Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə29/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

Nöqtələr


◘Ərəblərdə şer və şəraba xüsusi bir bağlılıq vardı. Ona görə də şərab qadağası tədrici şəkildə həyata keçdi. Əvvəlcə ayə nazil oldu ki, xurma və üzümdən yaxşı qida və içki hazırlamaq olar.1 Digər bir ayədə qumar və şərabın zərərinin faydasından çox olduğu bəyan edildi.2 Daha sonra məst halda namaz qılınmasına qadağa qoyuldu.3 Nəhayət, yuxarıda zikr olunmuş ayə nazil oldu. Şərab, qumar, bütlər və püşk oxları çirkin və şeytani əməl sayıldı. Allah bütün bu işlərə qadağa qoydu.

◘Ayədəki “xəmr” sözü örtmək mənasını verir və “ximar” sözü ilə eyni kökdəndir. Qadınların örtüyü olan məqnə (yaylıq) də «ximar» adlandırılmışdır. Çünki yaylıq başın tükünü örtür. Şərab da insanın ağlını bir növ örtdüyündən “xəmr” adlandırılmışdır.

◘“Məysir” sözü “yusr” sözündən olub, asanlıq mənasını bildirir. Qumarda insanlar heç bir zəhmət çəkmədən pul qazandığından qumar “məysir” adlandırılmışdır.

◘Kəbə ətrafında düzülmüş daşlar “Nusub” adlandırılmışdır. Bu daşlar üzərində qurbanlıq kəsilərdi. Ayədə həzrət Peyğəmbərin (s) “ənsab” sözünün mənası haqqında belə buyurduğu nəql olunur: “Ənsab” odur ki, müşriklər bütlər üçün qurbanlıq edirdi.4

◘“Əzlam” cahiliyyət dövründə rəvac tapmış oxlarla püşk atma və qumar növüdür.

◘İmam Baqir (ə) ayədəki “xəmr” sözü haqqında buyurmuşdur: “İnsanı məst edən hər bir şey haramdır.”1

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İstənilən bir vasitə ilə, hətta qozla belə qumar oynamaq haramdır.”2

◘Hədisdə buyurulur: “Şərabxor bütpərəst kimidir.”3

◘Şərabın istehsalında istənilən növ həmkarlıq, onun yayılması və məsrəfi haramdır. İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir ki, o həzrət şərabxorluqda müəyyən yollarla fəaliyyət göstərən on qrupa lənət oxumuşdur: (Şərab məqsədi ilə) üzüm tənəyi əkən, onu səmərəyə çatdıran, şərabı düzəldən, içən, paylayan (saqi), daşıyan, əldə edən, satan, alan, istənilən formada onun gəlirindən faydalanan.”4

Bildirişlər


1. Şərabxorluq və qumarbazlıq imanla bir araya sığmır.

2. Şərab və qumar bütpərəstliklə bir sırada dayanır. (“Ənsab”dedikdə bütlər nəzərdə tutulur.)

3. İslam çirkin işləri qadağan edir.

4. Nəinki şərab içməyin, hətta ona yaxınlaşmayın. Ayədə “içməyin” yox, “çəkinin” deyə buyurulmuşdur.

5. Halal tikə və haramdan uzaqlıq insanın xoşbəxtlik və qurtuluşunda əhəmiyyət daşıyır.
91. ﴿إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ

Həqiqətən, şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq istəyir. (İstəyir ki,) sizi Allahın zikrindən və namazdan ayırsın. (Bütün bu fəsadları nəzərə alıb) əl çəkirsinizmi?”


Nöqtələr


◘Statistikadan məlum olur ki, qətillərin, cinayətlərin, avtomobil qəzalarının, boşanmaların, psixoloji və fizioloji xəstəliklərin çoxunun səbəbi spirtli içkilərin istifadəsidir. Amma Quran bu ayədə uyğun qadağanın fəlsəfəsini iki nöqtədə açıqlayır: Biri kin-küdurətdən ibarət olan ictimai zərər, digəri namaz və Allah zikrindən qəflətdə qalma kimi mənəvi zərər.

◘Ayədə şərab və qumarın ən böyük təsiri kimi onun insanı Allah zikrindən və namazdan ayırması göstərilir. Sual oluna bilər ki, əgər ticarət, idman, təhsil, mütaliə kimi adi işlər insanın başını qatıb onu Allah zikri və namazdan ayırırsa, onları da şərab və qumarla eynimi tutmalıyıq? Bəli, insana Allahı unutduran bütün işlər şərab və qumar kimi çirkindir. Amma İslamda çətinlik yaratmamaq səbəbindən həmin işlər haram edilməmişdir.


Bildirişlər


1. Xalq arasında kin-küdurət salan hər bir kəs şeytan kimidir.

2. Şeytanın təhrikləri daimidir.

3. Ədavətin rəvac tapdığı cəmiyyət şeytana qulluq edir.

4. Ülfət və birliyi hifz edək, vəhdətə qarşı yönəlmiş bütün işlərlə mübarizə aparaq.

5. İman əhli arasında ülfət və mehribanlıq Allahın xüsusi diqqətini çəkir.

6. Qumar və şərab kin-küdurət yaratmaq üçün şeytanın vasitələridir.

7. Namaz Allah zikrinin ən üstün simvoludur. (Namaz Allah zikri olsa da, onun adı ayrıca çəkilir.)

8. Dini hökmlərin fəlsəfəsinin bəyanı sözün başqalarına təsir amillərindəndir.

9. Kin-küdurətə səbəb olan bütün amillərlə mübarizə aparmalıyıq.

10. İlkin İslam dövründə şərab və qumarın haram buyurulmasına baxmayaraq, bu işə məşğul olan bəzi müsəlmanlar Allah tərəfindən məzəmmət olunurlar.


92. ﴿وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ

Allaha itaət edin, peyğəmbərə tabe olun və (itaətsizlikdən) çəkinin. Əgər üz döndərsəniz (itaət etməsəniz), bilin ki, Bizim rəsulumuzun vəzifəsi yalnız aşkar bəyan etməkdir.”


Bildirişlər


1. Allah rəsulunun hökumətinin fərmanları ilahi fərmanlar kimidir və onlara itaət etmək vacibdir. (“İtaət edin” sözünün təkrarlanması göstərişin iki növ olması nişanəsidir: sabit ilahi göstərişlər və peyğəmbərin hökumət göstərişləri.)

2. Allah və Onun rəsulunun göstərişlərinə itaətsizlikdən qorxaq.

3. İnsan yol seçimində azaddır.

4. İnsan Öz müxalifətçiliyi və itaətsizliyi ilə yalnız özünə zərər vurur.

5. İlahi hökmlərin bəyanında xalqın qəbul edib-etməməsi şərt deyil. Biz höccəti tamamlamalı, bəhanələri kəsməliyik.

6. Peyğəmbərin vəzifəsi məcburiyyət yox, öz risalətini bəyan etməkdir.


93. ﴿لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

İman gətirib saleh işlər görənlər üçün (şərab qadağan olanadək) içdikləri üçün qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə