34
dünyaya gəlir.
Lakin müxtəlif murdar bütlərə inamla sitayiş edən çar qəddar
Əjdahanın köməyi ilə qüdrətli şəhidi məhvedici uçurum içində
pozğunluq ilahələrinə sitayiş etməyə məcbur edirdi. Müqəddəs
Qriqorini çoxlu müxtəlif içgəncələr salmasına baxmayaraq, çar
müqəddəs ərin mətin inamını sarsıda bilmədi. Qriqorinin çara
müqaviməti gündən- günə artıb güclənirdi və o, gözə görünməyən və
görünən düşmənlər üzərindəki qələbəsinə görə mükafat alırdı.
Çar comərd ərin İsaya həqiqi inamını sındırmağa yol tapa
bilmədiyi üçün, Şeytan öz nökərlərinin ürəklərinə şər saldı və bunlar
müqəddəs Qriqorini Artaşat
36
şəhərində ilanla dolu çox dərin bir
quyuya atırlar və o orada otuz il qalır. Elə o vaxt həmin çar məhşur
şəhidlər Ripsime və Qayane və onların otuz büş rəfiqələrini
37
öldürüb, onların meyilərini çölə atmışdı.
Bundan sonra əzəmətli Allah şəhidlər Qriqorini, Ripsi
dəhşətli cəza endirir.Lakin bu cəza deyil, yalnız böyük mərmeni və
onun rəfiqələrini ziyarət edir və Erməniyyə üzərinə həmətin əlaməti
idi və bu mərhəmət atanın istəkli oğluna nəsihət verməsinə və yad
oğulluğuna nifrət etməsinə bənzəyirdi.
Həmin cinlər ki, onlara çar və yaxınları qurbanlar və
hədiyyələrlə sitayiş edirdilər, üzlərinə dönüb onlara hücum edir və
dəli hala gətirib özləri öz ətlərini yeməyə məcbur edirdilər.Bundan
başqa Allah onların çarını donuza döndərib, onu qalın qamışlığa
qaçmağa məcbur edir. Onlara elə dəhşətli qorxu gəldi ki, onlar
35
qiyamət gününün gəlməsini düşündülər.
Və o zaman ki, bütün insanlar- böyüyündən kiçiyinə kimi-
dəhşət və lərzələr içində idilər, Allah yer üzünə mərhəmət mələyini
göndərir. Bu mələk erməni çarı Tiridatın Xosrovduxt adlı bacısının
yuxusuna girir və ona deyir:” Bu zərbələrdən sizi yalnız müqəddəs
Qriqori xilas edə bilər. Odur ki, gedin və onu dərin quyudan
çıxardın!”
Xosrovduxt oyanaraq yuxusunu danışdı, lakin hamı onu
danladı və susmağı tələb etdi. Onlar dedilər: “ Demək sən də dəli
olmusan? Çoxdan ölüb gedəni sonra mürtədlər, yeni bəlaların
gəlməsindən qorxaraq, quyuya tərəf gedib, Allahın sözlərini təkrar
edərək dedilər: “ Əgər sağsansa- çıx bayıra!”
38
Və elə bu anda
Qriqori xəbər verir ki, sağ- salamatdır.
Onlar böyük sevinclə onu yuxarı qaldırır və erməni çarının
iqamətgahı olan Yeni Qalaya (Vaqarşapata) aparırlar. Cinlər əzəmətli
Qriqorinin yanına dəli divanələri, sayıqlayanları və öz ətlərini
didənləri gətirirlər. Cinlər onun yanına qamışlıqdan böyük əzablar
çəkən çarı da gətirdilər və müqəddəs Qriqori diz çöküb və göz
yaşlarını tökərək mərhəmətli Allaha yalvarır ki, o, bədbəxt xalqın
günahından keçsin. Və elə bu an, müqəddəsin duaları ilə, xalq öz
cismani xəstəliklərdən sağalır və canları da bəd əməllərindən xilas
olurdu.
Əgər orada şəhid olmuş müqəddəs qadınlar haqda heç kəs
söhbət açmadısa, Qriqori öz quyusunun dibində onların şəhidliyinin
36
röyasında görübmüş və buna görə də soruşdu: “Müqəddəslərin
qaxımış cəsədləri haradadır?” Xalq təəccübləndi və ondan soruşdular
ki, o, hansı müqəddəslərdən danışır. Və ondan şəhidlərin adlarını
eşidəndə camaat başa düşdü ki, kimdən söhbət gedir və ona
müqəddəs və ehtiramlı cəsədləri göstərdilər. Qriqori onları götürüb
elə onların yırtılmış libaslarına bükür və heç kəsə müqəddəs suda pak
olmayana qədər o cəsədlərin yanına gəlməyə icazə vermirdi. O,
cəsədləri şəhid olduqları yerdə qurulan kilsəcikdə qoydu.
Sonra Qriqori bütün Erməniyyəyə öyüd-nəsihət verir, hamını
xaç suyuna salır.Onların hamısını həyatverici İlahinin cisminin və
qanının dadına baxaraq müqəddəs Ruhun mərhəmətinə layiq edir.
Əzəmətli Qriqori patriax taxtını qəbul etmək istəməyəndə, onun
yanına Allah mələyi gəlib deyir:” Etiraz etmə və öz itaətinə inad
göstərmə, ürəkli ol və Allah tərəfindən sənə verilən ikiqat əbədi
şöhrəti qəbul et!” Və o, patriarx mənsəbini qəbul edib gürcülər və
albanlar ölkələrinə xristianlığı yaymağa gedir.
39
Haband vilayətinə gələrək o, yerli əhalinin Allah Oğlunun
vəsiyyətlərini qorumağa çağırırdı. Amaras şəhərində
40
o, kilsənin
təməlini qoyub, onu tikmək üçün fəhlələr və ustalar cəlb edir.
Sonra Qriqori Erməniyyəyə qayıdır və orada oğlu Vrtanesi öz
yerinə təyin edib, onu patriarx taxtına qaldırır. Oğlu atası kimi
mərhəmətli idi və tamamilə onun sərancamlarına bağlı olub, namuslu
və səxavətli həyat sürür və bütpərəst küfründə olanlara öyüd- nəsihət
verirdi. Çarın arvadını da çirkin pozğunluğuna görə
37
məzəmmətləndirirdi.
Bir gün Vrtanes Taron vilayətində
41
kilsəyə dini mərasimi
42
mədh etmək üçün girəndə çarın arvadının təhriki ilə çoxlu qəzəbli
bütpərəstlər və Şeytana sitayiş edənlər onu öldürmək üçün üzərinə
hücum etmişdi. Lakin onlar kilsə daxilinə soxulan kimi Allah əmrilə
elə o an əl-ayaqları bərk-bərk bağlanıb buxovlandı,boyunları da
üzüldü. Müqəddəs ər Allahın kəlamlarını bitirənə qədər onlar pis
niyyətlərindən və çarın arvadının arxusundan danışdılar. O,dua
oxudu və hər birinə əliylə toxunaraq,onlara şəfa verdi və bundan
sonra pislik görməkdən tövbə edərək Allahın mərhəmətini
qazanmağa nəsihət verdi.
Onun iki oğlu var idi. Birinin adı İusik
43
idi. Onun səxavətli
və məsum xasiyyəti var idi. O da şəhid oldu, çünki atasının
patriarxlıq taxtına qalxaraq pozğun çara qarşı durdu və çarın əmri ilə
kilsənin içində dəyənəklərlə döyülüb öldürülmüşdü.
Digər oğlunun adı babasınkı kimi Qriqoris
44
idi.O, babasına
oxşayır və onun kimi də hər cəhətdən səxavətli idi. O, heç
evlənməyib və atasının mənəvi mirasına ehtirasla çatmaq istətirdi.
Hələ gənc yaşlarında o, müqəddəs kitabları oxumağa çalışırdı, şəhvət
hisslərini dualar və orucluqla boğur,ruhunu dinə məhəbbətlə
bəsləyirdi. Qısa müddətdə babasının - müqəddəs Qriqorinin ikiqat
yüksək mənsəbin – taxtla patriarx tacını və saleh əməllərinə görə
şəhidliyin ən yüksək mərtəbəsini qəbul edir.
Hələ on beş yaşında ikən gənc Qriqoris Gürcüstan və
Dostları ilə paylaş: |