Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə81/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   77   78   79   80   81   82   83   84   85

337

          

Albaniya  katolikoslarının  adları  və  əməlləri

Katolikosların adları haqqında da dəqiq siyahı tutmaq lazım

və düzgün olardı. Amma nəzərə alsaq ki, əzəldən bir – birinin

ardıncagələn bizim ruhani rəhbərlərimizin əməllərini və adlarını

saxlayan sənədlər yandırılıb məhv edilmiş və onların vəsiyətləri,

əşyaları və məqbərələri haradadır – bizə məlum deyil və

tapılmayıblar, biz burada bu məsələylə maraqlananlar üçün

çoxluqdan məlum olan, gəlib bizə çatan azacığı izah edəcəyik.

Aramızda maarifin birinci yayanı müqəddəs Havvari

Faddeyin şagirdi Müqəddəs Yelisey idi. O, Qüds şəhərində

Müqəddəs Yaqubdan xeyir – dua almışdır. Yelisey üç ölkənin –

Çola, Lpinkin və Albaniyanın maarifçisi idi Albaniyada da şəhidlik

çələnginə layiq görülmüşdü.

Müqəddəs Şunpakişo – Qüdsdən şərq ölkəsinə gələn

katolikos,

  Katolikos  Matteos,

  Katolikos  Sahaq,

  Katolikos  Movses,

  Katolikos  Pand,

  Katolikos  Lazar.

  Müqəddəs Qriqoriya qədərki dövrdə katolikos kim olub bəlli

deyil. Parfiya mənşəli Qriqoris həmin kürsüdə ikiqat şöhrətlə

oturmuşdu.

  Katolikos  Zəkəriya,




338

  Katolikos  Davud,

  Katolikos  Yohvan. O, hunların yepiskopu olmuşdur.

  Katolikos  Yeremiya,

Katolikos Abas. O, erməni təqviminin başlanğıcında

katolikos kürsüsünü Çoladan Bərdəyə köçürmüşdür. O, Böyük Arran

yepiskopluğundan çağırılıb qırx dörd il ərzində katolikos olmuşdur.

Onun vaxtında adəti üzrə məktubların üzərində “Albaniyanın,

Lpinkin və Çolanın katolikosu” yazırdılar. Dəbil kilsə qurultayından

ona yazdılar ki, o, gərək İsanın ilahi və insani təbiətlərinin birliyini

qəbul edib “ Müqəddəs Allah” sözlərinə “Ölməz və çarmıxa

çəkilmiş” sözlərini əlavə etsin. Çünki bunu onlar Konstantinopol

patriarxı Prokldan öyrəniblər. Axı müqəddəs Üç Uqnum Efes kilsə

qurultayında iki yüz müqəddəs keşişlərlə təyin edilmiş, sonra

Mesopotamiya yepiskopu Yaqubun vasitəçiliyi ilə imperator

Anastasinin hüzuruna gəlmiş, İskəndəriyyə patriarxı Timofey və

Antikiyalı Pyotr onu təsdiq etmişlər. Onların hamısı  şərtləşdilər ki,

provaslav dindarlar da “Çarmıxa çəkilmiş Ölməz” deməlidirlər.

Amma bizim ölkədə Abbasa qədər heç kəs bunu demirdi. Ölkəmizdə

küfr olmadığı üçün bu məsələyə baxmağa ehtiyac yox idi. Sonralar

erməni katolikosu Yezrın vaxtında

123


, onun yanına Girdıman

yepiskopu Stepannos getdi və onunla təmasda olandan sonra

Girdıman və Arsax bu məsələyə müsbət yanaşdılar.

Katolikos Viro otuz dörd il kürsüdə oturub. O, erməni, gürcü

və alban əsirlərini xəzərlərin əlindən qurtardı. O, şah Xosrovdan



339

xahiş etmişdi ki, bu ölkənin hakimlərinə məktub yazanda onların

ünvanları belə yazılsın: “ Girdıman hökmranı və Albaniya knyazına”

və bunu indiyədək tətbiq edirlər.

Katolikos Zəkəriya. Bu müqəddəs insan on yeddi il kürsüdə

oturub. O, böyük şəhər Bərdə üçün zəmanət verdi və öz duaları ilə

çoxunu əsirlikdən qurtardı. Ermənilərin razılığı olmadan o, Vartanes

adlı keşişi Sünikin yepiskopluğuna təyin etdi.

Katolikos Yovhan iyirmi beş il kürsüdə oturdu. Katolikos

seçiləndən qabaq o, Amarasın yepiskopu idi.

Katolikos Uxtanes on iki il kürsüdə oturdu. O, qohumları ilə

evlənən alban knyazlarını lənətlədi və onlar ölümə məhkum

olundular.

Katolikos Yeliazar altı il kürsüdə oturdu. O, Şəki kilsə

dairəsindən idi. O, Mesrobun Gişdə gizlətdiyi Müqəddəs xaçı  əldə

etdi. Onun hissəciyini götürüb qiyməti yüz iyirmi qızıl deheqan olan

sandıqçaya qoyub üstündə “ Bu Yeliazara məxsusdur” sözlərini

yazdırdı. O əmr etdi ki, Gişdə xaç bayramını keçirsinlər.

Katolikos Nerses Girdıman kilsə dairəsindəndir. Katolikos

kürsüsündə on yeddi il oturdu. Günahlı məfkurəyə malik olub,

Xalkedon küfrünü qəbul etməklə Albaniya ölkəsini çaşdırmaq istədi.

Cismən və ruhən lənətlənərək, albanlar və ermənilər tərəfindən Allah

Oğlunun şərəfindən məhrum edilib kafirlərə hazırlanan ölümə

məhkum olundu.

Katolikos Simeon il yarım kürsüdə oturub. O. Albaniya



340

ölkəsini Nersesin qiyamından qurtarıb yeddi qanunu təsis etdi.

 Katolikos Mikayıl otuz beş il kürsüdə oturub. O, Şəkidə kiçik

keşiş idi. O, Makenos monastırı keşişi Solomonu dəvət edib baba –

nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətlədi

və bunların hamısı Allahın qəzəbinə keçib yox oldular. Bunlarla

birlikdə qohumları ilə evlənməyi icazə verən gürcü katolikosu Talila

da lənətləndirildi.

Katolikos Anastas dörd il kürsüdə oturdu.

Katolikos Yovsep on yeddi il kürsüdə oturdu. Onun

katolikosluğunun beşinci ilində erməni təqviminin  iki yüzüncü ili

tamam oldu.

124

 O, Amaras yepiskopluğundan seçilmişdir.



Katolikos Davud dörd il kürsüdə oturub Onu da Amaras

yepiskopluğundan  seçmişdilər.  O,  kilsənin  torpaqlarını  və  var  –

dövlətini dağıtdı və canilərin ona verdikləri zəhəri içib öldü.

Katolikos Davud doqquz il kürsüdə oturdu. O, Böyük

Kolmank kilsə dairəsindən seçilmişdi. O, Dəstəkert və Səhmanaxaç

kəndlərini dinsizlərə satmışdı. Katolikos Matte il yarım kürsüdə

oturdu. O, Qəbələ yepiskopluğundan seçilmişdi. Katolikos Movses

iki il kürsüdə oturdu. Katolikos Aharon iki il kürsüdə oturdu.

Katolikos Solomon yarım il kürsüdə oturdu. Katolikos

Teodoros dörd il kürsüdə oturdu. O, Girdıman yepiskopluğundan idi.

Katolikos Solomon in bir il yarım kürsüdə oturdu. Katolikos

Yovhanies iyirmi beş il kürsüdə oturdu. Katolikosun iqamətgahını

Bərdədən Bərdə kürə  - katolikosların yay iqamətgahlarını köçürən o



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə