29
Səhərə yaxın bərk zəlzələ oldu və orada duranların hamısı yerə
yıxıldı. Çöl tərəfdən sərt külək əsdi, murdar sümükləri o tərəfə bu
tərəfə səpələdi və həmin yerdə ancaq havarinin sümükləri qalır. Elə
bu an Urekan adlı kəndin
19
Stepannos adlı dindar keşişi sümüklərin
içindən kəlləni oğurlayıb ata minir və aradan çıxır.
Camaat onun dalınca yüyürür, lakin bu dəmdə göydən
qapqara bulud enir və bunlar ondan qorxub, evlərinə
qayıtdılar.Röyalarında gördükləri müqəddəs Yeliseyin sümüklərini
götürüb, dindar keşiş onun kəlləsini apardığı yerə, yəni Urekan
kəndinə apardılar və oradaca qoydular. Sonralar bizim qüdrətli
İlahimiz eşqinə sümükləri oradan müqəddəs Nersmehr adına (indi
onun adı Cırvişdikdir) kilsəyə apardılar. Çox illər keçəndən sonra
alban çarı Mömin III Vaçaqan
20
şəhidin sümükləri tapılan xəndəyin
üstündə bir rukn tikir. Bu ruknu müqəddəsləşdirirlər və çarın fərraşı
onun üstünə çıxıb,ömrünü orada bitirdi.
SƏKKİNCİ FƏSLİ
Yafəs və Arandan başlayaraq III Vaçaqana qədər
Albaniyada hakim olan hökumdarların
siyahısı.
Yafəs, Homer,Firas, Foqarma, Hayık, Armeneak, Aramans,
Amasiya, Qelam, Harma, İbrahimin həmdövrü Aran, İshaqın
həmdövrü Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan,
30
Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay,
Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun
həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu
öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq,
Pavus, az yaşamış Yeruand və Tiqran.
Aran həmin şəcərə cədvəlinə əsasən albanlar üzərinə təyin
olunməşdu. Arandan əzəmətli Arşakilər nəslindən olan Cəsur I
Vaçaqan, I Vaçe, Urnayr, II Vaçaqan, Mehravan, Satoy, Asay,
Arsvagen, II Vaçe və ondan sonra Alban çarı Mömin III Vaçaqan.
Bunların çoxu səxavətli həyat keçirib, hərəsi öz vaxtında
vəfat edib.Ancaq bunların sonuncusuna, Alban çarı Mömin III
Vaçaqana belə bir ilahi sərvət zühur edib və bu sərvət yalnız ona
təqdim olnunmuşdur.
Firuzabad kimi də əzəmətli şəhəri İran şahı Firuzun
22
əmri ilə
ikinci II Vaçe tikdirmişdir. İndi bu şəhərin adı Bərdədir.
DOQQUZUN FƏSİL
Arandan Alban çarı Urnyra
23
qədər ölkədə
cərəyan edən hadisələr haqda ardıcıl izah edilmiş
məlumatları tapa bilmədik. Amma hər nə bilmək
lazımdırsa, burada xülasə şəklində verilir.
31
Yaxşı olardı ki, Aranın çarlığı vaxtından başlayaraq bizim
dövrə qədər olmuş hadisələr xronoloji hesabatlar tapılaydı. Lakin
Şərqdə mövcüd olan müxtəlif xalqların çoxluğu, kitab və əhdlərin
yandırılması ilə əlaqədar olaraq izah edirlər ki, niyə görə mümkün
deyil.Amma buna baxmayaraq, burada bizim köməyimizə
Artavazdın
24
romalılarla müharibələri haqda bəhs edən birici
salnaməçi Moisey
25
gəlir. Artavaz Atropatenadan çoxlu qoşun yığıb,
Qafqaz dağlarından güclü xalqları və Albaniyanın və İveriyanın
ordularını dəvət edib, onlarla Mesopotamiyaya gedir, bunların
köməyi ilə romalıları oradan çıxarır.
Artakses
26
Yervanda
27
hücum edəndə, Yervand Albaniyanın
Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə
qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə
(Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan
qovub, Erməniyyəni işğal edir.
Elə bu vaxtlarda albanlar
28
bütün dağlı qəbilələri və
gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və
erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və
onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır.
Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə
əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır
və sülh bağlayaraq Erməniyyəyə qayıdır.
Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir
qəsbkar tutub, qızın qardaşını ölkədən qovur. Artaksesin Sibat adlı
32
mürəbbisi qəsbkarı qovub, taxtı Satinikin qardaşına qaytarir, özü isə
böyük qənimətlə və çoxlu əsirlərlə Erməniyyəyə qayıdır. Artaz
vilayətindən olan əsirləri o, Savarşan vilayətində yerləşdirir. Şərqin
(Albaniyanın ) nahararları
29
Satinikin nəslindəndir. Bu nəsil
Tiridatın atası Xosrovun
30
vaxtında Basil ölkəsindən
31
gəlmiş bir
mərd adamla qohum olmuşdur.
ONUNCU FƏSİL
Erməniyyənin maarifçisi Müqəddəs Qriqori və
onun səadətli oğulları: Müqəddəs Qriqorinin nəvəsi
Vrtanesin oğlu Müqəddəs Qriqorisin Albaniyanin və
İveriyanın katolikosu vəzifəsinə təyin edilməsi; onun
Albaniyaya gəlməsi və burada xristianlığı yayması;
onun şəhidliyi və qaxımış cəsədinin
aparılması haqqında qısa xəbər
Dediyimiz kimi, İsanın Faddey adlı şagirdi Erməniyyənin bir
yerindən keçir və Şərq vilayətlərinin bəzilərindən oralara yüksək- şan
və üç qat müqəddəs Qriqori gələnədək, xristian dinini təbliğ edirdi.
33
Qriqorinin atası – parfiyalı Anak tərəfindən xaincəsinə öldürülən
erməni çarı Xosrovun ölümündən və Anakın qaçdığı zaman Arazın
suyunda boğulmasından sonra
32
, Xosrovuv bəzi mürəbbiləri
Qriqorini xilas edib Yunanıstana aparırlar.
Bu əhvalat Uca Allahın əməllərindən idi və pozğun Firon
onun əməllindən qamış səbətin içində Nil çayının sularında xilas olan
birinci peyğəmbər Musanın əhvalatına bənzəyirdi.
33
Və xilas olan
Musa sonralar öz xalqını ağır Misir əsarətindən və işgəncələrindən
qurtarmışdı.
34
Bunlara bənzər erməni canilərini qılınclarından xilas
olan ən müqəddəs Qriqori də Allah tərəfindən yunanlar ölkəsində
ona görə gizlində saxlanırdı ki, gələcəkdə Şərq ölkələrini xilas etsin
və qalxanda gizlənən, seçilmiş ox kimi gözə görünməyən düşməni
sonralar öldürsün. O, Allah tərəfindən hələ anasının bətnində
seçilmişdi, hələ bətndə ikən o, müqəddəs şəhid və havari kimi
adlanmışdı və dünyaya gəldikdən sonra xristianlığı yaymaq üçün
Əşkinazın nəsillərinin yanına göndərilmişdir.
Və xristian dinidə böyümüş və tərbiyə almış səadətli Qriqori
havarilərə xas olan cəsarətlə erməni çarı Tiridatın hüzuruna gəlir ki,
müqəddəs havari Pavelin kiməsə dediyi” hər şeydə öz cisminizdən
olan aöalarınıza qorxu və həyəcanla, ürəyimizin sadəliyi ilə elə bil
İsaya tabe olunuz; zahirən insana yaxşılıq kimi qulluq göstərməklə
yox, ancaq İsanın oğulları kimi, Allahın əmrini səmimi-qəlblə yerinə
yetirməklə tabe olunuz”
35
– sözlərinə inam bağlayaraq, çara həvəslə
və itaətlə xidmət etsin. Burada onun oğlu- Aristakes və Vrtanes
Dostları ilə paylaş: |