Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə7/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   2   3   4   5   6   7   8   9   10   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

–  Axırıma  çıxacaq  –  dedi  –  bu!  –  dönüb-dönüb  əllərinin 



ikisini  də  qapıya  uzatdı.  Göstəriş  verdi,  sən  mənim  dərsimə 

gəlmə, bala, -dedi, - elə indi çıx get, bir də gəlmə! 

Bu  sözləri  onun  dili  deyirdi,  ürəyi  demirdi.  Çox  gözəl 

bilirdi ki, tariximizin bizim ziyanımıza tədris olunması ilə bağlı 

İmirxanlının keçirdiyi daxili narahatlıq, həyəcan, təəccüblər və 

təəssüflər haqlıdı və yerindədi. Yazıq Balacahunlu bildiyi həqi-

qətlərlə söylədiyi yalanların arasında, vicdan ağrısı ilə İmirxan-

lının suallarının arasında çırpına-çırpına qalmışdı. 

İmirxanlının çoxlu sayda tarixdən gətirdiyi misalların hər 

birinin həqiqi əsası, canlı kökü var idi. «Dəmirçyan, Köçəryan, 

Ağacanyan,  Balayan,  Toxmaqyan,  Nənəcanyan,  Şahsuvaryan, 

Şahgəldiyan…» 

Əgər dəmir də, köç də, Ağa da, can da, bala da, toxmaq 

da,  nənə  də,  şahsuvar  da,  şahgəldi  də  yüzdə-yüz,  xalis  mənim 

dilimin  sərvətidirsə  onda  erməniyə  nə  qaldı?  Əgər  bütün  coğ-

rafi  ərazilər  xalis  türk  dilindədirsə,  Aran  Borçalı,  dağ  Borçalı, 

Sabur  tala,  Orta  çala,  Soğanlıq  –  Sakanlık,  Ağ  Təhlə,  Qara 

Təhlə,  Keşəli,  Candar  Mığırlı,  Daşdı  Qullar,  Kəpənəkçi, 

Sarvan,  Qaçağan,  Səfərli,  Oruzman,  Muğanlı,  Abdallı,  İmir, 

Evlu, İlməzli, Cücəkənd və s. kəndlər minillərdi öz halal adı ilə 

çağrılırsa,  sonrakı  qondarma  adları  tarix  qəbul  edəcəkmi? 

İrəvana  –  Erebuni,  Uluxanlıya  –  Masis,  Calaloğluna  – 

Stepanavan,  Uzunobaya  –  Kalinino,  Gümrüyə  –  Leninakan, 

Qarakilsəyə – Kirovakan adını verməklə ən böyük saxtakarlığa 

imza atan ermənilərin cinayəti nə qədər cəzasız qalacaq? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mənim Vətənimin dili – İrandan-Turana, Sibirdən-Qafqa-



za,  Ötükən  yaylalarından  Balkan  dağlarına  qədər  olan  bir 

ərazini qucaqlayırsa nə qədər oğurlayırsan oğurla, nə qədər ad 

dəyişirsən  dəyiş,  rus  Qafqaza  Vətən  deyə  bilmədiyi  kimi,  sən 

erməni də mənim doğma torpağıma Vətən deyə bilməyəcəksən! 

Ancaq  hələ  ki,  əzizim  İmirxanlı  özünü  yorma,  bağrını 

çatlatma  nə  qədər  ki,  Balacahunlu  rişxəndlə  sənə  –  «sən  İqrar 

Əliyevdən  çoxmu  bilirsən?»  deyəcək,  sənin  yazdığın  kurs  işi 

qəbul olunmayacaq! 

«Ey Hunların balacası, ey qorxudulub, hürküdülüb, içində 

balacalaşmış, qabığıyla yaşayan tariximiz!» – deyib, hayqırsan 

da  sənin  kurs  işin  geri  qayıdacaq!  Hələ  bir  az  gözləməli 

olacaqsan, əzizim İmirxanlı! 

1937-ci  ildə  Balacahunlu  nəslinin  gözünü  ona  görə  qır-

mışdılar  ki,  hər  şeyi  baş-ayaq  salsın,  kökünü  unutsun,  tarixini 

erməninin  xeyrinə  yazsın, Leninin  «cib  dəftərçəsi»ndəki  qeyd-

lərində  olan  tapşırıqları  yerinə  yetirsin,  erməninin  əlindən 

öpsün, Acaryanın «Qafqazda olmamışıq, ancaq olacağıq» tövsi-

yəsi  vaxtında  öz  işini  görsün,  son  nəticədə  ermənilərin  də,  er-

mənipərəst  qüvvələrin  də  fəaliyyəti  nəticəsində  «böyük  Ermə-

nistan» ideyası tamamilə həyata keçirilsin. Əgər İmirxanlı obra-

zı  mənim  ruhumun,  dilimin,  tariximin,  həqiqətimin,  taleyimin 

çox  doğma,  çox  əziz  bir  obrazıdırsa,  Balacahunlu  səhvlərimi-

zin,  günahlarınımızın,  tərəddüdlərimizin,  güzəştlərimizin,  ba-

ğışlanması mümkün olmayan tarixi nöqsanlarımızın obrazıdı. 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Balacahunlu bir dəfə erməni Nersesyanın əlindən öpmək-



lə, özünü, ana-bacısını, qardaşını xilas elədi, ancaq ruhunu, dili-

ni, tarixini, xilas edə bilmədi, barışa, köləliyə imza atdı, erməni 

əli öpənlərin sayını çoxaltdı, erməninin köləsinə çevrilməklə öz 

halal yurd-yuvalarından elliklə camaatın pələsəng olmasına yol 

açdı, şərait yaratdı! 

Əzizim Mövlud müəllim! 

Sənin halal, təmiz, saf, ana südündən, türk ruhundan, hə-

qiqət  tarixindən  mayalanan  yaradıcılığın  mənim  dərslik 

kitabımdı. Təbiətin, təbiətdəki rəngarəngliyin, torpağın, torpaq-

dakı müqəddəsliyin, Vətənin, Vətəndəki şirinliyin, cəmiyyətin, 

cəmiyyətdəki  gözəlliklərin  və  çirkin  xüsusiyyətlərin,  oğuz 

nərəsinin, qopuz səsinin, toppuz zərbəsininin,  «köpəklərin qar-

nındakı Tanrı dağlarının», güllə üstə gedəndə belə gözünü qırp-

mayan Qarakəllə nəslinin, qara dağı yıxılan gündən, qara başını 

qara  sazın  üstünə  qoyub  öz  dərdini  özünə  danışan  bir  ozanın 

dərslik kitabı!!! 

Titrəyən  ürəyimin,  əsən  yarpağımın,  düyünlənmiş  alnı-

mın,  çatılan  qaşımın,  müşkül  suallarımın,  zümzüməsi,  qımqı-

ması  içində  boğulan  səsimin,  sükutdan  sonrakı  tufanımın,  tu-

fanın içindəki sükutumun dərslik kitabı! 

Otuz ildən çoxdu mən sənin yaratdığın bu dərslik kitabını 

oxuyuram.  Bu  kitabda  mənim  dərdim,  kədərim,  nisgilim,  ağ-

rım, göz yaşlarım, toyum-yasım, qara sazım, qara zurnam, köv-



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

rəkliyim,  mərdliyim,  sərtliyim,  comərdliyim  –  bütövlükdə  mə-



nim dünyam öz əksini tapıb. 

Sənin  xoşbəxtliyin  ondadır  ki,  yazdığın  bu  dərslik  kita-

bında atılası, çıxdaş olası bir fikir, bir cümlə, bir söz, bir mətləb 

yoxdur, olmayıb, ola bilməz. Bu nə İqrar Əliyevin nə də Bala-

cahunlunun dediyi tarix yox, Mövlud Süleymanlının yazdığı ta-

rixdir. Ömrün boyu yurddan yazdın, dərddən yazdın, mərddən, 

namərddən  yazdın,  kimnən  yazdınsa  gözəl  yazdın,  dürüst 

yazdın,  düz  yazdın.  Sənin  bu  əsərini  dərindən  tədqiq  edə-edə, 

araşdıra-araşdıra  əsil  Azərbaycan  tarixi  yazıla  bilər!  Yurdda, 

dərddə, mərddə, duada, ağrıda, ahda, göz yaşında, sazda saxta-

karlıq olmadığı kimi, sənin yaradıcılığında da bir zərrə, bir qət-

rə, bir çınqı saxtakarlıq yoxdu, olmayıb, ola bilməz! 

Ömrün  boyu  yaratdığın  dərslik  kitabını  oxuduqca  min 

dəfə gördüyüm dağları yenidən tanıdım, zəmanənin namərdliyi 

ucundan nə dirinin hayına, nə ölünün vayına vaxtında çata bil-

məyən  İmirxanlını  yenidən  sevdim,  min  dəfə  gəzdiyim  aranlı-

yaylaqlı,  dağlı-binəli  Borçalını  yenidən  kəşf  etdim.  Min  dəfə 

çəkdiyim  dərdləri  yenidən  min  birinci  dəfə  çəkməli  oldum. 

Mənim kəndimin içindən başlayıb sənin kəndinin içindən keçən 

Qaraxaç yaylağına doğru gedən daşlı cığırlara, şehli çəmənlərə, 

asırğallı döşlərə, kəkotulu yamaclara, mamırlı qayalara yenidən 

vuruldum. 

Oxuduqca 

oxudum, 


əzbərlədim,  yaddaşıma 

köçürdüm. 

Sənin  dərslik  kitabın  mənim  yaddaşımın,  ruhumun, 

kökümün  tarixidir,  kitaba  məhəbbətin,  mütaliəyə  marağın 




Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə