən olan Moisey Kalankatlunun “Albaniya tarixi” əsəri üç
hissədən ibarətdir və mütəxəssislər belə hesab edirlər ki, ikinci və
üçüncü kitablar X əsrdə yazılmışdır. Əlbəttə, VII əsrdə yaşayıb-
yaratmış müəllif X əsrə qədər, üç yüz il yaşaya bilməzdi. Demək,
üç kitabdan yalnız birinin,yaxud X əsrdə yazılması zənn edilən
ikisinin müəllifi Moisey Kalankatuklu ola bilərdi. İkinci müəllif
barəsində fikirlər çalpaşıqdır. Bəs bu kitablardan hansının müəllifi
Moisey Kalankatukludur?Kitabların üçünün də bir müəllif tərəfindən
yazılması fikrini söyləyənlər də var. Şübhəsiz ki, kitablar müəllifin
ana dilində yazılmışdır.
O vaxt Albaniyada yaşamış müxtəlif dilli və ləhcəli 26 alban
qəbiləsinin artıq vahid bir dildə birləşməsi, hələ V əsrdən Aran
dilinin Azərbaycanın şimal torpaqlarında vahid dil olması indi tarix
ədəbiyyatında şübhə doğurmur.
Məlum olduğu kimi, VII yüzilliyin sonlarında Azərbaycan
ərazisi Ərəb xilafəti tərəfindən zəbt olunmuş, yerli xristian albanların
çoxu müsəlmanlığı qəbul etməli olmuş, indiki Dağlıq Qarabağda-
Arsaxda yaşayan albanlar isə öz dinlərində qalmış, xristian
ermənilərin əhatəsində olduqları üçün getdikcə öz dillərini itirmiş,
erməniləşmişdi. Alban kilsəsini özünə tabe edə bilmiş erməni kilsəsi
albanlara məxsus olan abidələri erməni abidəsi elan etmiş, yazılı
abidələrin isə qədim erməni dilinə -qrabara tərcümə etməyə cəhd
5
göstərmişdir. Eyni fəlakət haqqında söhbət gedən “Albaniya tarixi”
kitabının başına gəlmiş və ulularımızın bu abidəsi qədim erməni
dilində çatmışdır. “Albaniya tarixi” bir neçə dəfə erməni dilində,
həmçinin rus və xarici dillırdə nəşr olunmuş, hamısı da Moisey
Kalankatuklunun müəllifliyi ilə. Burada oxucu yenə baxışlarına
heyrətedici sual doldurub soruşa bilər: Necə? Alban abidəsi,
ulularımızın abidəsi neçə dəfə müxtəlif dillərdə nəşr olunduğu halda,
bəs albanların xələfləri niyə öz ulularının bu gözəl abidəsinə biganə
olublar, onu ana dilimizdə nəşr etməyiblər? Çox düz sualdır, amma
bilmirəm necə cavab verim. Yalnız təssüf. Bir də bu kitabı
Azərbaycan dilinə tərcümə edib öz xalqına çatdırmaq təşəbbüsünü öz
üzərinə götürmüş akademik Z.Bünyadova minnətdarlıq etmək qalır.
Oxucunun yuxarıda qeyd olunmuş suallarına, ola bilsin ki,
kitabla tanış olarkən meydana çıxa biləcək başqa sualları içərisində
bir həqiqət də ortaya çıxacaqdır. Bu, ondan ibarətdir ki, bu kitabda
ulularımızın yaratdığı dövlətlərdən biri olan Albaniya çarlığının həm
siyasi, həm sosial-iqtisadi, həm də ictimai quruluşu tarixinin
məsələləridir. Bu tarixi məsələlər V əsrdən başlayaraq VII əsrə
qədər, yəni Albaniya çarlığının süqutuna qədərki dövrə kimi öz
əksini tapmışdır.
Burada verilən məlumat, xüsusən Mehranilər sülaləsinin
Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq,
Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyəti düvrünün tarixi,
Cavanşirin çarlıq fəaliyyəti, onun həyatına qəsd edilməsi və s. bəzi
6
əfsanəvi məlumatlar nəzərə alınmasa, çox dolğun və qiymətlidir.
“Albaniya tarixi ”ndə gətirilən dəlillər o qədər əhatəlidir ki, hətta
orada Albaniyanın ictimai quruluşu haqqında olan materiallar
əsasında tarixçi Fəridə Məmmədova “Moisey Kalankatuklunun”Albaniya
tarixi” ilk orta əsrlər Albaniyasının ictimai quruluşuna dair mənbə
kimi”müvzusunda 1977-ci ildə monoqrafiya nəşr etdirmişdir. Heç
şübhə yoxdur ki, “Albaniya tarixi”Albaniyanın bilavasitə
istehsalçıların, siniflərin və sosial təbəqələrin, torpaq sahibliyi və
torpaqdan istifadə formaları və s. mühüm problemləri tədqiq edən
tədqiqatçılar üçün də qiymətli tarixi qaynaq rolunu oynamış, gələcək
tədqiqatçılar üçün də oynayacaqdır.
Moisey Kalankatuklunun oxucuya çatdırılan “Albaniya
tarixi”əsərində hadisələr X yüzilliyə qədər davam etdirilir.
Albaniyanın sonrakı, XI-XII əsrlər tarixini salnamə halında Gəncə
şəhərində anadan olmuş və ömrünü orada keçirmiş Mxitar Qoş
yazmışdır. Qoşun “Alban salnaməsi”akademik Z.Bünyadov
tərəfindən hələ 1960-cı ildə Azərbaycan dilinə tərcümə olunmuş və
Azərbaycan SSR Elmlər Akademiyasının “Xəbərlər”ində (İctimai
elmlər seriyası, №3,1960) nəşr edilmişdi. Kitab tərtibatçısı onu. Yəni
“Alban salnaməsi”ni bu kitabın sonuna əlavə etməyi lazım bilmişdi.
Tərtibatçı bununla oxucuda Albaniyanın sonrakı iki əsr tarixi
haqqında təsəvvür yaratmaq istəmişdir, belə ki, salnamə yarımçıq,
bitməmiş qalsa da, onda cəmləşmiş material çox maraqlı və
qiymətlidir.
7
1992-ci il
M U S A
K A L A N K A T L I
8
A L B A N İ Y A
T A R İ X İ
Dostları ilə paylaş: |