13
müəllifi “ Utili Moisey”- deyə adlandırır.
1
Bu ənənəyə riayət edən
M.Abeyqan belə güman edir ki, “ Tarix” in müəllifi “ özünün
yazdığı kimi, Uti vilayətindəki Kalankatuk kəndindən olan ”
2
Moiseydir.
İlk dəfə Kalankatuklunun ( Albanits - Albaniyalı) “ Tarix ”in
müəllifi adlandıran Ayrivanklı Mxitar olmuşdur.
3
Həm Mxitar, həm
də ondan sonra gələn müəlliflər Kalankatuklunu “ Tarix ”in hər üç
kitabının müəllifi hesab edirdilər. Bu cəhətə diqqət yetirən
K.Patkanov yazır ki, “ əsgər erməni müəlliflərindən biri “ Albaniya
tarixi”nin iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun
müəllifinin VII əsr tarixçisi olduğunu qəbul edərdim, çünki “ Tarix”
in üçüncü kitabı, şübhəsiz, X əsrin əsəridir”.
4
“Tarix” də şərh edilən VII əsr aid hadisələr bunların şahidi
olan bir şəxsin dilindən nəql edilir ki, bu da İravandakı Mətnidaranın
667 (18550) nömrəli əlyazmasının sonundakı əlavədən aydın
görünür: “ Bu tarix erməni təqviminin 74-cü ilində ( 625-ci il),
vardapet Moisey Kalankatuklu tərəfindənyazılmış” Albaniya tarixi”
adlanan surətdən köçürülmüşdür”.
5
Lakin buna baxmayaraq, Z.İ.
Yampolski haqlı olaraq göstərdi ki, həmin qeyd,“Moisey
Kalankatuklu adının səhih məlum olduğu ” şübhəni də əsla
1
H. Manandyan. Alban tarixinin oçerki, s.22.
2
M. Abeyqan. Qədim erməni ədəbiyyatının tarixi, s. 521.
3
M. Brosse. Mxitar Ayrivanklının xronoloji tarixi, Peterburq, 1869, s. 25,88.
4
K. Patkanovun “ Albaniya tarixi” nə müqəddiməsi, s. VII- IX.
5
Bu deyilənlər X əsr hadisələrini şərh edən mətnə də aiddir.
14
qaldırmır.
1
“Tarix” in ən qədim əlyazması 1279 cu ilə aiddir.
2
Buna
görə də onun müəllifinin – VII əsr hadisələrinin şahidi olan Moisey
Kalankatuklunun adının səhihliyi yalnız Ayrivanklı Mxitarın
şəhadətinə əsaslanır. Həmin adamın əsl adı isə bizə məlum deyildir.
“ Tarix”in ikinci müəllifi və Moisey Kalankatuklunun davamçısı
olan adamın da adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun
( Gəncəli Kirakosun müəllimi) şagirdi Vanakan bu ikinci Moiseyin
təxəllüsü məsələsini aydınlaşdırır. O, “ Albaniya tarixçisi kimdir?”
sualına özü cavab verib deyir: “ Moiseydir, özü də Dasxuran
kəndindəndir( Moisey ev qelji Dasxuran)”.
3
Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş
yazır ki, “ Tarix”in müəllifi Dasxuranlı Moiseydir və o, “ Alban
sülaləsi haqqında mükəmməl ( ayrılma mənimdir- Z.B.) hesabat
yazmışdır”.
4
Gəncəli Kirakos Moisey Kalankatuklu X əsr müəllifi
hesab edir.
5
Görünür ki, N. Akinyan son məlumata əsaslanaraq bu
nəticəyə gəlmişdir ki, “ Tarix ”in müəllifi yalnız bir Moisey
olmuşdur. O, yazır ki, “ XII və XIII əsrlərdə tarix oxucuları bu
naməlum müəllifin kim olduğunu bilmək istədikdə, təbii olraq, belə
1
Z.İ.Yampolski. Qafqaz Albaniyası salnaməsinin öyrənilməsinə dair, s.150.
Təfsilatlar üçün bax: F.Məmmədovanın 1977 –ci ildə nəşr olunmuş kitabına.
2
K. Patkanov. Müqəddimə, s. IV.
3
Q. Əlişan. Hayatpatum, s. 175;T.İ. Ter- Qriqoryan. K вопросу, vər. 90.
4
Mxitar Qoş. Mətnin ikinci cümləsi; Ç. Dovset. Mxitar Qoşun “ Albaniya
salnaməsi”, s. 475.
5
Kirakos. Tarix, s. 15. Çox qəribədir ki, Vanakanın şagirdi Dasxulının adını
çəkmir. O ümumiyyətlə, ad çəkmir, sadəcə olaraq, “ Alban tarixi” ni yazan deyir.
15
bir nəticəyə gəldilər ki, alban tarixçisi yalnız Albaniya katolikosudur.
Əgər belədirsə, onda həmin tarixçi sonuncu katolikos “ Movses ola
bilər.” ( “Albaniya tarixi ” nin sonuna bax. – Z. B.)
1
Ç. Dovset belə
hesab edir ki, “ Kalankatuklu təxəllüsü Kalankatukdakı Moisey
naminə monastırın adından götürülmüşdür. Beləliklə, biz belə bir
nəticəyə gələ bilərik ki, Moisey Kalankatuklu və Moisey Dasxuranlı
eyni bir adamdır”.
2
Lakin sonralar Ç. Dovset Dasxuranlı təxəllüsünə
üstünlük verir.
3
T.İ.Ter – Qriqoryan bu fikirdədir ki, “ Tarix” in müəllifi
ikidir: “ Biri VII əsrə qədər baş vermiş hadisələri təsvir edir, daha
doğrusu, “ Tarix” in ilk iki kitabının müəllifi olan Moisey
Kalankatuklu, biri də ona üçüncü kitabı əlavə edən Moisey
Dasxuranlıdır ”.
4
Z.İ.Yampolski “ Tarix”in N.Akinyan və Ç.Dovsetin hesab
etdikləri kimi eyni bir Moisey (Kalankatuklu -Dasxuranlı) tərəfindən
tərtib edildiyi, yaxud Moisey adlı iki başqa – başqa müəllif olduğu
məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər həqiqətdən
uzaqdır, çünki bu vaxta qədər “Tarix” in tədqiqatçılarından heç biri
əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki əsərin əvvəli
onun müəlliflərinin adını dəqiq göstərir.
5
Z.İ.Yampolski “Tarix”in
VII əsrədək məlumat olan hissəsinə istinad edir və deyir ki, həmin
1
N. Akinyan, s. 30.
2
Ç.Dovset. Yenə orada.
3
Ç. Dovset. “ Albaniya tarixi” nə müqəddimə , s. XIX.
4
T.İ.Ter-Qriqoryan, vər.91.
5
Z.İ.Yampolski, s. 150 -151.
16
hissədə hadisələrin şahidi olan adamın belə bir qeydi vardır: “Bu
sözləri qələmə alan mən, Adrian, dua edirəm ki, mənim oxucularım
məni, ən ləyaqətsizi, yad etsinlər ”(II,2). Z.İ.Yampolskinin fikrincə,
yazının üzünü köçürən adam “Tarix”in ilk fəsillərindən birinə
Adrianın sözlərini heç cürə artıra bilməzdi:deməli, Adrian “Tarix”in
ən mötəbər müəlliflərindən biridir.
1
Z.İ.Yampolski öz nəticəsini
əsaslandırmaq üçün Adrianın özü haqqında danışdığı hissədən
yuxarıda gətirdiyimiz ifadəni xatırladır:”Uti vilayətində yerləşən ana
yurdum olan böyük Kalankatuk kəndi (İ nmin yUti qavari yorme ev
es) və sonra da “Bizim Albaniya ölkəmizdə”.
2
Zənnimcə, Z.İ.Yampolskinin gətirdiyi dəllilərin əlavə
sübutlara ehtiyacı vardır, çünki, “bu sözləri qələmə alan mən,Adrian”
yalnız əsərin üzünü köçürmüş, daha doğrusu, surətçıxaran olmuşdur.
V.Henninq və Ç.Dovset hesab edirlər ki, “Tarix”in müəllifi bir şəxs
Dasxuran kəndindən anadan olan (Dasxuranlı) və Kalankatuk
kəndində yerləşən Moisey naminə monastırda qalan (Kalankatuklu)
Moisey idi.
3
Buna bənzər Mxitar Qoş ana yurduna görə Gəncəli,
qaldığı Qetik monastıra görə Qetikli və saqqalsız olduğuna görə Qoş
idi. T.İ.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz
əvvəldəki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürənlər
erməni rahibləri olduqlarına görə əsərin üzünü köçürəndə erməni
katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər.
1
Yenə orada.
2
Yenə orada.
3
Bax: Ç.Dovset. Mxitar Qoşun “Albaniya salnaməsi”,s. 476,qeyd I.
Dostları ilə paylaş: |