Мөһсин Гәраәти



Yüklə 2,57 Mb.
səhifə24/97
tarix30.10.2018
ölçüsü2,57 Mb.
#75962
1   ...   20   21   22   23   24   25   26   27   ...   97

Bildirişlər


1. Qarınqululuq insanın alçalması amillərindən biridir.

2. Rifah istəyi zillət zəminəsidir.

3. Danışıqda ədəbsizlik azğın ruhiyyə nişanəsidir. Onlar “dözməyəcəyik” əvəzinə” yeməklərin bir növ olması bizə ağırdır” deyə bilərdilər. Eləcə də, “Rəbbindən istə” əvəzinə “Rəbbimizdən istə” demək mümkün idi.

4. Bəni-İsrail istəklərinə hədd-hüdud qoymayan qövmdür.

5. Xırda şeylər üçün ağız açmaq nəfsin itiliyi, asılılığı və alçaqlığı nişanəsidir.

6. İnsanın həqiqi xeyirinin təminatçısı onun Allahın qismətindən razı olub səbir etməsidir. Şəhər həyatı və hər şeyə malik olmaq təkamül nişanəsi deyil. Bu imkanlar insanın süqutuna da səbəb ola bilər.

7. Şəhərdə yaşayıb hər cür imkana malik olmaq inkişaf və təkamül əlaməti deyil; bəzi vaxtlarda bu iş süqut amili də sayılır.

8. Təhlükəli işlər azğın fikirlərə bağlıdır.

9. Peyğəmbərlərin tarixi Allah yolunda şəhadətlə qol-boyundur.

10. Ardıcıl günah küfrə, küfr isə cinayətə səbəb olur.

11. Zillət və bədbəxtlik millət, irqə yox, insanın xasiyyətlərinə, əqidəsinə və əməllərinə bağlıdır.
62. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

O kəslər ki, iman gətirdilər və o kəslər ki, yəhudi, məsihi və sabii oldular, Allaha və qiyamət gününə iman gətirib saleh iş görsələr, mükafatları Rəbblərinin yanındadır. Onlar üçün qorxu yoxdur və onlar qəmgin olmazlar.”


Nöqtələr


◘“Təfsiri-nümunə”də “Cameul-bəyan”dan belə nəql olunmuşdur: “Salman Farsi həzrət Peyğəmbərə (s) dedi: “Mənim iman və namaz əhli olmuş, amma sizi görməmiş dostlarımın qiyamətdə halı necə olacaq?” Oradakılardan biri belə cavab verdi: “Cəhənnəm əhlidirlər.” Amma belə bir ayə nazil oldu, öz əsrində dinə ardıcıllıq edib, ilahi vəzifə və əmrlərə əməl edənlər üzürlüdürlər. Əlbəttə ki, bu ayə yəhudilikdə və ya məsihilikdə qalmaq üçün bəhanə ola bilməz. Çünki əvvəla, Quran kitab əhlini İslama dəvət etmişdir. İkincisi, bilərəkdən İslamdan başqa din ardınca gedənlər hədələnmiş və onlardan qəbul olunmayacağı bildirilmişdir.1

◘Qurandakı “Əlləzinə hadu” ifadəsi yəhudilərə aiddir. Onların belə adlandırılmasının səbəbi həm tövbə etmələri2, həm də Yaqubun oğlu Yəhuda aidiyyətləri ola bilər.

◘Ayədə “Nəsara” dedikdə o məsihilər nəzərdə tutulur ki, həzrət İsa “Kimdir köməkçilərim” soruşduqda onlar “ bizik Allahın köməkçiləri” demişlər.3 Bu adın bir səbəbi də həmin qövmün İsanın doğulduğu Nasiriyyə məntəqəsində sakinliyi ola bilər.

◘“Sabiin” özünü həzrət Yəhyanın ardıcılı bilənlərə deyilir. Onlar ulduzların tədbir qüdrətinə inanırlar. Bu dəstənin adı “Bəqərə”, “Maidə”, “Həcc” surələrində yəhudilər, nəsranilər, məcusilər və müşriklərlə birlikdə çəkilir.4 Buradan məlum olur ki, sabiilər zikr olunmuş dörd dəstədən deyillər. Bu ayin ardıcılları da digər kitab əhli kimi İslama dəvət olunmuşlar. Bu xüsusi etiqadın ardıcılları da azdır və bu ardıcıllar öz dinlərini təbliğ etmirlər. Onlar daha çox çayların və dənizlərin ətrafında yaşayır və tənha həyat tərzi keçirirlər. Bu fərdlərin müxtəlif qüsülləri vardır. Onlar yayda və qışda çayın axar suyunda qüsl verməlidirlər. Hazırda onların beş minə yaxın nümayəndəsi Xuzistanda (İranda) Karvət çayının kənarında və bu vilayətin digər şəhərlərində yaşayırlar. Səkkiz minə yaxın sabii isə İraqda Dəclə çayının kənarında və digər şəhərlərdə sakindir.


Bildirişlər


1. Bütün səmavi dinlərin müştərək əsasları vardır: tövhid, məad, saleh əməl.

2. Tövhiddən sonra ən mühüm etiqad məaddır.

3. İslamdan xəbərsiz digər din ardıcılları - istər İslamdan qabaq, istər İslamdan sonra - öz dinlərinə iman gətirib saleh əməl ardınca gedərlərsə, nicat taparlar. Bir şərtlə ki, onlar öz məlumatsızlıqlarında müqəssir olmayalar.

4. İnsan yalnız Allaha iman, məada ümid və saleh əməl sayəsində rahatlıq tapır.

5. Səadət və kəramət müsəlmanlıq, yəhudilik, məsihilik və sabiilikdən yox, iman və saleh əməldən asılıdır.
63. ﴿وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

(Yad et) o zaman ki, sizdən əhd aldıq və Tur dağını sizin fövqünüzə qaldırdıq. (Və dedik) sizə verdiyimizi qüdrətli tutun və onda olanları yadda saxlayın. Bəlkə, pəhrizkarlardan olasınız.”


Nöqtələr


◘Tur dağının yerindən qoparılıb yəhudilərin başı üstünə qaldırılması Quranın bəzi surələrində bəyan olunmuşdur.1 Bu ayədə haqqında danışılan əhd-peyman “Bəqərə” və “Maidə” surələrindəki peyman da ola bilər.2

Bildirişlər


1. Nümunə götürmək əməl amillərindən biridir.

2. Allah həm peyğəmbər göndərmək, həm də xariqüladə işlər nümayiş etdirməklə xalqa höccəti tamamlayır, bəhanə yeri qoymur.

3. Qürur və inad ruhunu qırmaq üçün hədə tərbiyə üsullarından biridir.

4. İnqilabi nailiyyətləri güc və qüdrətlə hifz etmək olar. Fironun hakimiyyətindən qurtulmaq, əsirlikdən azad olmaq nailiyyət idi.

5. İlahi ayə və hökmlərə əməl ciddilik, eşq və möhkəmliklə müşayiət olunmalıdır. İlahi vəzifələrin icrasında zarafata, adətkərdəliyə, şəkkə və şan-şöhrətə yol vermək olmaz.

6. Dini maarif tədris və təbliğlə xalqın zehnində diri saxlanılmalıdır.

7. İlahi ayələrin zikri və onlar haqqında düşüncə təqva üçün zəmin yaradır.
64. ﴿ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ

Bu cərəyandan sonra siz üz döndərdiniz. Əgər sizə Allahın fəzl və rəhməti olmasaydı, hökmən ziyankarlardan idiniz.”


Bildirişlər


1. Qafil insan ən mühüm hədələri də unudur.

2. Ümidinizi itirməyin. Çünki Allah xilaf çıxanlarla da fəzl və rəhmətlə rəftar edir.

3. Zərər-ziyandan yalnız Allahın fəzl və rəhməti sayəsində nicat tapmaq olar.

65. ﴿وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ

Şübhəsiz ki, siz özünüzdən olanların şənbə günü itaətsizlik etdiyindən xəbərdarsınız. Biz onlara dedik: “Rədd olunmuş meymunlar şəklinə düşün.”


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə