Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə78/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

325

bir gənc oğlan düşdü və o, İsaya inandığına görə  əzab - əziyyətə

salınıb, qırxgünlük pəhriz günlərində Pasxa bayramı ərəfəsində kimi

vəfat etdi. Onun cəsədi öz nursaçan parıltısı ilə ilə düşmənləri o

qədər qorxutdu ki, onlar onu gecə yarısında basdırdılar.

Xaçpərəstlərdən heç biri onun basdırıldığı yeri bilmədi , bunu yalnız

onu şəhidlik çələnginə Layiq Görən bilirdi.

Növbəti ildə

68

 qırx gün ərzində ərzində bərk yağışlar yağdıvə



Kür çayı həddindən artıq qalxaraq daşdı, öz suyu ilə on beş

fərsənglik

1

 sahəni basdı. O vaxt Xəzər dənizindən eybəcər və dağ



boyda əjdaha balıq çıxdı və balıqçıların ovladığı balıqları udub,

onları dənizdən çıxartdıqları balıqdan məhrum etdi. Onda balıqçılar

bir yerə toplaşıb qılınclarla balığın quyruq tərəfini o qədər yardılar

ki, balıq öldü. Kürün suları da balığı çıxdığı yerə, dənizə apardı.

Bundan sonra balıqçılar üçün balıq ovu asan oldu, çünki balıqlar

sanki zindandan azad oldular.

Həmən ildə erməni katolikosu David vəfat etdi

69

    O,



müqəddəs Qriqorinin pəncəsini oğurlayanları lənətləmişdi. Bunu

edənlər də bunlar idi: Əbdülməlik ibn Cahabonu qılıncla vurdular və

kənizdən doğulan Əbdüllaşurla ərəb Əbucəfər onların ikisini də

Bərdəyə gətirib diri – diri dərilərini soydular.

Əmirəlmöminin məhkəməsi barəsində biz bunları bildik:

xəlifədən saöda murtanın

70

( polisin) başçısı otururdu, o da cəlladların



başqasından məqamca daha yüksək idi. Solunda isə hakimlə xəzinə

1

 B i r  f ə r s ə n g – 6 – 7 km.




326

əmiri oturub, hökm çıxarır və bütün ölkədən gələn vergiləri qəbul

edirdilər. Onlar hər gün səhər saat doqquzda camaatı qəbul edir,

ertəsi gün isə şikayətlər üzrə hökm çıxarırdılar.

Erməni təqviminin iki yüz səksən altıncı ilində

71

 Bağdaddan



qəflətən on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi.

Çar nəsli Mehranilərdən olan Səhl ibn Smbat köməyinə böyük şəhid

Qriqorisi çağırıb aciz quşlara şığıyan qartal kimi onların üzərinə

hücuma keçib darmadağın etdi və çöllərə saldı. Elə həmin ildə həmin

knyaz – Səhl ibn Smbat ölkələri dağıdıb ölümsaçan, qaniçən və

yırtıcı qiyamçı Babəki tutdu və onu  əmirəlmöminin ixtiyarına verdi.

Öz səyinə görə o, xəlifədən böyük mükafat aldı, Erməniyyəyə,

İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu

ölkələrdə çar kimi hakimlik etdi.

72

Erməni təqviminin iki yüz səksən yeddinci ilində



73

əmirəlmöminin İbrahim nəhəng ordu ilə Bizans ölkəsinə hücum etdi

və qılıncının gücü ilə böyük Amoriya şəhərini zəbt etməklə oradan

qayıdanda şəhər əhalisini əsir apardı. Bu, Əbu Sahaq idi.

74

Həmin ildə Erməniyyənin, İberiyanın və Albaniyanın hakimi



olmuş hökmdarlar ağası Yovhannes Buxarxudatın vasitəçiliyi ilə bu

üç ölkə üçün xəlifə dərgahından aman istədi.

75

Yenə həmin ildə xəzərlər tərəfdən sərçədən çox iri



çəyirtkələrin basqını oldu və Albanita ölkəsinin zəmilərini talan etd

İki il keçəndən sonra

76

 böyük bəlalar gətirən sərt qış oldu.



Çoxlu mal – qara qırıldı və çobanlar həlak oldu. Elə həmin vaxt


327

beyləqanlılar

77

 gəldilər və Sünik, Tsri və Amaras vilayətlərini talan



etdilər. Əbu Musa adlanan İsa onların əleyhinə çıxıb darmadağın

etdi.


78

Bundan iki il sonra

79

 amansız və qəddar insan Xalq Patqos



80

gəldi. O, elə həmin il öldürüldü

81

  .  Sonra  onun  oğlu  (  Məhəmməd)



gəldi və ölkəmizi qılınc gücü ilə alıb, çoxlu kilsə yandırdı və əhalini

əsir alıb Bağdada qayıtdı.

82

 Sonra o, xəlifənin əmrilə oradan yenə



qayıtdı və xəzinə hesabına erməni təqviminin iki yüz doxsan beşinci

ilində Arşakaşen vilayətində Gəncə  şəhərini saldırdı.

83

 Sonra o,



Sünik vilayətinə getdi. Baqk vilayətinin əhalisini əsir etdi və sonra

Alahec dairəsinin Arkunaget kəndinə gəlib əmr etdi ki, burada olan

müqəddəs Qriqori adına kilsəni yandırsınlar. Ancaq elə bu vaxt

möcüzə baş verdi: hamının gözü qabağında kilsədən ağ atlı birisi

çıxıb Məhəmmədin düşərgəsinə hücum edərək onun özünü və

əsgərlərini təşvişə saldı və hamısını qaçırdı. Onlar Qoyun Buynuzu

adlı dağa yetişəndə bərk tufan qopdu. Oradan yalnız atlılar xilas ola

bildilər, amma yüklü olanların hamısı qayalıqlarda həlak oldu. Əsir

aparılanların hamısı Allaha şükür edib xilas olundular.

Erməni təqviminin üç yüzüncü ilinin axırında

84

 Allah


tərəfindən qabaqcadan erməni və Albaniya knyazlarının alınlarına

yazılmış cəzaları yerinə yetirildi. O il onların hamısı  ərəblər

tərəfindən tutulub zəncirlənmiş halda evlərindən çıxarılaraq zorla

Bağdada aparıldılar.

85

 Orada dinsizlər onları işgəncələrə və  əzab -



əziyyətə salaraq öz dinlərindən üz döndərməyə məcbur etdilər.


328

Onların çoxu orada özlərini həlak etdi və müqəddəs dinin xəzinəsini

əldəyməz saxlayaraq  ölməzliyin yerinə ölümü qəbul etdilər.

Xoşbəxtlik Şapuh Arsruni ilə başqa bir seçkin əyan ölümü lüzumsuz

həyatdan üstün tutub həyatlarını  şəhid kimi bitirdilər. Ərəblərin

hökmdarı  əmr etdi ki, onları zəncirləyib diri – diri Fərat çayına

atsınlar. Elə o andan onları suya atdıqları yerdən çay üzərində məşələ

bənzər işıq saçılmağa başladı. Bundan qəzəblənən xəlifə əmr etdi ki,

bir neçə adam çayın dibinə baş vursun və orada batırılanların

sümüklərini çıxarıb yandırsınlar. Amma adamlar suya girən kimi

işıq yox olurdu, sudan çıxandan sonra işıq yenə saçırdı. Belə halda

xəlifə aysorlar yepiskopu Cəfəri çağırıb ona əmr etdi ki, o, sümükləri

tapsın. Yepiskop çayın sahilinə gəlib öz adamlarını suya saldı. Onlar

sümükləri tapıb yepiskopa verdilər, o da sümükləri öz kilsəsinə

aparıb basdırdı və basdırdığı günün tarixini qeydə aldı.

Həmin ildə Böyük Arran vilayətində arası kəsilməyən

yağəşlar başlandı və sel gəlib iki çayın birləşdiyi yerdə olan

Dəstəkert kəndini basdı, sürülərini Qafqaz yaylaqlarına gətirən

çobanların səkkiz yüz çadırını apardı.

Elə həmin ildə Vay – Vay dərədsində ( Zəngəzurda) knyaz

Supan vəfat etdi.

86

Ertəsi ildə



87

 Qafqaza Buğa əl – Kəbir gəldi və Tiflis şəhərində

İshaq İsmailini

88

 öldürdü. Üç ilə qədər Buğa Erməniyyəni əlində



saxlayıb axırda knyazları və arvadlarını yığıb Bağdada apardı.

Dördüncü ildə Məhəmməd ibn Xalid gəldi

89

 və knyaz Vasaq Qəbur




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə