Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə22/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

Nöqtələr


◘Əvvəlki ayə yəhudilərin müxalif sözlərinə və yəhudi alimlərinin fəsadın qarşısını almamalarına bir işarə idi. Bu ayədə bəzi nümunələr bəyan olunur. Yəhudilər dedilər: “Allahın əli bağlıdır və artıq bizə keçmişdə malik olduğumuz qüvvə vermək imkanında deyil.”

◘Rəvayətlərdə deyilir ki, bu ayə yəhudilərin qəzavü-qədərə, insan taleyinə münasibətini açıqlayır. Çünki yəhudilərin nəzərincə, ilkin yaranışda əlləri açıq olan Allahın sonradan əlləri bağlanmışdı.

◘İmam Sadiq (ə) bu ayənin izahında buyurur: “Yəhudilər inanırdılar ki, Allah varlıq aləmini yaratdıqdan sonra bir kənara çəkilmişdir və heç nəyi artırıb-əskiltmir.1

◘Ərəb dilində “Yəd” (“əl”) sözü güc və nüfuza bir işarədir. Məsələn, deyirik: filankəsin filan işdə əli var; filankəsin filan işdən əli çıxdı; filankəsə əlimiz çatmır... Rəvayətlərdə o da qeyd olunur ki, Allahın övliyaları Onun əlidir. Yəni övliyalar ilahi lütf vasitəsidirlər.

◘İmam Baqir (ə) “Kulləma əvqədu narən...” cümləsi haqqında buyurmuşdur: “Əgər bir zalım şəxs Ali-Məhəmmədi (s) məhv etmək istəsə, Allah onu məhv edər.”2

◘Əllamə Təbatəbainin bildirdiyinə görə, fəqirlik, aclıq, qəhətlik baş verdikdə, eləcə də, Allaha borc vermək ayəsi nazil olduqda deyirdilər: «Bu qəhətlik və gözəl borc tapşırığı Allahın əllərinin bağlı olması nişanəsidir.»


Bildirişlər


1. Başqalarının günahına razılıq həmin günaha şəriklikdir. (Yəhudilərdən yalnız bir qismi Allahın əlinin bağlı olduğuna inansa da, başqaları da bu fikirlə razı olduğundan həmin fikir onların hamısına aid edilmişdir.)

2. Öz ləyaqətsizliyimizə don geyindirməyək. (Şeytan öz təkəbbürünü Allahın azdırması kimi təqdim edirdi.)1 Yəhudilər də öz məhrumiyyətlərini Allahın xəsisliyi ilə izah edirdilər.

3. Hər hansı şübhənin cavabı həmin şübhədən daha güclü şəkildə verilməlidir. (Onlar deyirdilər: “Allahın əli bağlıdır.” Ayədə isə buyurulur: “Allahın hər iki əli açıqdır, yəni O kamil qüdrət sahibidir.)

4. Məzəmmət əmələ uyğun olmalıdır.

5. Quran müttəqilərə hidayət, inadkarlara isə tüğyan gətirir.

6. Tüğyan və küfr düşmənçilik və kin-küdurət üçün zəmin yaradır.

7. Yəhudilər daim fitnə törədir və məğlub olurlar.

8. Həm cəza olaraq kin və düşmənçiliyin göndərilməsi Allahdandır, həm də döyüş alovunun söndürülməsi.

9. Məhəbbət və ya cəzaya tuş gəlməyinizin səbəbi öz əməllərinizdir.
65. ﴿وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُواْ وَاتَّقَوْاْ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ

Əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirib təqva yolunu seçsələr, hökmən Biz onların günahlarını bağışlayarıq və onları behişt nemətləri ilə dolu bağlara daxil edərik.”


Bildirişlər


1. Kitab əhli peyğəmbər əsrində imansız və təqvasız bir xalq idi.

2. İmansızlıq və təqvasızlıq azğınlıqların cəzasıdır və keçmişdəki işləri məhv edir.2

3.Təqvasız iman səmərəsizdir.

4. İlahi lütfləri əldə etmək üçün ilk öncə günahlardan paklanmaq lazımdır.

5. Allahın bağışlamadan əlavə lütfü də var.
66. ﴿وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ

Əgər onlar (yəhudilər və məsihilər) Tövrat və İncili, Rəbləri tərəfindən onlara nazil olanı bərpa etsəydilər, başlarının üstündən (səmadan) və ayaqlarının altından (yerdən) ruzi yeyərdilər. Onlardan bəziləri orta haldadırlar. Amma çoxlarının gördüyü iş pisdir.”


Nöqtələr


◘Əvvəlki ayədə insanın mənəvi və axirət səadətində imanın rolundan danışıldı. Bu ayədə imanın dünyəvi səadətdə, iqtisadi rifahdakı əhəmiyyəti qeyd olunur.

◘Əgər asimani kitab tərəfdarları Quran qarşısında da təslim olsaydılar və Quran qarşısında təslimçiliyi Bəni-İsrailin ərəb qövmü qarşısında təslimçiliyi saymasaydılar, bilərdilər ki, peyğəmbərlərin təlim üsulu eynidir. Tövrat və İncildən sonra nazil edilənə iman əvvəlki ilahi göstərişləri batil etmək yox, daha üstün sinfə adlamaqdır. Bu halda qiyamətdə axirət nemətlərindən əlavə, dünyada da çeşidli nemətlər əldə edilir.

◘Əvvəlki ayədə Allahın əllərinin bağlı olması haqqında yəhudilərin əqidələrindən danışıldı. Bu ayədə buyurulur: «Siz səmavi kitablara üz tutun, sonra mühakimə yürüdün ki, Allahın əlləri bağlıdır, yoxsa yox? Əgər sizin əzəmətiniz zillətə dönmüşsə, bunun səbəbi səmavi göstərişlərə arxa çevirməyinizdir. Bunu Allahın acizliyi və əlləri bağlı olması kimi yozmaq olmaz.»

◘“Əraf” surəsinin 96-cı ayəsi də bu ayənin oxşarıdır: “Əgər abadlıqların sakinləri iman gətirib təqva yolunu tutsalar, həqiqətən göyün və yerin bərəkət qapılarını onların üzünə açarıq.”

Sual: Səmavi kitabları uca tutmaq ruzini artırırmı?

Cavab: Ya Allah mükafat olaraq ruzini artırır, ya da səmavi kitabların özündə ruzini artırmanın təbii yolları göstərilir. Əgər səmavi kitablar əsas götürülsə, uyğun yollar ələ gətirilər.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yəhudilər yetmiş bir, məsihilər yetmiş iki firqə olar. Onlardan yalnız bir firqəsi behişt əhlidir.” Həzrət Əli (ə) nə vaxt bu hədisi həzrət Peyğəmbərdən (s) nəql edirdisə, hazırkı ayəni də tilavət edirdi.1



Bildirişlər


1. Kitab əhli bütün səmavi kitablara imanlı deyil. (Ayədəki “ləv” sözü imtina göstəricisidir.)

2. Təhrif olunmamış səmavi kitablar bütün hərəkətlərdə əsas qanun, mehvər və göstəricidir. Bu kitablar daim bayraq tək uca tutulmalıdır.

3. Başqalarını İslama dəvət edərkən onların düzgün etiqadlarını alçaltmayın.

4. Səmavi kitabı oxumaq mühüm deyil, bu kitablardakı hökmləri yerinə yetirmək zəruridir.

5. Bütün səmavi kitablar möhtərəmdir.

6. Quran təkcə müsəlmanlar yox, bütün ümmətlər üçündür.

7. İslam xalqın rifahına da diqqət yetirir.

8. Dini göstərişlərə diqqət maddi həyatda da fayda verir.

9. Varlıq nizamında insanların imanı torpağın məhsuldarlığında və yağıntıda, əhəmiyyətli rola malikdir.2

10. Günahkar cəmiyyət insanı günaha məcbur etmir. Günahkar toplumların arasında da düz yolda qalanlar var.

11. Səmavi kitablara əməl edərkən orta yol tutulmalıdır. Nə ifrat, nə də təfrit səmərəlidir.

12. Bir cəmiyyətin, bir irqin, bir məntəqənin, bir məzhəbin bütün fərdlərini istisnasız olaraq suçlamaq olmaz.

13. Cəmiyyətin çoxluğu haqlı olmaq nişanəsi deyil.
67. ﴿يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

Ey peyğəmbər! Rəbbin tərəfindən (Həzrət Əlinin (ə) vilayəti və canişinliyi haqqında) sənə nazil olanı elan et. Əgər belə etməsən, ilahi risaləti çatdırmamısan. (Bil ki, Allah səni xalqdan (onun şərindən) hifz edər. Həqiqətən, Allah kafir qövmü hidayət etməz.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə