Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə198/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   194   195   196   197   198   199   200   201   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yerində  olan  müsəlmana  aiddir.  Təəssüf  ki,  çox  zaman 

belə olmur... 

Yanılmıramsa  1990  cı  ildə  Türkiyənin  Kayseri  şəhəri 

Ərciyəz  Univrsitesində  Böyük  Azərbaycan  Konqresi  oldu. 

Konqreyə mən də o sıradan əllidən çox Azərbaycan ziyalısı 

dəvət 

olunmuşdu. 

Biz 

tələbələrlə 

görüşə  

paylaşdırılmışdıq.  Şəxsən  mənə  bir  tələbə  belə  bir  sual 

vedi: 

-Mövlud  Süleymanlı  söyləsin,  İslam  dinimi  öndə 

gəliyor, türkçülükmü? Hankisi birinci?! 

Osmanlılar demiş; soru beni şaşırtdı: 

-Sen  ne  söylüorsun,  yavrum,  kendin  bilmiyormu? 

Türkçülük  sonra  gəlirsə,  İslam  bir  din  kibi  nasıl  koruna 

bilir.  Onda  biz,-seninle  ben-  nasıl  türk  oluyoruz?  Böylə 

soru  sorulurmu,  ya?!  İslamdan  bin-bin  yıllar  öncə  sen 

vardın, senin yapdığın imperatorluqlar vardı. Sen her şeyə 

yalnız  Türk  olaraq,  başqa  kimseyə  bənzəmədən,  ancaq 

Türk olaraq hazırdın, hazır olduğun üçün  İslam dəyərlərini 

koruya  bildin.  Eyi  düşün,  yenə  sen  koruyursun;  əgər 

türkçülüyünü 

öndə 

tutmazsın 

heç 

kəndini 

də 

koruyamazsın. Yan-yörənə bak hələ, islam dini pərdələrinə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bükülüb kendi yalanlarını qaynadanları, dini şüarlar deyə-

deyə  özünü-kəndisini  birinci  yerə  qoymaq  üçün  islama 

quyu qazanları görəcəksin... 

O  zaman  heç    bilmədim  tələbələrdən  məni  anlayan 

oldumu,  amma  sualı  verən  etiraz  etdi...Arada  lətifəyə 

bənzər  belə  bir  söz-sual  da  dolaşırdı:  Əgər bir  quyuya  bir 

ərəb, bir rus, bir türk düşübsə sən özün türk olaraq hansını 

çıxardardın?  “Müsəlmançılıqda”  gərək  sən:  ərəbi 

çıxardardım  deyəsən...  Bax,  Allah  bunnan  saxlasın.    Bu, 

riyakarlıqdır,  müsəlman  riyakarlığı...  Bütün  bunları  mən 

gələcəkdə  baş  verəcək  fəlakətlərin  səbəbi  və  işarəsi  kimi 

anlayıram. 

   

 

Bənövşə... 

(1970-ci  ildə  Qarabağın  Cəbrayıl 

bölgəsinin  Sarıcallı  kəndindən  Həsən 

Yunusov göndərib. O vaxtlar “Bulaq” radio 

verlişində  səsləndirmişəm.  Aradan  qırx 

ildən  çox  keçib,  heç  bilmirən  Həsən 

Yunusov yaşayırmı? Amma Cəbrayıl rayonu 

yaşamır,  bizim  gəlməyimizi  gözləyir.  O 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

zaman  da  efir  vasitəsiylə  təşəkkür 

etmişdim,  indi  də  dərin  təşəkkürüm 

bildrirəm.)  

 

Deyirlər, Qargülü dünyaya ona görə tez gəlir ki, gəlib 

bənövşəni  görsün.  Qarın  altından  çıxan  kimi  boylanır, 

amma Bənövşəni görmür, ah çəkir. Onunçün də, deyirlər, 

yer-yurd  talalanır,  yəni  Qargülü  ah  çəkdikcə  qar  köynək-

köynək  əriyir...  Belə  bir  deyim  var:  “Qargülü  gəldi,  tala 

vaxtıdı”.  Qargülü  çox  gözləyir,  Bənövşə  gəlmir  ki,  gəlmir. 

Axırda dözmür, sellərə-sulara qarışıb gedir. Bənövşə gəlir, 

görür  ki  Qargülü  yoxdu,  ora  baxır,  bura  baxır, 

Quzuotundan  soruşur.  Quzuotu  deyir:  Gəlmişdi,  səni  çox 

gözlədi,  ah  çəkdi,  ahınnan  qarlar  əridi,  bir  də  baxdıq  ki, 

yoxdu, qarlara qarışıb gedib... 

Bənövşə  ağlayır,  bir  kimsəsizliyə  çəkilir,  başını  salır 

aşağı, heç kəsə baxmır...Amma ona oxunan mahnılar bitib 

tükənmir. 

 

   



 

Bənövşə bitər allanır, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Başınnan teli sallanır 

   

 

Səni görcək xəyallanır, 



   

 

Gəl-gəl bənövşəli yarım, 



   

 

Əcəb tamaşalı yarım. 



   

 

 



 

 

 



 

 

   



 

Bənövşəsi tutam-tutam, 

   

 

Gülü bənövşəyə qatam. 



   

 

Aradığım haçan tapam 



   

 

Gəl-gəl bənövşəli yarım, 



   

 

Boyu tamaşalı yarım. 



 

   


 

Bənövşəsi üç yarpaqdan, 

   

 

Getməz xınası barmaqdan 



   

 

Öldüm səni aramaqdan, 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə