Мөһсин Гәраәти



Yüklə 1,82 Mb.
səhifə33/76
tarix01.07.2018
ölçüsü1,82 Mb.
#52804
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

Nöqtələr


◘Bəziləri bu ayəni əldə alət edərək deyirlər: “İnsanın vəzifəsi özünü qorumaqdır və biz başqalarının günahına məsul deyilik.” Onların cavabında deməliyik ki, əmr be məruf və nəhy əz münkər haqqında danışan çoxsaylı ayə və rəvayətlərə əsasən, bu ayə əmr və qadağa yox, onların təsirinə aiddir. Yəni insan başqalarını yaxşılığa dəvət edib pisdən çəkindirməli və bu işlər təsir göstərmədikdə özünü qorumalıdır.1 Onu da qeyd edək ki, əmr be məruf və nəhy əz münkər vasitəsi ilə cəmiyyətin günahdan qorunması insanın özünü qoruması nümunələrindəndir.

Bildirişlər


1. Haqq yolda təklikdən qorxmayaq.

2. Əgər başqaları ilə üzbəüz dayanmırıqsa, nəfsimizlə üzbəüz dayanaq.

3. Cəmiyyətin yolunu azması insan üçün günaha yol açmır.

4. Qiyamətdə hər kəs öz işinə cavabdehdir.

5. Başqalarındakı eybləri üzə çıxarmağa çalışmayaq.2

6. İnsan əvvəlcə özünü, sonra isə cəmiyyəti islah etməlidir.

7. İman əhli azğın adamların əməl və rəftarına görə cəzalandırılmayacaq.

8. Başqalarını xilas etmək naminə özünüzü qərq etməyin.

9. Özümüzü elə tərbiyə etməliyik ki, mühit və cəmiyyətdəki fəsadlar bizə təsir göstərməsin.

10. Büdrədikdə başqalarını qınamayaq. Özümüz büdrəməsək, kimsə kənardan bizə zərər vura bilməz.

11. Başqaları hidayət olmur deyə ruhdan düşməyin.

12. İslam yolu o qədər məntiqli və möhkəmdir ki, düşmənlərin şübhə və azğınlığı bu yola heç bir xələl gətirmir.

13. Azğınlar pusquda dayansa da, salamatçılıq yolu hidayəti qəbul etməkdir.

14. Məada iman insanın özünü islah etməsi amilidir.

15. Ata-babalara və başqalarına kor-koranə təqlid qiyamətdə kara gəlmir. Hər bir insan öz əməl və rəftarına görə cavab verəcək.

16. İnsanın dünyadakı rəftar və əməlləri onun qiyamət taleyini müəyyənləşdirir.




106. ﴿يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِي الأَرْضِ فَأَصَابَتْكُم مُّصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِن بَعْدِ الصَّلاَةِ فَيُقْسِمَانِ بِاللّهِ إِنِ ارْتَبْتُمْ لاَ نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلاَ نَكْتُمُ شَهَادَةَ اللّهِ إِنَّا إِذًا لَّمِنَ الآثِمِينَ

Ey iman gətirənlər! Sizlərdən birinin ölümü çatdıqda aranızdan iki adil şəxsi vəsiyyət zamanı şəhadət üçün çağırın. Əgər səfərdə olduğunuz vaxt ölüm bəlası sorağınıza gəlsə (və müsəlman şahid olmasa), iki nəfər qeyrisini şahidlik üçün istəyin. Əgər onların sədaqətinə) şəkk etsəniz namazdan sonra o iki nəfəri saxlayın ki, Allaha and içsinlər (desinlər ki,) biz həqiqəti heç bir qiymətə, qohumlara münasibətdə də olmuş olsa, satmayacaq, heç vaxt ilahi şəhadəti gizlətməyəcəyik və belə etsək günahkarlardanıq.”


Nöqtələr


◘İbn Əbu Mariyə adlı bir müsəlman Təmim və Ədi adlı iki məsihi ilə (onlar qardaş idilər) ticarət səfərinə getdi. Müsəlman xəstələndi və vəsiyyətnamə yazıb onu yükündə gizlətdi. Yükünü məsihilərə verib onu varislərinə çatdırmalarını tapşırdı. Müsəlmanın ölümündən sonra həmin iki şəxs onun yükündəki bahalı şeyi götürdülər və Mədinəyə qayıtdıqdan sonra qalanını varislərə verdilər. Varislər yükdən vəsiyyətnaməni tapıb xəbər tutdular ki, yükdə nələr olub. Onlar həmin şeyi məsihilərdən tələb etdikdə, onlar deyilənləri inkar edib peyğəmbərin yanına şikayətə getdilər. Məhz həmin halda uyğun ayə nazil oldu.1

“Üsuli-kafi”də nəql olunmuş hədisə əsasən, Peyğəmbər (s) həmin iki şəxsə and içdirdi və onları haqlı saydı. Amma məktub vasitəsi ilə məsihilərin yalanı aşkar olduqdan sonra həzrət onları ikinci dəfə yanına çağırdı və varislər and içdilər ki, yükdə başqa dəyərli şeylər də olub.2


Bildirişlər


1. Ölüm astanasındakı məqam vəsiyyət üçün son fürsətdir.

2. Ölüm hamının sorağına gəlir.

3. Vəsiyyət zamanı mömin şəxs çox diqqətli olmalıdır.

4. Xalqın haqqını qaytararkən iki ədalətli şahid tapın.

5. Xalqın haqqını qaytararkən əgər müsəlman tapılmasa, qeyri-müsəlmandan istifadə edin. (Amma həmin qeyri-müsəlman Allahı qəbul etməlidir ki, Onun müqəddəs adına and içə bilsin.)

6. Xalqın hüququnu hər yerdə qorumaq zəruridir.

7. Haqqı qaytarmaq üçün bütün şəkk-şübhələri dəf edin.

8. And şəkki aradan qaldırmaq yollarındandır.

9. Yalnız Allah adına içilən and dəyərli və mötəbərdir.

10. Haqların ödənməsində dini, ilahi səhnələrdən, müqəddəs məkan və zamanlardan faydalanın. Bir şəxs Həzrət Əlidən (ə) beytül-mal (ümumi dini büdcədən əlavə pay) istədi. Həzrət buyurdu ki, həmin şəxs cümə günü gəlsin. Cümə günü Həzrət Əli (ə) həmin şəxsi cümə namazına aparıb izdihamı ona göstərərək buyurdu: “Sənin yersiz istəyin bu xalqın malını oğurlamaq mənasındadır.” Hədisdən görünür ki, Həzrət Əli (ə) öz nurani kəlamlarının təsirli olması üçün namaz, cəmiyyət və cümə günündən istifadə edir.

11. Haqların ödənməsində ən münasib fürsətlərdən faydalanmaq lazımdır. (Namaz paklıqda və yalandan uzaqlaşmada rol oynayır.)

12. Pul əldə etmək istəyi azğınlıq amillərindən biridir.

13. Qohumluq əlaqələri və məhəbbət azğınlıq amillərindəndir.

14. Yalnız xalqın haqqı (həqqün-nas) ilə bağlı andnamənin mətni vəhy yolu ilə diqtə olunmuşdur.

15. Andda haqqı gizlətmək və xəyanət ədalətli şəxsi günahkar edər. Bütün ilahi dinlərdə bu iş haram sayılmışdır.
107. ﴿فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانُ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ

Əgər məlum olsa ki, həmin iki (qeyri-müsəlman) şahid günah və xəyanət etmişdir (və andları nahaq olmuşdur), digər iki nəfər (müsəlman, şahidlikdən zərər görmüş, meyitə yaxın olan) qalxıb Allaha and içsinlər ki, bizim andımız o iki nəfərin andından haqqa daha yaxındır. Biz (haqqa) təcavüz etməmişik, əgər belə etsək, şübhəsiz, sitəmkarlardanıq.”



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə