Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə10/213
tarix31.10.2018
ölçüsü6,83 Mb.
#77269
1   ...   6   7   8   9   10   11   12   13   ...   213

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gömülsə  də,  fikrində  qalmış  yazını  düşünürdü, 



“...türk  əlifbasıdı...”  bunu  necə  anlamışdısa, 

tükləri biz-biz olmuşdu, “...Qafqazda türklər...”  

qolundan  tutub  aşağı  endirdilər:  dedilər, 

akademikin təzyiqi qalxıb... 

-Aradan  qırx  il  keçsə  də,  elə  bilirəm, 

dünəndi,  -dedi,  Qarakəlləoğlu,-  beş-on  yaşım 

vardı,  gözümün  qabağında  yıxdılar,  hamı 

külüng  götürmüşdü....Yaxşı,  a  bajıoğlu,  bir 

şeyi soruşum sənnən,  o tikili kafır tikilisiydisə, 

erməni niyə yıxırdı? 

-  Aya,  boooy...!  -  kəndin  səsidi,  kənd 

təəccüblənməyini belə bildirirdi. 

-Birini  də  deyim,-Qarakəlləoğlu  ortalıa 

keçdi. –Əgər kafır abidəsidisə, bə biz daşınnan 

niyə öpürdük...? 

-Düz deyir, heç ağlımıza gəlmiyib...  

Bu, gənc İmirxanlını daha da coşdururdu:  

-Bilirsiz,  düşmən  türkün  müsəlman  olmağı 

deyil  ki,  türk  olmağıdı,  türk...eşitmisiz,  dəli 

Petro,  1  Pyotr?  Bax,  o,  vəsiyyət  eləyib  ki, 

türkləri  yenmək  istəyirsənsə,  dini  qatılaşdır, 

elə  iş  gör  ki,  hamısı  molla  olsun,  ibadətdən 

başı açılmasın. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kənd  məətəl  qalmışdı:  “-nə  deyir,  əə, 



Sayanın yiyəsiz oğlu?!” 

Anası  nə  qədər  dedi,  a  yetim,  niyə 

qoymursan  harda  ölürəm-  ölüm...camaatı 

başına yığıb nədi dediyin? 

Amma  Partkomun  sözü  olmasın,  mən  də 

elə  bil  kəndə  bunnan  ötrü  gəlirdim,  elə  bil 

hazırlayıb göndərirdilər... “Şpiyon” 

“  –Çoban  olmaq  da  əslində  dövlət  qurmaq 

kimi  bir  şeydi.  Çoban  olmaq  o  deməkdi  ki, 

varın-  dövlətin  var...Yaxşı,  erməni  niyə  qoyun 

otarammır,  hıı,  Dəmir  kişi?  Niyə  çoban  deyil? 

Çünki  dövləti  olmayıb,  yazdığı  yalançı  tarixlərə 

baxma.  Dövləti  olsaydı,  bu  işləri  də 

bilərdi...Gör  bir,  əti  sevir,  qoyunun  özünü 

sevmir,  bir  yana  baxanda  da  düz  eliyir,  elə... 

Dağı səni kimi başa düşmür ki, səni kimi ucalıq 

görəndə  salavat  çevirsin.  Sən  yağışın  altında 

islanırsan, erməni qaçıb gizlənir. Niyə? 

Min 

doqquzyüz 



yetmişinci 

illərin 


ortalarıydı... 

-Gör  bir,  haraları  fikirləşir,  Sayanın  oğlu,  - 

dedi,  ikinci  dünya  savaşında  bir  ayağını  dizdən 

aşağı itirmiş, qoltuq ağacında olan medallı kişi, 




www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

camatın  arasından  bir  addım  irəli  çıxdı, 



sinəsindəki  orden-medallar  səs-səsə  verib 

qəribə  bir  avaz  yaratdı,    elə  döşündəki 

medalların  avazına uyğun  səslə  gülüb  soruşdu. 

-  Yaxşı,  niyə  mən  islanıram,  erməni  islanmaq 

istəmir? 

-Çünki  sən  görürsən  atın  islanır,  sən  də 

islanırsan.  Erməni  belə  eləməz,  atdı,  islanır, 

islansın,  erməni  bayır  adamı  deyil,  içərinin 

adamıdı, dünyaya səpələnməyi də hər yerdə ev 

axtarmağınnandı...həmişə  qarın-yağışın  altında 

olan dağı erməni neynir... Ona görə də erməni 

Qafqaz  adamı  deyil,  Qafqazı  ona  biz  vermişik, 

bizdən  alıb  veriblər,  eşitmisiz,  deyirlər,  Qafqaz 

xalqı, 


Qafqaz 

xarakteri, 

bu 

xarakter 



ermənilərdə yoxdu...! 

-Nə  danışırsan,  əə,  sən?!  -  Partkomdu, 

hardan  çıxdığını  heç  kəs  bilmədi,  hamı  birdən 

döndü.  Ucaboylu  adamdı,  camaatın  başı 

üstündən  əllərini    silkələyirdi.  -İndi  deyərəm, 

gəlib  səni  deşik-deşik  eliyəllər,  əlli-ayaqlı 

gedərsən! Aranı qatmağına bax... 

-Narahat  olma,  ay  Partkom,  vallah  bunun 

dediyini  heç  kəs  başa  düşmür...elə  mənim 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

özüm,  nə  qədər  yadımda  saxlayıram,  yadımda 



qalmır...  -Qarakəlləoğlu  Partkomu  camaatın 

arasından  çıxardıb  araladı,  amma  Partkom 

yenə əllərini silkələyə-silkələyə qışqırırdı... 

Elə  həmin  axşamı  mənə,  -  qaç,  -  dedilər, 

qaçırtdılar.  Artıq  rayona    çatdırmışdılar.  İşin 

ikisini  də  kəndin  özü  gördü;  xəbəri  də  kənd 

verdi,  qaçırtmağı  da  kənd  elədi;  dovşana  qaç, 

tazıya  tut...  Gürcüstana  addatdılar,  ordan  da 

Bakıya,  sonra  da  qayıdıb  rayona  zəng  elədilər 

ki, qaçdı.  

O gedəndi, arada bir quruca adını eşidirlər, 

özü  də  Dövlət  Radiosundan,  gah  şairlik  eləyir, 

gah  aşıqlıq...son  vaxtlar  da  belə  bir  söz  çıxdı 

ki,  erməni  qızı  alıb,  bəs  deməzsənmi,  qızın 

atası  da  varlı  Bakı  ermənisidi,  mayor 

Sevortyan... 

Həə...o  vaxtdan  kəndə  gəlmir,  ara-sıra 

qardaşının 

üstünə 

teleqramlar 



göndərir, 

vəssalam,  “...anam  necədi,  Uğurlu,  başına 

dönüm,  bilirəm  ev  tikdirirsən,  köməyim  dəymir 

sənə,  amma    pula  doğru  sürətlə  irəliləyirəm, 

bu 

yaxınlarda 



göndərəcəm... 

anamnan 


muğayat ol!” 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə