Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə199/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   195   196   197   198   199   200   201   202   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Gəl-gəl bənövşəli yarım, 

   

 

Boyu tamaşalı yarım... 



 

*** 


 

Əslində    axtarıb,  işləyib  bərpa  etdiyim  bu  “Yaylaq 

dərslikləri”  çoxlarına  Qreta  Qəhrəmanovaya  cavab  kimi 

yazılmışdı.  Amma  indi  bütün  dünyaya  aid  hesab  edirəm. 

Minilliklər 

boyu 


türk 

çobanlarının 

dahiyanə 

kəşvlərindəndir. 

...Bunu da bildirim ki, bir neçı il sonra təxminən 1989-

cu  il  hadisələrində  Qreta  Qəhrəmanova  çox  qorxmuş 

halda  özünü  redaksiymıza  saldı,  ardınca  da  bir  dəstə 

adam.  O  vaxt  mən  “Azərbaycan”  jurnalında  işlıyirdim. 

Bakı  Soveti,  -İçərişəhər  metrosuyla  üz-üzə  olan  binada 

yerləşirdik.  Redaksiya  əməkdaşlarıyla  bir  yerdə  onu 

qoruduq.  O  vaxt  mən  onun  yazdığı  məqaləni  misal 

çəkdim: - Bu, Aşıq Ələsgərdən məqalə yazan qadındı... 

Həmin  gün  Yazıçılar  İttifaqının  köməyiylə  onu  hava 

alanından yola saldıq... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

1988-89-cu  illər  hərəkatını,  daha  doğrusu,  Xalqın 

ayağa qalxmağını, Qırmızı İmperiya ilə üz-üzə durduğunu 

görüb  qorxmuşdu,  sarsıntılar  içindəydi:  -Biz,  -dedi,  -  sizin 

xalqı  tanımaqda  səhv  etmişik,  elə  bilirdik,  azərbaycan 

xalqı heç vaxt ayağa durmaz... 

Bu, Qreta Qəhrəmanovanın dilindən çıxan sözlərdi. 

Qarabağın  da  ermənilərin  olacağına  inanmırdı, 

bununla belə dediyini də deyirdi: - Heç nə eləyə bilməsək 

də,  sarsıda  biləcəyik,  əlinizi  işdən  soyudacagıq,  yazanınız 

yazmayacaq,  oxuyanınız  oxumayacaq...  -  bu  da  onun 

sözləridir. 

Bunlar  Qretanın  zaman-zaman  öz  içində  gəzdirdiyi 

bizimlə  bağlı  mətləblər  idi.  Doğrudan  da  sarsıntıları 

yaşadıq,  toparlananacan  itgilər,  qurbanlar  verdik.  Bütün 

ermənilərin,  onların  içində  də  Qretanın  qorxduğu  dahi 

Xalq zamanında öz dahianə fəhmiylə çıxış yolunu tapdı. 

   

 

 

 

Qırx ilin yeddi görüşü... 

   

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dahilərin  yaranmasından  heç  kəsin  xəbəri  olmur, 



hətta onun özü də dahi olduğunu bilməz. «Ehtiyac olanda 

dahiləri zaman özü yetirir»… O, tarixi yaradır, tarixin yeni 

səhifələrini  açır,  hara  getdiyini  anlamayan  xalqın  yönünü 

–  istiqamətini  dəyişir,  el  diliylə  desək,  xalqın  «başını 

qaytarır», 

istilalara, 

təcavüzlərə, 

ən 


əsası, 

assimilyasiyalara    məruz  qalmaqdan  qoruyur.  Özünü 

anlamağa    səsləyir  və  öz  dəmir  məntiqi,  dərin  zəkası  ilə 

onu düşünməyə  məcbur edir. 

Cəmiyyəti    düşündürməyi  bacarmaq,  əslində  onu 

tərbiyə etmək deməkdir. Düşünə bilən cəmiyyətsə bütün 

inkişaflardan  keçməyə  qadirdir.  Azadlıq  da  belə 

qazanılır… 

Düşünə  bilməyən,  daha  doğrusu,  düşünmək 

istəməyən xalqlar bir millət kimi, imzasızdır və köləlikdən 

qurtula bilməzlər. 

1802-ci  ildə  alman    filosofu  Hegel  yazırdı:  millətlər 

nəyə qadirdirlərsə ona da layiqdirlər. 

Xalqın  –  millətin  taleyində  bir  çox  tarixi  mərhələlər 

böyük  şəxsiyyətlərin  adıyla  bağlıdır.  Xalq  onun  adıyla 

tanınır,  çağırışına  qoşulur,  səsinə  səs  verir  və  bu  birlik  – 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xalq,  Şəxsiyyət  birliyi  qarşısıalınmaz  gücə  çevrilir, 



qələbələr,  uğurlar  qazanılır,  xalq  dikəlir,  neçə  boy  ucalıb 

özünü göstərir. 

Xalqın fəhmi – hiss etmə qabiliyyəti böyükdür. Xalq 

yaxşını  pisdən  tez  seçir  və  seçimində  yanılmır.  Xalqın 

tərkibində yalnış yollara düşən, tamahının dalınca gedən, 

yalnız öz mənfəətini güdən ayrı-ayrı fərdlər – insanlar olsa 

da,  kim  onun  sözünü  doğru  və  təmənnasız  deyə  bilirsə, 

kim ona düzgün yol göstərirsə, öz dahiyanə fəhmiylə ona 

inanır,  ölümdən,  qandan  belə  çəkinmədən  yaralarını 

sağaldanacan onun ardınca gedir. 

Son  bir  neçə  yüzilliklərə  nəzər  salsaq  Azərbaycan 

xalqının  taleyində    əvəzsiz  xidmətləri  olan  Heydər  Əliyev 

belə tarixi şəxsiyyətlərdəndir. 

Heydər  Əliyev  Sovet  İttifaqının  hüdudları  daxilində 

belə,  o  qədər  də  yaxşı  tanınmayan  Azərbaycan  xalqını 

zaman-zaman ucalara qaldıran və onu inkiaşf etmiş dünya 

xalqları sırasına gətirən liderdir. 

Bu  tarixi  vəzifəni  öz  xalqını  yaxşı  tanımadan,  onu 

sevmədən  və  irəlini  görmədən  yerinə  yetirmək  mümkün 

deyil. 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə