21
B İ R İ N C İ K İ T A B
BİRİNCİ FƏSİL
Albanlar tarixinə giriş
Allahın yaratdığı ilk insan- ulu babamız Adəm – 230 il
1
yaşamış və Sifi dünyaya gətirmişdir. Sif 205 il
2
yaşamış və Enosu
dünyaya gətirmişdir. Enos 190 il
3
yaşamış və Kainanı dünyaya
gətirmişdir. Kainan 170 il
4
yaşamış və Maleleil dünyaya gətirmişdir.
Maleleil 165 il
5
yaşamış və İaredi dünyaya gətirmişdir. İared 162 il
6
yaşamış və Enoxu dünyaya gətirmişdir. Enox 165 il yaşamış və
Mafusaili dünyaya gətirmişdir. Mafusail 167 il
7
yaşamış və Lamehi
dünyaya gətirmişdir. Lameh 168 il
8
yaşamış və Nuhu dünyaya
gətirmişdir. Nuhun 500 yaşı tamam olanda üç oğul – Sam, Ham və
Yafəsi dünyaya gətirmişdir.
9
Və Samın dünyaya gəlməsindən yüz
1
İncildə (Kövn, V,3)- 130 il.
2
Yenə orada (V,6) – 105 il.
3
Yenə orada (V, 9) – 90 il.
4
Yenə orada ( V,12) – 70 il.
5
Yenə orada ( V, 15) – 65 il. Patkanovda – 167 il.
6
Yenə orada (V, 21 ) - 65 il
7
Yenə orada (V, 25) - 187 il
8
Yenə orada (V, 28) - 182 il. Patkanovda – 180 il.
9
Yenə orada (V,32)
22
il sonra – Nuhun 600 yaşı tamam olanda – Tufan qopdu.
1
Adəmdən
isə Tufana qədər 2242 il və on nəsil keçmişdir.
İKİNCİ FƏSİL
Yafəs nəslinin şəcərəsi
Burada sən Yafəsin soyu və onun nəslinin məskun etdiyi
hüdudları haqda məlumat tapacaqsan – hərəsinin özünə aid yerind
Qardaşlar Nuhun təkidi ilə bir – birini qarət etməyəcəkləri
haqda and içəndən sonra. Nuhun Yafəsə təyin etdiyi sahə şimalda
Midiyadan Qadirona
2
qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə
çayının aşağı axınına qədər idi.
Yasəfin oğullar budur: Homer – hamirlər
3
onun nəslindəndir;
Məcuc – keltlərin və Halatların cəddidir; İavan
4
- yunanların
cəddidir; Fuval
5
- fessalların cəddidir; Mədəh
6
-illiriyalıların cəddidir;
cəddidir; Firas
7
- frakiyalıların cəddidir; Kittim
8
- makedoniyaların
cəddidir.
Firasın oğulları bunlardır: Əşkinaz –
sarmatların cəddidir; Rifat –savramatların cəddidir; Foqarma-
ermənilərin cəddi.
9
İavanın oğulları bunlardır: Elisa
1
-
1
Yenə orada (V,VII,10 – 24,VIII, 1 - 14)
2
İspaniyada Kadiks şəhərin adı idi.
3
Kimmerilər.
4
Patkanovda İunandır.
5
Patkanovda Tobeldir.
6
Patkanovda Mosoxdır.
7
Patkanovda Tiramdır.
8
Kittim – İavanın oğlu, Yafəsin nəvəsidir. bax: İncil, Kövn, X,24.
9
Bunlar hamısı Homerin oğullarıdır. Bax: İncil, Kövn, X, 3.
23
siciliyaliların və afinalıların cəddidir; Farsis – gürcülərin və
turanlıların cəddidir;
2
Kittim- romalıların, latınların və rodeylərin
cəddidir.
3
Cəmisi 15 xalqdır. Bunların üçü
yerlərini atıb, bütpərəst adalarına səpələndilər. Bunların Yafəsin
oğullarından olan ketarilərin nəslindən olan kiprlilər və şimalda
ketarilərlə qohum olan xalqlar idilər və albanlar da məhz bunların
nəslindəndir.
Yunanlar (ellinlər) torpağında yaşayan
xalqlar isə Afinada yaşayan və ionitlərin mərdlər ölkəsindən gəlmiş
aetlər və Agenor oğlu Kadmosun törəməsi olan sidonilər də buraya
köçənlərdəndir. Karfagenlilər isə Tirdən
4
gəlmişdilər.
Dillərin qarışdığı zaman Yasəfin soyundan on beş
xalq gəlmiş və bunlar Okyanusa qədər və şimala tərəf uzanan
Midiyadan Hesperiyaya qədər torpaqlarda sakin olmuşlar. Onların
torpaqları budur:Atropatena, Albaniya, Amazoniya, Böyük və kiçik
Ərməniyyə, Kappadokiya, Həlatiyə, Kolxida, Hindistan, Bosporiya,
Meotis, Deris, Sarmatiya, Torinis, Sevromatiya, Skifiya, Frakiya,
Makedoniya, Dalmasiya, Molxiya, Fessaliya, Lokriya, Beotiya,
İtaliya, Attika, Aheya, Peleniya, Akarnes, Huniristim, İlliriya,
Liquriya, Adriaka ( Adriatik dənizinin adı bu adla bağlıdır),
İspanohalliya, İberiya, Böyük İspaniya. Burada Yafəs nəslinin
1
Patkanovda Əvlişadır.
2
Patkanovda tursilərdir.
3
İavanın dördüncü oğlu- Dodanim buraxılıb.
4
Tir- Luvanın cənubunda şəhərdir. Digər adı Surdur.
24
torpaqlarının hüdudları Britaniya adalarında axıra çatır və bunların
hamısı şimala tərəf baxır.
ÜÇÜNCÜ FƏSİL
Hansı xalqlar yazıya malikdir.
Yazıya malik olan xalqlar bunlardır: yəhudilər, romalılar
(bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar,
yunanlar,midiyalılar, ermənilər və albanlar. Bunlar Midiyadan
şimalda və Qadironun hüdudlarına, yəni Parqamitos çayından
başlayaraq Şərqə tərəf sayılan Mastotisa qədər uzanan torpaqlarda
yaşayırlar.
Siciliya, Evbeya, Rodos, Xios, Zakintos, Kefaloniya, İtaka,
Kerkira (Korfu) və Kiklad adaları, İoniya adlanan Asiyanın hissəsi
və Midiya ilə Babil arasında axan Dəclə çayı – bütün bunlar Yafəs
nəslinin torpaqlarıdır.
Sam dünyanın şərq hissəsini, həm cənub hissəsini, Yafəs isə
qərb və albanlar yaşayan hissəsini və Xəzər dənizi yerləşən şimal
hissəsini almışlar. Dünya dağlarının zirvələri şərqdədir, qərbdə isə bu
xalqların yaşadığı yerləri Trabzona qədər uzanır. Yafəsdən Tiqrana¹
qədər qırx dörd çar olub və 450 il daxilində Arşakdan Attabana
qədər on dörd İran şahı olub.² İstəhrdən³ olan Sasanilər nəslinin
nümayəndəsi Ərdəşir şah Artabanı öldürür
4
və 252 il ərzində,
xilaskarımız Xristos gələnə qədər və yəhudilərin Babil əsarətindən
Dostları ilə paylaş: |