Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə28/81
tarix17.11.2017
ölçüsü3,08 Mb.
#10999
1   ...   24   25   26   27   28   29   30   31   ...   81

Bildirişlər


1. Peyğəmbərin səhabələri arasında ədaləti gözləməyənlər də olub. Hətta bəziləri pis işlərə də yol verib.

2. İnsan özündə zəif nöqtələri görməli, nöqsanlarını nəzərdən qaçırmamalıdır.

3. Günahın etirafı, insanın özünü tənqid etməsi, eləcə də saleh işlər Allahın bağışlaması üçün zəmin yaradır.

4. Allah bağışlamaq vəd etsə də, insan qorxu və ümid içində olmalıdır.

5. Peşman olmuş xətakar ümidə ehtiyaclıdır. İslamın ağuşu ona açıqdır.
Ayə 103:

﴿خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلاَتَكَ سَكَنٌ لَّهُمْ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ﴾

Mallarından sədəqə al ki, bu yolla onları paklayasan, inkişaf etdirəsən. Onlara salam göndər (dua et). Çünki sənin duan onların aramlığına səbəb olur. Allah eşidən və biləndir.”



Nöqtələr


◘Ayə hicrətin ikinci ili ramazan ayında, Mədinədə nazil olmuşdur. Peyğəmbər (s) buyurdu: “Elan edin ki, Allah zəkatı da namaz kimi vacib etdi.” Bir ildən sonra yenə göstəriş verdi ki, müsəlmanlar zəkat ödəsinlər.

◘Peyğəmbər (s) zəkat verənlərə salam göndərdi. Allah isə qanına bələndiyi halda müqavimət göstərən mücahidlərə salam göndərir.1


Bildirişlər


1. İslam hakiminin vəzifələrindən biri zəkat toplamaqdır.

2. İslam xüsusi mülkiyyəti qəbul edir.

3. Zəkat sizin sərmayənizin kiçik bir hissəsini təşkil edir. Onu həvəslə ödəyin.

4. Zəkat insanın iman iddiasının sübutudur.

5. Zəkat insanın ruhunu xəsislikdən, dünyapərəstlikdən təmizləyir.

6. Zəkat fərd və cəmiyyətdə əxlaqi keyfiyyətləri inkişaf etdirir.

7. Bir çox fəsadların səbəbi yoxsulluqdur. Məhrumların dolanışıq xərclərinin təmini cəmiyyəti bir sıra fəsadlardan xilas edir.

8. Həzrət Peyğəmbər (s) adi xalqa salam göndərirdi. Onun bu münasibəti xalqı yaxşılığa sövq edir, şəxsiyyətlərini formalaşdırırdı.

9. Zəkat ödəyənlə zəkat alanın rabitəsi məhəbbət və mənəviyyat üzərində qurulmalıdır.

10. Peyğəmbərin xalqa duası qəbuldur.

11. Deməyək ki, zəkat vermək vəzifədir, zəkat verənlərə təşəkkür edək.

12. Təşviq həmişə maddi olmur. Bəzən mənəvi təşviq daha təsirli olur.

13. Təşviq işin ağırlığını yüngülləşdirir.

14. Göstərişlərin və vəzifələrin qaynağı ilahi elmdir.


Ayə 104:

﴿أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ﴾

Bilmədilərmi ki, yalnız Allah Öz bəndələrindən tövbəni qəbul edir, sədəqələri alır və Allah tövbələri qəbul edən və mehribandır.”



Nöqtələr


◘Təbuk döyüşündə iştirak etməmiş bir dəstə həzrət Peyğəmbərin (s) yanına gəlib tövbələrinin qəbul olunmasını istədilər. Ayədə buyurulur ki, tövbələri qəbul edən başqası yox, yalnız Allahdır. Peyğəmbərə və imama verilən sədəqə və zəkatların əsil ünvanı Odur.

◘Peyğəmbər (s) Allahın göstərişi altında zəkat aldığından, əslində bu zəkatı Allah alır. Necə ki, beyət ayəsində buyurulur: “Ey peyğəmbər, kim sənə beyət etdisə, elə bil, Allaha beyət etmişdir.”1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Sədəqə əvvəlcə Allaha çatır, sonra fəqirin əlinə yetişmiş olur.” Sonra həzrət həmin bu ayəni tilavət etmişdir.2

◘İmam Sadiqdən (ə) soruşdular ki, zəkat peyğəmbərə məxsusdur, yoxsa ondan sonra da davam edir? Həzrət buyurdu: “Bəli, davamı var.”3


Bildirişlər


1. Tövbəni nəinki keşişlər və kilsə, hətta Allahın peyğəmbəri də qəbul edə bilməz. Bu, yalnız Allaha məxsus məqamdır.

2. Zəkat ödənməsi gerçək tövbə şərtidir.

3. İnsanın daxilindəki inqilab onun maddi yardımlarından öndə gəlir.

4. Tövbə təkcə peşmançılıq deyil, peşmançılıqdan sonra islah və əməl də lazımdır.

5. Sədəqəni Allah qəbul etdiyindən onu həvəslə, ən yaxşı mallardan və ən üstün tərzdə verək.

6. Zəkat böyük müqəddəsliyə malik islami ödəncdir. Çünki onu alan Allah-təaladır.


Ayə 105:

﴿وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ﴾

De ki, əməl edin, tezliklə Allah, Onun rəsulu və möminlər sizin işinizi görərlər. Tezliklə qeyb və aşkarı bilənə doğru qaytarılarsınız. Sizi gördüyünüz işlərdən agah edəcək.”


Nöqtələr


◘Allahın, Peyğəmbərin (s) və möminlərin bizim əməllərimizdən xəbər tutacağını bildirən bu ayə əslində əməllərin övliyalara çatdırılması kimi şiə əqidəsini təsdiqləyir. Əməllər gündəlik, həftəlik və ya aylıq olaraq övliyalara çatdırılır. Əməllərimiz xeyir olduqda, övliyalar da bizə görə şadlanır. Əməllər pis olduqda, onlar qəmlənirlər. Belə bir həqiqətə iman təqva və həyaya müsbət təsir göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Ey xalq! Öz günahlarınızla Allah rəsulunu narahat etməyin.”1

◘Rəvayətlərə əsasən bu ayədəki “möminlər” təbiri məsum imamlara işarədir. Allah imamları bizim əməllərimizdən xəbərdar edir.2


Bildirişlər


1. İnsan öz-özlüyündə azaddır.

2. Əməllərimizin Allahın hüzurunda baş verməsinə diqqət günaha mane olur.

3. Ətrafdan baxanlar çox olduqca xəcalət hissi də güclənir. Xüsusi ilə Allah, Peyğəmbər (s) və möminlərin nəzəri günaha mane olur.

4. Ölçü meyarı əməldir. Düna həyatında övliyalara çatdırılan bizim əməllərimizdir. Qiyamətdə də sorğuya çəkilən əməldir.

5. Əməllərimizin mahiyyəti qiyamət günü aşkarlanacaq.
Ayə 106:

﴿وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ﴾

Digər bir qrup var ki, onların işi Allahın istəyindən asılıdır. Onlara ya əzab verər, ya da (tövbələrinə xatir) lütf edər. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘“İrca”, sözündən olan “murcəvnə” sözü “təxir” mənasını bildirir. Bu, ümid dolu bir təxirdir.

◘Bu üç ayədə Allah-təala üç dəstəni yada salır: Mədinədə olan, tanınmayan məxfi münafiqlər (ayə 101); Günahını etiraf etmiş və tövbəyə ümidli azğınlar (ayə 102); Günah üzərində dayanıb tövbə etməmiş azğınlar. (ayə 106)

◘Rəvayətlərə əsasən ayə həzrət Həmzə və ya Cəfər Təyyarın qatillərini nəzərdə tutur. Onlar peşman olub İslamı qəbul etmişdilər. Amma hələ də qəlblərində iman kök atmamışdı. Ya da Təbuk döyüşündə olmamış və peşman olub dillə etiraf edənlər nəzərdə tutulur.


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə