Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə31/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   26   27   28   29   30   31   32   33   34

İLAHİ MÜKAFAT


Bu namazda Allahdan istənilən ən üstün şey ilahi bağışlanma və ibadətlərin qəbul olunması ilə Allah tərəfindən bayramın mübarək edilməsidir. Bu, Allahın oruc tutan, namaz qılanlara verdiyi ən böyük mükafatdır. İmam Baqir (ə) buyurur: Allahın rəsulu (s) buyurdu: “Şəvval ayının birinci günü (fitr bayramı) çatdığı zaman Allah tərəfindən belə bir nida verilər: “Mükafatlarınıza doğru tələsin.” Sonra imam Baqir (ə) Cabirə üz tutub buyurdu: “Ey Cabir! Allahın mükafatları padşahların mükafatları kimi deyil! Bu gün mükafat günüdür!”1

FİTR BAYRAMI QİYAMƏTDƏN BİR SƏHNƏDİR.


Fitr bayramı namazının tərbiyəvi və müsbət tə’sirlərindən biri həmin namazda açıq səma altında toplum şəkildə duanın həyata keçməsidir. Bu vəziyyət insana Allahı, qiyaməti, Allah mərhəmətinə ehtiyacları xatırladır. Onun nəzərində qiyamət səhnəsi canlanır. Həmin gün qiyamətin yada salınması Əmirəl-mö’mininin (ə) tövsiyələrindəndir.

Rəvayətlərdə deyilir ki, həzrət Əli (ə) bir dəfə fitr günü xalqa buyurdu:

“Ey xalq! Bu yaxşılar mükafat alır. Bu gün pislər ziyan edir. Bu gün sizin qiyamətinizə ən oxşar gündür.

Evlərinizdən çıxıb namaz müsəllasına gedərkən qəbirlərinizdən çıxacağınız günü yada salın.

Namaz müsəllasında namazı gözləyərkən qiyamət günü Allah qarşısında dayanacağınızı yada salın.

Evlərinizə qayıdarkən behiştə və ya cəhənnəmə dönüşünüzü yada salın.”1

İmam Müctəba (ə) fitr bayramı günü gülüb-oynayan bir dəstə ilə rastlaşdı. Həzrət (ə) yanındakılara buyurdu: “Allah ramazan ayını öz rəhmət və razılığını əldə etmək üçün müsabiqə meydanı qərar vermişdir. Bir dəstə önə keçib uddu, bir dəstə dala qalıb uduzdu. Təəccüb edirəm o şəxsə ki, mükafat günü gülüb-oynamaqla məşğuldur...”2

QURBAN BAYRAMI NAMAZI


Zilhiccə ayının onuncu günü qurban bayramıdır. Bu bayram İslamın böyük bayramlarındandır. Bu bayramın xüsusi əməlləri və duaları vardır. Namazlardan biri qurban namazıdır. Bu namaz fitr namazı kimi iki rəkətdir və eyni ilə həmin formada, həmin vaxta və həmin şəraitdə qılınır.

İstər fitr, istər qurban günü namazdan öncə və sonra təkbirlər (“Əllahu əkbər”) deyilir. Bu təkbirlərlə Allahın əzəməti yada salınır. Allaha sitayiş olunur, Onun ne’mətlərinə şükür edilir.

Dediyimiz kimi, bayram namazı qunutda “Əllahummə əhləl-kibriyai vəl-əzəmə...” duasını oxumaq daha yaxşıdır. (Duanın mətni “Məfatihul-cinan” kitabında və risalədə göstərilmişdir.) Bu duada Allahı əzəmət, böyüklük, əfv, rəhmət və bəxşişi ilə tanıyıb, yad edirik. Allahdan müsəlmanların bayramı, şərafət mayası, peyğəmbər və onun ailəsinin iftixarı olan bu günə xatir istəyirik ki, Məhəmməd (s) və onun ailəsinə salam göndərsin, bizi öz xeyir və bərəkətlərindən faydalandırsın.

Bu duadakı istək ən əhatəli istəkdir. Allahdan belə istəyirik:

İlahi, bu gün Məhəmməd (s) və onun ailəsini daxil etdiyin hər bir xeyirə bizi də daxil et.

Bu gün Məhəmməd (s) və onun ailəsindən uzaqlaşdırdığın hər bir pisliyi bizdən də uzaqlaşdır.

İlahi, mən saleh bəndələrinin səndən istədiyi ən yaxşı şeyləri istəyir və saleh bəndələrini Sənə sığındıran pisliklərdən Sənə pənah aparıram!

BAYRAM NAMAZI İLAHİ RƏHBƏRLƏRİN HAQQIDIR.


İslam dinində cümə və bayram ayinləri haqq hökumətə və islami rəhbərliyə bağlı mənsəblərdəndir. Sitəmkarların bu iki mərasimdən öz məqsədləri üçün istifadə etməsi qəsbkarlıqdır. Cümə, bayram və həcc mərasimi namazına imam tə’yin etmək ilahi hökumət və vilayətin ixtiyarındadır. Bu işlərin ləyaqətsiz şəxslərin ixtiyarına verilməsi Məhəmməd (s) ailəsi üçün ağırdır. İmam Baqir (ə) bir hədisdə bu həqiqətə belə işarə edir:

“Müsəlmanların bütün qurban və fitr bayramlarında Məhəmməd (s) ailəsinin qəmi artır.” Soruşdular: “Nə üçün?” Həzrət (ə) buyurdu: “Çünki Əhli-beyt (ə) öz haqqını özgələrin əlində görür!”1

Bu, Əhli-beytə (ə) qarşı ən böyük zülmdür. Onlar üçün hətta İslam bayramları da kədərlə müşayiət olunur. Həqiqətin qəsb edilməsi, cəmiyyətin rəhbərlik yolunu azması onlara bir daha xatırladılır!

AYƏT NAMAZI


Təbiətdə baş verən qeyri-adi hadisələr bə’zən insanın qorxmasına səbəb olur. Bə’zən də bu hadisələr cahillərin düşüncəsində şirkamiz və xürafi təsəvvürlər oyada bilər.

Düşüncələrin həqiqi amillərə yönəldilməsi, zehnlərin azmasının qarşısının alınması bir vəzifə olaraq haqq dinlərin öhdəsinə düşür.

İslamda belə hadisələrə görə xüsusi namaz qılmaq vacibdir. Bu halda xalq varlığı yaradan Allahı düşünür və bu hadisələrin Allahın qüdrətindən asılı olduğunu anlayır. Bu namazın adı “ayət” namazıdır. Çünki uyğun namaz Allahın nişanələri və ayələri olan hadisələr baş verdikdə qılınır.

Risalədə oxuyuruq: Ayət namazı dörd halda vacib olur:



  1. Günəş tutulması (küsuf);

  2. Ay tutulması (xüsuf);

  3. Zəlzələ;

  4. Xalqı qorxuya salan ildırım, qara və qırmızı küləklər. (Bu barədə bə’zi nöqtələrə işarə olunacaq)

AYƏT NAMAZI BİR TÖVHİD DƏRSİDİR.


Belə hadisələr sadəlövh insanların zehnində təbiətin və tanrıların qəzəbi kimi canlanırdı. Bu hadisələrin səbəbini bilmədikləri üçün Allahdan xəbərsiz qalıb, cansız təbiət haqda düşünürdülər. Xüsusilə günəşpərəst və aypərəstlər yeni düşüncələrə qapılırdılar.

Ayət namazı yaranışın və təbiətdəki dəyişikliklərin əsas qaynağına, yə’ni qüdrətli Allaha diqqət üçündür. Ayət namazı xalqa tövhid dərsi verir. Peyğəmbərin (s) kiçik oğlu İbrahim vəfat edərkən günəş tutuldu. Xalq deyirdi ki, Allah rəsulunun (s) oğlu vəfat etdiyi üçün günəş tutulur. Allahın rəsulu (s) (xalqı yanlışlıqdan qurtarmaq üçün) minbərə qalxdı. Allaha həmd-səna dedikdən sonra buyurdu: “Ey xalq! Günəş və ay Allahın nişanələrindəndir. Onun göstərişi ilə cərəyandadırlar və Onun qarşısında müt’idirlər. Günəş və ay kiminsə ölməsi və ya yaşamasına görə tutulmur. Əgər onların ikisi və ya biri tutularsa namaz qılın.” Bu sözdən sonra minbərdən düşüb, xalqla ayət namazı qıldı.1

Peyğəmbərin (s) bu yanaşması bizə iki dərs öyrədir:

1. Həzrət (s) öncə bu təbii hadisə barəsində düşüncələri işıqlandırdı, sonra namaz bərpa etdi. Mə’lum olur ki, fəhm və düşüncə, ibadət və namazdan müqəddəmdir.

2. Allahın rəsulu (s) ilahi insan və həqiqət elçisi olduğu üçün haqqı dedi. O, Allahı xalqın yadına saldı. Belə hadisələrdən öz xeyirlərinə sui-istifadə edən hiyləgərlərin əksinə! Bu şəxslər təbii hadisələri öz nəfsani istəklərinə uyğun təhlil və təfsir edirlər. İmam Sadiq (ə) atasından nəql edir: “Zəlzələlər, ay və günəş tutulması, dəhşətli küləklər qiyamət nişanələrindəndir. Bu hadisələrin hansını görsəniz qiyamətin bərpa olması barədə düşünün, məscidlərə sığının və namaz qılın.”2 Bu rəvayət xalqın təbiəti yox, təbiətin Allahını düşünməsi üçündür. Sonda isə namaz qılmaqla bu allahşünaslıq təkmilləşir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə