25
qayıtmalarından 270 il sonra farslarla assurilərə hakim olan
Parfiyanın mülkünü ləğv etmişdir. Həmin parfyanların nəslindən 620
il ərzində erməniləri Vologezdən Ərdəşirə qədər 24 çar
1
idarə
etmişdir. Sonra mülk Arşakilərin əlindən alınır, müqəddəs riqorun
patrikliyi isə ləğv olunur. Və əgər Baqratilərin nəsli haqda bir şey
öyrənmək istəsən, bil ki, erməni çarı Paruyr oğlu Hraçe Babil
çarından Şmavon adlı yəhudinin ona verilməsini xahiş etmişdi.
Özüylə aparıb, onu böyük hörmətlə Erməniyyədə yerləşdirdi. Bax,
Baqratilər həmin Şmavonun törəmələridir.
DÖRDÜNCÜ FƏSİL
Albaniya ölkəsinin bolluğu və bərəkətliliyi.
Bu torpaqdan insanlar necə faydalanırlar.
Uca, Böyük və Kiçik Qafqaz dağlarının qoynunda yerləşən
Alban ölkəsi öz saysız- hesabsız təbii sərvətləriylə həddindən artıq
gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu
ölkənin düz ortasından axır və iri və xırda balıq gətirib, sularını
Xəzər dənizinə tökür. Çayın sahilləri boyu münbit çöllərində külli
miqdarda taxıl və üzüm,neft və duz, ipək və pambıq və çoxlu zeytun
ağacları var. Onun dağlarında qızıl, gümüş, mis və oxra çıxarılır.
Vəhşi heyvanlara isə gəldikdə,burada şir, bəbir, panter, çöl
1
Patkanovda 26 çar.
26
eşşəyi,çoxlu quşlardan isə qartallar, qırğılar və bunlara bənzərlər var.
Ölkənin paytaxtı əzəmətli Bərdə şəhəridir.
BEŞİNCİ FƏSİL
Vologez albanlara hökmdar təyin edir.
Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranması
ilə çar Vologezin
5
dövrünə Böyük Qafqaz dağları arasında hansı
xalq yurd salıb- bu haqda oxucularımıza heç bir aydın məlumat verə
bilmərik. Vologez öz hakimiyyıtini şimal tayfaları üzərində bərqərar
edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları
ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik
başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb,
onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itatətlə
ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər
təyin edir və onun əmrilə Yafəs nəslindən və Sisakan (Sünik)
soyundan olan Aran onlara hakim təyin olunur.
Aran Araz çayından başlayaraq Hunan qalasına
6
qədər
uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq
almışdır. Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər
ki, Aranın özünü, yumşaq xasiyyətinə görə,”ağu”(“Mehriban”) deyə
çağırırdılar. Deyilənə görə, həmin Aranın nəslindən olan məşhur və
cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti,
Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin
27
Aranın oğullarının nəslindəndir.
Müxtəlif nəsil şəcərələrini biz buraya qədər izah etdik.
ALTINCI FƏSİL
İlahinin biz Şərq xalqına zühur etməsi.
Aranın bu Alban evinı hakim təyin olunmasından Alban
torpaqlarını idarə edən Cəsur Vaçaqanın
7
vaxtına qədər keçən dövr
haqqda daha mötəbər məlumatları tapa bilmədik.Lakin Ədalət
Günəşinin zühur olan günlərində və bizim xilaskarımız,
Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın
8
zühur
edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman
ayrılmadığı Öz varlığının şöhrətinə sahib olması zamanda O, öz
müqəddəs və sevimli şagirdlərini (havarilərini bütün dünyaya
təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari
Faddey
9
təyin olunmuşdu. Faddey Artaz vilayətinə
10
gəlir və burada
erməni çarı Sanatrukun
11
əlilə şəhid olur. Faddeyin şagirdi müqəddəs
Yelisey Qüds şəhərinə qayıdıb öz dindaşı havarinin həsəd oyadan
şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci
batriki Ağamızın
12
qardaşı müqəddəs Yakovun (Yaqub ) tövsiyəsiylə
müqəddəs Ruh naminə Şərqə təyin edilir.
Yelisey öz sərəncamına Şərqi (Albaniyaı) alır. Qüdsdən
ayrılıb İrana gedir və oradan ermənilərin gözündən qaçaraq
Məskut
13
elinə keçir.Öz təbliğini o, Çolada
14
başlayır və müxtəlif
28
yerlərdə şagird toplayaraq, onlara xilaskarı (İsanı) andırmağa
çalışırdı.
Oradan o, üç nəfər şagirdi ilə Uti vilayətində olan Srxana
15
gedir.Lakin şagirdlərin bəzi qohumları onları izləyib arxalarına
düşürlər və şagirdlərin birini şəhid edirlər. Digər ikisi müqəddəs
Yeliseyi atıb, qatillərlə çıxıb getdilər.
Müqəddəs batrik Gisa
16
gəlir, burada kilsə tikir və qansız
qurban verir.
Bu yer Şərqin bütün kilsələri və şəhərlərin başlanğıcıdır və
biz şəqrilərə xristianlığın qəbul etdirilməsinin mənbəsidir.
Buradan Yelisey Zərqun dərəsinin
17
keçib cahil bütpərəstlərin
müqəddəs səcdəgahlarının olduğu yerə gedir və oradaca şəhid olur.
Və bu cinayəti kim edib – bilinmir! Qatillər müqəddəs cənazəni
Qomenk
18
adlanan yerdə bir xəndəyə atdılar və uzun müddət onun
qaxımış cəsədi gizli qalır.
YEDDİNCİ FƏSLİ
Şərqin maarifpərvəri
Müqəddəs Yeliseyin cəsədinin tapılması.
Lakin nə həqiqəti gizlətmək olar, nə də zülmətdə işığı
saxlamaq! Uzun müddət keçəndən sonra müqəddəs Yelisey dindar
kişinin röyasına girir. Adamlar dəstəylə o yerə yüyürdü və xəndəyə
çatanda bir yığın sümük görürlər. Bir qədər məyus qalaraq, onlar
yenə də sümükləri xəndəkdən çıxarıb, bütün gecəni ibadət edirlər.
Dostları ilə paylaş: |