Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə200/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   196   197   198   199   200   201   202   203   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Xalq  məvhumu  öz  mənası  –  anlayışıyla  təbiətə  çox 



bənzəyir. 

Belə  ki,  əgər  təbiətə  laqeyd  olsaq,  qayğısına 

qalmasaq, qorumasaq, əksinə, söküb dağıtsaq, intiqamını 

heç  kəsdən  yox,  bizim  özümüzdən  alacaq,  nəticədə 

ağrısını özümüz çəkməli olacağıq! 

Xalq  da  belədir,  onu  anlamadınsa,  o  da  səni 

anlamayacaq, sevmədinsə, o da səni sevməyəcək. 

Bir  anlıq  tarixə  nəzər  salaq.  Son  40  il  müddətində 

Azərbaycan 

xalqıyla 



Heydər 

Əliyevin 

səmimi 

dostluğunun,  birliyinin,  ata-oğul  istəyinin  şahidi 

olacağıq… 

Bu faktdır… Sağlam tarixsə belə faktlara söykənir! 

Bunu qeyd etməklə biz hər halda tarixin dönə-dönə 

təsdiq etdiyi həqiqətləri ifadə etmiş oluruq. 

Bu  gün  bu  sözü  demək  istəməyənlər  də  yox  deyil, 

var,  ancaq  onlar  bu  tarixi  həqiqətlər  qarşısında  susmağa 

məcburdurlar.  Ona  görə  ki,  tarix  güclüdür,  yalanları, 

böhtanları  silib  atır,  haqsızlıqların  cavabını  özü  verir,  hər 

şeyi  yerinə  qoyur,  –  duruldur,  arada  qalır  mahiyyət, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gerçəklik. Bu isə siyasi dillə desək sağlam ictimai mühitin 



yaranmasıdır. 

Xalq  –  kütlə  hələ  millət  deyil…  xalqın  özünün 

yetirdiyi dahilər, xalqın millət olması üçün özlərindən asılı 

olmadan  fəaliyyətdə  bulunurlar;  çalışırlar,  döyüşürlər, 

işgəncələrə,  əzab-əziyyətlərə  dözürlər  və  xalq  onların 

fəaliyyəti  nəticəsində  özünü  dərk  edir,  layiq  olduğu 

dəyəri-qiyməti anlayır, başını qaldırıb sağını-solunu görür, 

dostunu  düşməndən  seçir,  bütün  bunlar  istər-istəməz 

onu  birliyə  –  bir  olmağa  səsləyir,  maariflənir  və  inkişafın 

bütün mərhələlərində nailiyyətlər qazanır! 

Əslində  bu  proses  bir  tarixi  şəxsiyyətin  adıyla  bağlı 

olur  ki,  Azərbaycan  xalqı  da  Heydər  Əliyevin  rəhbərliyi 

dövründə  bu  tarixi  şəraiti  –  prosesi  yaşadı  və 

yaşamaqdadır. 

Bu  dövr,  həm  də  Heydər  Əliyevin  dahiyanə  siyasi 

yaradıcılıq tarixinə çevrildi. 

1983-cü  ilin  yayında  yazıçı  dostlarım  Anar  və 

Ə.Əylisliylə  Ermənistanın  Kalinino  rayonunun  Qızılşəfəq 

(Cücəkənd)  kəndinə  getmişdik.  Bu  elə  zaman  idi  ki, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

erməni paxıllığı, erməni deyintisi, yalançı göz yaşları yenə 



qaynamaqdaydı. 

Heydər  Əliyev  Sovet  İKP  MK  Siyasi  Bürosuna  üzv 

seçilmişdi. Kalinino rayonunun mərkəzi küçəsindən Siyasi 

Büro 


üzvlərinin 

sırayla 


portretləri 

asılmışdı. 

Azərbaycanlılar yaşayan kəndlər bayram içindəydi. 

Eşitdik  ki,  ermənilər  Heydər  Əliyevin  portretini 

cırıblar…  Bütün  obalara  xəbər  yayıldı.  Bir,  deyən  kimi 

qapılar  çırpıldı,  bütün  kənd-kəsək  yığışdı  və  rayona 

axışdılar! 

İyirmi il bundan qabağın bu tarixi hadisəsi çoxlarının 

yadındadır. 

Moskvadan 

belə 

yüksək 


dairələri 

narahatlıqlar bürümüşdü. 

Bu,  bizim  Xalqın  neçə  yüzilliklərdə  ilk  dəfə  olaraq 

özünü  dərk  etməyi,  cəmiyyətin  düşünməyiydi!  Yalnız  öz 

hasarının  içini,  evini-eşiyini  yox,  bütün  kəndi,  eli-obanı 

fikirləşməyiydi. 

Bir xalqın millət olaraq inkişaf edib təşəkkül tapmağı 

bu hisslərdən başlayır. 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir vaxtlar heç nəyin üstə – bir çəngə otun, bir ovuc 



torpağın  üsütndə  dava-dalaş  salan  kənd  camaatı  artıq 

özünün ləyaqətini anlamışdı və bu ləyaqəti qorumaq üçün 

ayağa qalxmışdı. 

Bu milli hisslərin oyanması və xalqın ucalmağı idi! 

Həm  də  xalqın  –  bir  millət  olaraq  inkişaf 

mərhələsinə  başlamağı  idi.  Bu  başlanğıcı  əslində 

qarşısıalınmaz təbii hadisələr, proseslər kimi  anlamalıyıq. 

Bu inkişafı görüb vahiməyə düşənlər, gözü götürmə-

yənlər  meydana    çıxdı  və  ciddi    şəkildə  mane  olmağa 

başladılar,  gizli,  açıq  mübarizəyə  qalxdılar.  Azərbaycan 

xalqına  yönəlmiş  bu  ölüm-dirim  mübarizəsi  isə  birbaşa 

Heydər Əliyevə qarşıydı və ona tuşlanmışdı. 

Niyə? 

Ona  görə  ki,  Heydər  Əliyev  şəxsiyyəti  artıq 



Azərbaycan xalqıyla bir idi, xalqın bu inkişafı əslində onun 

uzaqgörən  fəaliyyətinin  nəticəsiydi,  şübhəsiz.  Bunu 

bilənlər, anlayanlar var idi. Mane olmağa çalışırdılar. 

Xalq  böyük  şəxsiyyətin  çağırışıyla  dikəlir,  uzaqlara 

baxır,  pisi  yaxşıdan,  dostu  düşməndən  seçir,  sabaha 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

atacağı  addımlarını  ölçüb-biçir,  daha  qətiyyətlə,  daha 



inamla öz yolunu gedirdi. 

Bu bizim gözümüz qarşısında baş verən, yaşadığımız 

tarixdir.  Biz  bu  tarixin  əzablarla,  mərhumiyyətlərlə  dolu 

olduğunu  da  gördük,  xəyanətlərin,  satqınlıqların,  millət 

deyə-deyə  döşünə  döyənlərin  əslində  yad,  ögey,  yağı 

olduqlarının şahidinə çevrildik. 

Dediyimiz kimi, bu milləti sevməyənlər millətə zərbə 

vurmaq  üçün  hər  yerdə  birinci  növbədə  Heydər  Əliyevi 

axtardılar.  Bilirdilər  ki,  Heydər  Əliyevin  çəkdiyi  ağrı, 

əslində  Azərbaycan  millətinin  ağrısıdır,  onun  büdrəməyi 

Azərbaycan xalqının büdrəməyidir. 

Heydər  Əliyev  bu  zərbələrə  dözdü,  xalqın  ağrılarını 

öz  ağrıları  kimi  yaşadı  və  tarixi  çıxışlarının  birində  –  artıq 

Müstəqil Azərbaycanın bayrağı  önündə dedi: – …Bu vaxta 

kimi öz xalqımın yolunda heç nəyi əsirgəməmişəm, qalan 

ömrümü də onun yolunda qurban verməyə hazıram! 

İnsan  hardan  və  necə  tərbiyə  olunduğunun  fərqinə 

varmaz.  Bunu,  tarixi  prosesi  öz  uzaqgörənliyi,  dərin  

zəkası  və  güclü  məntiqiylə  xalqın  taleyində  rolu  olan 

şəxsiyyətlər  yerinə  yetirirlər.  Çoxları  gəlib  gedər,  ən 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə