Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə2/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   2   3   4   5   6   7   8   9   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

REDAKTORDAN 



 

Azərbaycan  ədəbiyyatında,  ümumiyyətlə,  xalqımızın 

mənəvi  aləmində  böyük  yeri,  mövqeyi  və  məqamı  olan 

unikal  düşüncə  sahibi,  qələm-söz  ustası,  fenomenal 

yaddaş  daşıyıcısı  Mövlud  Süleymanlının  bu  Kitabı,  kitab 

ifadəsinin, 

– 

anlamının 



sınırlarını 

aşır. 


Bütün 

məsuliyyətimlə  deyim  ki,  M.Süleymanlının  “And  olsun 

əsrə”  adlı  yeni  kitabı  bütün  türk  dünyasının  mahiyyətini, 

yaşamını,  əxlaqını,  mədəniyyətini,  təbiətdən  heç  vəchlə 

seçilməyən, qopa bilməyən, ayrılmayan həyat tərzinin ifa-

dəsidir və müəyyən mənalarda hətta yer üzünə düzən verə 

bilmiş, öz harmoniyasını yaratmış bir xalqın Tarixidir. 

Tarix  nədir?  Orta,  ali  məktəblərdə  bizlərə  öyrədilən 

qalın  cildli,  əvvəl-əvvəl  açmağa  ürək  eləmədiyimiz,  bir 

qədər  sehirli,  sirli  görkəmi  ilə  “tarixə”  oxşadılan, 

vərəqlədikcə  quru,  cansıxıcı  rəqəmlər,  çox  vaxt  bizə  aid 

olmayan  tarix  adına  hadisələr  yığını...  sovet  dövrünün 

məktəblisi və tələbəsi tarix dərsliyini ancaq belə xatırlaya 

bilər... 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mövlud  Süleymanlının  düşüncəsiylə  deyək:  “And 



olsun  əsrə  ki,  tarix  bu  deyilmiş.”  Yazıçının  “Yer  üzünə 

məktub” əsərində gerçək tarix nədir sualına cavab verilir: 

“... Əsil tarix içlərə - yaddaşlara yazılır.” Mənim Xalqımın 

Tarixini,  onun  izlərinin  möhtəşəmliyini  öz  yaddaşımızda 

axtarmasaq  o,  “yenə  də    çaşdırılmış  ov  kimi  özünə  yer 

tapmayacaq.” 

“And  olsun  əsrə”  kitabı  mənim  Xalqımın  tarixdən 

öncə  yaratdıqları,  islama  qədərki  qüdrətli  mədəniyyəti,  iç 

dünyası,  gündəlik  yaşamı,  zaman  keçdikcə  özləriylə  ən 

müxtəlif  ideologiyalar,  siyasət,  formasiyalar  gətirən 

cahangirlər  tərəfindən  “istila  olunsa”  da,  donu  –  qiyafəsi, 

ifadəsini    dəyişdirilməyə  ciddi  səylər  göstərilsə  də  ünlü 

yazıçı  içindən  çıxdığı  Xalqın  yaddaşına  söykənərək 

qürurla,  fəxrlə,  yanğı  ilə  bəyan  edir  ki,  heç  nə  Xalqımızın 

düşüncəsini, iç dünyasını istila edə bilmədi, onun mənəvi, 

ərazisinə müdaxilə etmək qüdrətində ola bilmədi. Mənim 

Xalqımın  yaratdıqları  onun  iç  dünyasına  yazdıqlarıdır 

dedi.  Əl  yetməyən  məqamdır,  əl  yetməyən  tarixdir. 

Yaddaşımızda yaşayan, qanımızda döyünən, əxlaqımızda, 

mədəniyyətimizdə,  həyat  tərzimizdə,  dünyaya  ərkimizdə 

yaşamaqda  olan  tarixi  M.Süleymanlı  bizlərə  bir  də 

xatırlatmaq  istəyir.  Yer  üzünə  səslənmək  istəyir. 

Dədələrinin,  nəslinin,  özünün  simasında  –  Xalqının  dün-

yaya  bəxş  etdiyi  “Tarixi”  –  iç  dünyamızın  tarixini 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kainata, Yer üzünə tanıtmaq istəyir. Duyğu, düşüncələrini 



sərgiləmək  üçün  “Məktub”  formasını  seçməsində  də  bir 

hikmət  gördüm:  M.Süleymanlı  yazdıqlarını  sevə-sevə, 

boyunu  oxşaya-oxşaya,  qürur  duyaraqdan  Dünyaya,  Yer 

üzünə ünvanlayır. 

Əziz  oxucu,  kitabın  hər  səhifəsi,  hər  hadisəsi,  hər 

verilən  məlumat  səni  düşündürəcək,  təəccübləndirəcək, 

tarixi  sənə  tanıdacaq,  tarixlə  qohumluğunu  göstərəcək, 

tarixdən  çıxdığını,  tarix  yaratdığını,  ədəbiyyatından, 

mədəniyyətindən,  mahnı,  şeir,  əmək  alətləri,  gün  – 

dirlikdən  söhbət  açdığı  məqamlarda,  mənalarda  sənə  rast 

gətirəcək.  Yazılmayan,  öyrədilməyən,  lakin  bizimlə 

addımlayan,  həyatımıza  ahəng  gətirən,  içimizdəki  tarixlə 

üz-üzə qalacaqsan. 

Ədəbiyyat, 

mədəniyyət, 

bir 


sözlə 

mənəvi 


dünyamızda  əlahiddə  məqamı  olan  “Koç”,  “Şeytan”, 

“Şanapipik”,  “Qar”,  “Səs”,  “Dəyirman”,  “Quru  kəllə”, 

“Ceviz  qurdu”,  “Fatehlərin  divanı”,  “Erməni  adındakı 

hərflər”,  “Ömürdən  qıraqda”,  “İt  dərsi”,  “Ağacan”  və  s. 

kimi  milli  sərvətə  çevrilmiş,  sovet  dönəmində  belə  ədəbi 

hadisə sayılan irsin müəllifi M.Süleymanlı,  yeni kitabı ilə 

özünün  oxunmamış  səhifəsini,  yeni  duyğu  və 

düşüncələrini,  içinin  yeni  mənzərəsini  çox  orijinal  bir 

biçimdə  təqdim  edir.  Minilliklər  boyu  yaratdıqlarımızı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yaşantıları,  əhvalat,  hekayət,  deyimləri,  çox  eşitdiyimiz 



ifadələrin  gözlənilməz    açmalarını,  yozumlarını  ağla 

gəlməyən  mənalarını,  bədii,  tarixi,  fəlsəfi  “yükünü”  açır, 

içində,  ətrafında  olduğumuz,  fəqət  fərqində  olmadığımız 

mənzərələri  göstərir,  sanki  üzərindəki  pərdələri  götürür. 

“Məktub”u  vərəqlədikcə,  tanış  olduqca  Xalqımızın 

qüdrətilə,  zəkası  ilə  yaratdıqlarıyla  üz-üzə  duracaqsan. 

Tarix 

yaradan, 



yaşadan 

qüdrətli 

babalarınla 

rastlaşacaqsan, onların təbiətə, yağışa, qara, çölə, çəmənə, 

dağa,  daşa  qarışıb  yaşamalarının  izlərini  yaratdıqlarında 

özün  görəcəksən.  Və  minillikləri  yaddaşında  yaşadan 

M.Süleymanlını yenidən tanıyacaqsan. Yazıçı, fenomenal 

yaddaşının,  genetik  qanından  gələn  işıqla  səni  tarixə 

aparacaq,  əslində  elə  tarixin  içində  olduğunu  sənə 

anladacaq.  İnsanın  elə  təbiətin  bir  parçası  olduğunu 

isbatlamaq  üçün  onlarla,  yüzlərlə  əhvalat,  hadisə,  deyim, 

bayatı  oxuyacaqsan.  Ən  dəyərlisi  də  odur  ki,  örnəklərin 

çoxusunu elindən-obasından, tayfasından, gördüklərindən, 

yaşadıqlarından  gətirir.  Elə  bu  yerdə  M.Süleymanlının 

geniş  dünya  görüşünə,  müşahidə,  yaddaş  qabiliyyətinə, 

sözdən,  hadisədən  nəticə  çıxarmaq  duyumuna  bir  daha 

heyrət edəcəksən. 

M.Süleymanlı  türk  insanının  özünün  fərqində 

olmayıb  dünyaya  bəxş  etdiyi  tarixi:  ailə,  məişət,  əxlaq, 

sevgi,  aran-dağ  yaşayışıyla  bağlı  yaratdığı  dərslikləri 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə