170
məmnuniyyətlə orada qaldı və orada şəhər salıb onu Mehravan
adlandırdı.
94
O, yaz mövsümü gələndə Girdiman vilayətinin yuxarı
əyalətlərinə gedib, hiylə ilə oranı on iki yerli əyyanın yanına dəvət
edərək hamısını qılıncdan keçirib ölkəyə sahib olur. Bundan sonra o,
əmin – amanlıq içində uzun ömür sürəndən sonra rəhmətə getdi.
Onun Armayel adlı oğlu var idi. O. Vardı dünyaya gətirdi,
Vard isə üç ilərzində Girdiman qalasını tikən cəsur Vardanı
95
dünyaya gətirdi. O, ürəyinə vəfasızlıq salaraq yuxarıda haqlarında
tarizimizdə yazdığımız qədim yerli Aranşahları
96
guya qonaqlığa
dəvət edir. O, onlar üçün ölüm yeməyi hazırlayıb onu öz qanları ilə
birlikdə onlara yedizdirdi. Onlardan altımışının başlarını vurdurub
yalnız birini – öz qohumunun qızının ərini, Aranşah Zərmehri sağ
buraxdı.
97
Beləliklə, onlar Albaniyaya hakim oldular və əlavə olaraq
vəhşi Qafqaz qəbilələrini də özlərinə tabe etdilər.
Vardan əmin – amanlıqla ömür sürüb öldü.O, oğlu Vardı
dünyaya gətirdi, Vard isə Varazmanı, şahzadə Şuşiki və Albaniyanın
birinci – knyazı Varaz – Qriqoru
98
dünyaya gətirdi. O, xristianlığı
Albaniya katolikosu Viro tərəfindən qəbul etmışdir.
99
Varaz –
Qriqorun Varaz – Peroj, Cavanşir, Yezad – Xosrov və Varazman adlı
dörd oğlu var idi.
Qoy bu siyahı tamamlanmış olsun.
171
ON DÖRDÜNCÜ FƏSİL
Albaniyanın ali katolikosu Viro barəsində, onun
iztirabları və Allahın mərhəməti haqqında
Bütün canilər, dustaqlar və böyük sarayın zindanlarında olan
bütün başqa adamlar, öz vətənlərinə və doğma yurdlarına qayıtmağa
ümidlərini itirən bunların hamısı, yeni şah Qubad tərəfindən əfv
edilərək, Qubad şahın əmrilə hədiyyələrlə yola salındılar və hamı
böyük sevinclə öz vətəninə qayıtdı.
Bunların arasında böyük Albaniya knyazlığının Viro adlı
katolikosu da var idi.
100
O. dahi və müdrik insan olub fəlsəfənin
yaxşı bilicisi idi. Böyük və şahanə işlərdə müdrik məsləhətlər
verməkdə onun dili sürətlə yazan bir qələm kimi idi. Onun çox
mülayim danışığı sadə adamların və xalqın xoşuna gəlirdi. O, filosof
kimi danışar və çoxlu hikmətli sözlər deyərdi: mirvari saf qızıl sapına
düzüldüyü kimi, onun ağzından bir – birinin ardınca hikmətli sözlər
tökülürdü. O, fars dilindən tərcümə işində xüsusilə mahir idi, çünki
Xosrovun saray zindanında şaha qarşı üsyan edən Albaniyanın böyük
knyazları ilə birlikdə
101
iyirmi beş il həbsdə olarkən bu dili
172
mükəmməl öyrənmişdi. Bu knyazların çoxu sonralar həlak oldu,
bəzilərinin boynunu vurdular, digərləri şikəst edilidi, bir qədəri isə
uzaq ölkələrə sürgün olundu.
Lakin Vironun baxtı gətirib şahın sarayına yol açdı və
Müqəddəs Xaçın bərəkəti onu şah xanımın – Şirinin
102
aramgahına
gətirdi. Şirinin səyləri nəticəsində şah Vironun həyatını ona
bağışladı. Lakin şah qəti and verdi ki, nə qədər ki, özü sağdər, Viro
heç vaxt ölkəsinə qayıtmayıb sarayda həbsdə olacaq, amma katolikos
rütbəsi ondan alınmayacaq və onun gəlirləri müsadirə olunmayacaq.
Şah onu qiymətli bir şey kimi saxlayır, müharibə və döyüşlər üçün
hazırlanan çapar at kimi bəsləyirdi. Belə vəziyyət onun sürgününün
sonuna və Albaniyanın rəhmsiz düşmənlərinin əzablı və dəhşətli
zərbələri yaxınlaşana qədər davam etdi. Bu zaman Allah vaxtilə
Musanı Madiam ölkəsindən göndərdiyi kimi
1
, Vironu da göndərir ki,
əsirlikdən qurtarıb öz xalqını qaniçən və pozğun xalqın
103
pəncəsindən xilas etsin ki, hər qəbildən bir və hər şəhərdən iki sağ
qalanlar yer üzündə artıb çoxalsınlar.
2
Sarayi tərk edib vətəninə gələn Viro öz tabeliyində olan
kilsələrin qarşısında səcdə edib qapı və döşəmələrini qucaqladı, sel
kimi göz yaşı axıdıb dizi üstə yerdə süründü. O, yerdən qalxıb
ruhlanaraq yanındakılarada təskinlik verir və Allaha şükür edirdi ki,
onu şirin pəncəsindən qurtarıb ona imkan verib ki, o yenə də öz
kilsələrinin tağ – tavanlarını görə bilsin. O, bir qədər istirahət edib
1
Bax: İncil. Xuruc, IV, 19.
2
İncil. Havari İyeremiyanın kitabı, III, 14.
173
çox sevdiyi vətənindən uzun illər ayrılıq həsrətini azaltmaq istəyirdi.
Lakin onu dəhşətli kədər, zəhmət və məşəqqətlər gözləyirdi və çox
keçmədən ölkəsində baş verəcək dağıntıların şahidi olmalı idi. Çünki
o, vətəninin, sevgi həvəsiylə tərbiyə aldığı ölkəsinin müxtəlif
yerlərini gəzən zaman,ı qəflətən şimaldan ikinci dəfə
104
,
gözlənilmədən şiddətli külək əsdi və böyül Şərq ( Xəzər) dənizini
coşdurdu. Vəhşi və iyrənc heyvan öz qaniçən balası Şadla birlikdə
cənuba hücum edib, üzünü İberiyaya və Tiflis şəhərinə tutdu. Orada
isə keçmiş cəngavərlərdən heç biri qalmadığına görə xəzərlər əvvəlki
təhqirlərin intiqamını almaq üçün çox yaxşı fürsət tapdılar. Şəhəri
mühasirəyə alıb hücuma keçdilər və şəhər əhlini sıxıntıya saldılar.
Əhali əks hücuma keçib iki ay ərzində müqavimət göstərdilər. Lakin
onlar üzlərinə baxan ölüm hökmünə əbəs yerə müqavimət
göstərirdilər və tezliklə başlanacaq qırğının dəhşəti onları üzüb
tələsdirirdi.
Elə həmin vaxt qorxunc vəhşi nərildəyib tiflisliləri ovlamağa
başladı və çoxlarını tutub küləklərinin ağzına atdı, öz yuvasını
ovladığı qurbanlarla, döyüşçülərinin əllərini isə qənimətlə doldurdu.
Onlar öz qılınclarını yüksəklərə qaldırıb hamılıqla qala
divarlarına hücum etdilər. Bu nəhəng qoşun bir – birinin çiyinlərinə
qalxaraq tezliklə divarları aşdı. Bədbəxt şəhər əhalisinin üzərinə
zülmət kimi qara kölgə düşdü, onların əzaları keyiyib əlləri qüvvətsiz
oldu. Artıq onlar məğlub oldular. Qala divarlarından geriyə çəkilən
onlar quştutanın toruna düşüb titrəyən sərçələrə bənzəyirdilər.
Dostları ilə paylaş: |